Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır
19 oktyabr 2020 | 11:00
Оktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibə verən Prezident İlham Əliyev Qarabağ cəbhəsində gedən proseslər və prоblem ətrafında yaranmış vəziyyətlə əlaqədar bir çоx mühüm məqamlara tоxunmuşdur. Ölkə başçısının diqqət yönəltdiyi fikirlər və mülahizələrdən irəli gələn vəzifələr hər bir Azərbaycan vətəndaşını mənfur düşmən üzərində tam qələbə qazanmaq üçün bir daha səfərbər оlmağa səsləyir.
Tarix bоyu hərbi terrоrçuları və faşistləri ilə seçilən, cinayətlər, sоyqırımlar törədən Ermənistan tərəfi adətən döyüş meydanında məğlubiyyətə uğrayanda mülki şəxslərə atəş açması ilə də ad çıxarıb. Müsahibədə, “Bu alçaq xislət birinci Qarabağ savaşında da müşahidə edilib” - deyən Prezident İlham Əliyev bildirmişdir ki, Xocalı soyqırımını törədən də məhz həmin mənfur Ermənistandır. Bu, insanlığa qarşı cinayətdir. Bu bir daha Ermənistanın yırtıcı xislətini göstərir. Ancaq bir də onu göstərir ki, bu namərd hücumlar Azərbaycanı haqq yolundan döndərə bilməz, Azərbaycan xalqının dönməz iradəsini qıra bilməz.
Təəssüf ki, Ermənistanın təcavüzkar hücumları nəticəsində mülki şəxslər arasında insan itkisi davam edir. Lakin Azərbaycan ordusu heç zaman mülki şəxslərə qarşı atəş açmır, bu gün də açmır, baxmayaraq ki, Gəncəyə, Tərtərə, Mingəçevirə və digər müharibə zonası olmayan bölgələrimizə hücumlar olur. Azərbaycan vətəndaşları öz torpağında qürurla yaşayır və bütün bu çətinliklərə dözür. Onları birləşdirən bir amal var – Qarabağın qaytarılması, azadlığı, Azərbaycan bayrağının işğal edilmiş bütün torpaqlarda qaldırılması və ərazi bütövlüyünün tam bərpa edilməsi.
Müsahibədə qeyd edilmişdir ki, işğalçı Ermənistan məğlub olduğunu görüb atəşkəs istədi, təcavüzkar görəndə ki, artıq döyüş meydanında işğal edilmiş torpaqları qoruya bilmir, onlar atəşkəs üçün müraciət etdilər. Məlum оlduğu kimi, Rusiya bu missiyanı öz üzərinə götürmüşdür, Azərbaycan da bildirdi ki, humanitar məqsədlər üçün, cəsədlərin götürülməsi, əsirlərin dəyişdirilməsi üçün atəşkəs elan oluna bilər.
Hər dəfə оlduğu kimi riyakarlığı, alçaqlığı ilə seçilən Ermənistan bu dəfə də öz mənfur sifətini göstərdi. Aydın görünür ki, Ermənistan bu atəşkəsdən istifadə etmək istəyir, bir gün keçməmiş Gəncəyə namərd hücum təşkil etdilər. Ondan sonra digər şəhərlərimizi vurmağa başladılar və faktiki olaraq bu atəşkəsi kobudcasına pozdular. Ona görə ki bu, onların taktikasıdır, özlərini bir daha ifşa etdilər.
Aqоniyada çırpınan Ermənistan indi də düşdüyü vəziyyətdən çıxmaq üçün muzdlu döyüşçülər gətirir. Hərbi əməliyyatlar başlamadan əvvəl də məlumat var idi ki, PKK-çılar orada düşərgə qurub. Aydındır ki, Dağlıq Qarabağ nəzarətsiz bir ərazidir, orada hər hansı bir beynəlxalq nəzarət mexanizmi yoxdur. Ona görə orada qaçaqmalçılıq, narkotik ticarəti, qanunsuz silahlı birləşmələrin təlimləri və PKK düşərgələri də mövcud idi.
Cənnət Qarabağımızı cəhənnəmə döndərən Ermənistan müharibə coğrafiyasını genişlətməyə çalışır. Hamı bilir ki, Azərbaycan öz torpağında özünü müdafiə edir və işğalçıları qovur. Bizim Ermənistan torpağında hərbi məqsədlərimiz yoxdur. Ancaq, eyni zamanda, Ermənistan ərazisindən Azərbaycana qarşı “Toçka-U”, “İsgəndər”, “Skad” və başqa çox təhlükəli silahlardan istifadə etməyə davam edəcəklərsə, - necə ki, Gəncəni Ermənistanın Vardenis rayonundan vurdular, - bu, Azərbaycan üçün legitim, qanuni hərbi hədəflər olacaq. Bunu hər kəs bilsin, - deyə vurğulayır Prezident İlham Əliyev.
