Azərbaycan Ordusunun qələbə marşı davam edir. Zəngilan şəhəri və 24 kənd işğaldan azad edildi
21 oktyabr 2020 | 11:00
Tarixə nəzər salsaq asanlıqla müşahidə edə bilərik ki, ölkələr arasında baş verən müharibələrdə qalib tərəf həmişə sərkərdəsi ağıla, qətiyyətə, cəsarətə, uzaqgörənliyə və müdrik siyasətə malik olan ordular olub. Bu gün heç birimizin şübhəsi yoxdur ki, Azərbaycan bu müharibədə qalib gələcək. Çünki biz Vətən müharibəsi, haqq mübarizəsi aparırıq. Biz ərazi bütövlüyümüzün bərpasına çalışırıq. Torpaqlarımızı işğaldan, məkirli düşmənin tapdağından azad etmək üçün savaşırıq. Bu savaşda hər bir vətəndaşımız sinəsini düşmən gülləsinə sipər etməyə hazırdır. Yəqin ki, hər kəs yaxşı xatırlayır ki, cəmi bir neçə ay öncə Tovuz