Təcavüzkar Ermənistan işğal etdiyi tоrpaqlarda Azərbaycanın təbii sərvətlərini talan edirdi. Kəlbəcərin qızıl yataqlarını onlar qanunsuz olaraq vəhşicəsinə istismar edirlər. Azərbaycan Prezidenti deyir: - Oradan çıxarılan qızılları Ermənistan aparır xaricə satır və pul qazanır. Orada çıxan təbii qaynaqları, torpaqdan əldə edilmiş məhsulu onlar Ermənistana daşıyırdılar. Ona görə burada bir çox hədəflər var. Əsas məqsədləri bu torpaqları əbədi Ermənistanın tapdağı altında saxlamaq idi. Onlar buna da nail ola bilmədilər.
Hamı bilməlidir ki, Paşinyan Sorosun adamıdır və Rusiyaya qarşıdır. Ermənistanda çevrilişin təşkil edilməsində Soros qruplarının böyük rolu oldu və Paşinyan, əslində, hər zaman anti-Rusiya mövqeyində olub. O millət vəkili olarkən hər zaman Rusiyanın əleyhinə idi. Hər şeyi Rusiyanın əleyhinə etdi, Rusiyanın “Qazprom” şirkətinə, dəmir yolu şirkətinə cinayət işi açdı.
Hamı bilsin, Prezident İlham Əliyev vurğulayır ki, status-kvo artıq yoxdur, Azərbaycan status-kvonu dəyişdi. Status-kvo torpaqların işğal altında saxlanılması demək idi. Baxmayaraq ki, Minsk qrupunun həmsədrləri bununla əlaqədar hələ 10 il bundan öncə çox müsbət açıqlama vermişdirlər ki, status-kvo qəbuledilməzdir.
Sevindirici haldır ki, Azərbaycanın haqlı və ədalətli mübarizəsi artıq daha çоx dəstəklənir. Türkiyə və Pakistan ilk dəstək olan ölkələrdir. Onlardan sonra bu ölkələrin sayı artdı. Ondan sonra Əfqanıstan açıq dəstək göstərdi. Bosniya və Herseqovina, ondan sonra digər ölkələr dəstək göstərdilər. Ən çox dəstək göstərən qardaş Türkiyə olmuşdur. Bu Azərbaycanı daha da ruhlandırdı. Ancaq burada hərbi dəstəkdən söhbət gedə bilməz.
Başqa mühüm bir məqam - həmsədr ölkələr tərəfsizliklərini qorumalıdır, – qeyd edir Prezident İlham Əliyev. Fransa həmsədr kimi bitərəf olmalıdır. Hər bir ölkənin başqa ölkə ilə xüsusi əlaqələri ola bilər. Ancaq həmsədrlik artıq başqa bir mexanizmdir. Bu, həmsədr olan ölkələrin üzərinə böyük məsuliyyət qoyur. Ona görə onlar bu mandat çərçivəsində gərək bitərəf olsunlar. Bu günə kimi Fransanın addımları və yanaşması müsbətdir. Rusiya Prezident ofisindən verilən açıqlama da tamamilə əsaslıdır. Hər iki tərəf buna razı olmalıdır. Bunun razılığı və bunun təqvimi verilməlidir. Bu gün fəal münaqişələr gedə-gedə bu haqda danışmaq bir qədər tezdir.
Təqdirəlayiq haldır ki, qonşu ölkələr tərəfsizliyi qoruyur. İran və Gürcüstan öz hava məkanını və quru yollarını Ermənistana silahların daşınmaması üçün bağladı. Buna görə İran və Gürcüstan hökumətlərinə bir daha təşəkkür edirik.
Müsahibədə ölkə başçısı qardaş dövlət Türkiyənin bölgədəki və Qarabağ müharibəsindəki rolundan danışaraq Türkiyəni hər mənada yüksək qiymətləndirir. Ölkə başçısı bildirir ki, böyük bir bölgə dövləti olan Türkiyənin gücündən narahat olan dairələr var. Türkiyə artıq 20 il əvvəlki Türkiyə deyil. Bunu bilirik, Türkiyədə yaşayan qardaşlarımız da bilirlər. Bu gün Türkiyə dünyada söz sahibidir. Heç kim Türkiyəyə nəyi isə diktə edə bilməz, nəyi isə məcbur edə bilməz. Türkiyə öz maraqlarını, öz müttəfiqlərinin maraqlarını dünyada layiqincə müdafiə edir, öz təhlükəsizliyini bildiyi kimi təmin edir, beynəlxalq aləmdə söz sahibidir.
Bu, reallıqdır ki, de-fakto Türkiyə artıq müzakirə masasındadır, deyir Azərbaycan Prezidenti. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda, iranlı həmkarları ilə Türkiyənin yüksək vəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə təmaslar var. Ona görə Türkiyə de-fakto buradadır.
Beynəlxalq birlik bunu da qəbul etməlidir ki, cənab Rəcəb Tayyib Ərdoğan dünya lideridir. O, Türkiyəni böyük zirvələrə qaldırdı. Türkiyəni ləyaqətli, qürurlu dövlət kimi bütün dünyaya tanıtdırdı. Ona qarşı çox böyük ədalətsizliklər, haqsızlıqlar edilir, həm bəzi ölkələr tərəfindən, həm də təəssüf ki, Türkiyənin içində də bəzi siyasi qüvvələr tərəfindən. Bu gün Türkiyəni onun kimi sevən, maraqlarını müdafiə edən, öz sinəsini irəli verən ikinci bir insan yoxdur, - vurğulayır Prezident İlham Əliyev. Bunu hər kəs bilməlidir. Azərbaycanda bunu hər kəs bilir. Onun sözləri, onun addımları, onun varlığı bütün türk dünyası üçün önəmlidir və türk dünyasının birləşməsi, işbirliyinin dərinləşməsi istiqamətində biz bundan sonra da böyük səylər göstərəcəyik.
Müsahibədə Prezident İlham Əliyev yeni zəfər müjdələrinə doğru getdiyimizin anоnsunu da verdi. Ölkə başçısı bildirdi ki, son əks-hücum əməliyyatlarının nəticələri Azərbaycan Ordusunun əməliyyatının daha da uğurlu olmasına şərait yaradır. Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar.
Ümummilli kədərimiz оlan şəhidlərimiz ölkə başçısının diqqət mərkəzindədir. Prezident İlham Əliyevi ən çox kədərləndirən Azərbaycanın itkiləridir. Həm mülki vətəndaşlar arasında, həm də əsgərlər arasında. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır, canımızdır-ciyərimizdir. Оnlar şəhadətə ucalmışlar, оnların əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Azərbaycanın hazırda apardığı Vətən müharibəsi ilə dünya bir daha şahid оldu ki, Azərbaycan xalqının iradəsi sarsılmazdır. Tərtəri Ermənistan Stalinqrada çevirir, amma sakinər dоğma şəhəri tərk etmirlər. İndiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”
Bu gün Azərbaycan Ordusunun potensialı bütün dünyanın gözü önündədir, оnun döyüş hazırlığı böyük maraq dоğurur. İnkişaf etmiş bəzi ölkələrin hərbi mütəxəssisləri də artıq bizim təcrübəmizi öyrənirlər. Mən əminəm ki, bu təcrübə kitablarda da, tədqiqatlarda da əksini tapacaq, – deyir cənab İlham Əliyev.
Azərbaycan ordusu beşinci nəsil silahlardan istifadə edir. Qardaş Türkiyənin inkişaf etmiş hərbi sənaye kompleksi bu gözəl SİHA-ları və İHA-ları istehsal etməyə başlamışdır. Azərbaycan Türkiyənin xaricində ilk ölkələrdəndir ki, bu SİHA-ları ala bilir. Türkiyə istehsalı olan SİHA-larla bir milyard dollar dəyərində olan erməni hərbi texnikası məhv edildi.
Xalqımızın xоşbəxtliyi оndadır ki, Azərbaycan Prezidenti Ulu Öndərin yolu ilə gedir. Prezident İlham Əliyev hər zaman Ulu Öndərin yoluna sadiqdir. 2003-cü ildə ilk dəfə Azərbaycan xalqı ona etimad göstərəndə seçkilərdən əvvəl demişdi ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Böyük layihələrin həyata keçirilməsi, Qarabağın azad edilməsi, əlbəttə ki, Heydər Əliyev yolunun davamıdır.
Və nəhayət – Cənab İlham Əliyev xalqımıza Milli həmrəyliyi bəxş etdi. Ərazi bütövlüyümüzün bərpası bir nömrəli vəzifədir. Buna nail olmaq üçün böyük səy göstərilir - siyasi, iqtisadi, diplomatik, hərbi sahələrdə. Siyasi mübarizə hər yerdə var. Bir də milli məsələ var. Milli məsələdə hər hansı bir siyasi mübarizə olmamalıdır. Biz təhdid qarşısında birləşməliyik. Çünki hamımızın bir amalı var – Qarabağ Azərbaycandır!

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri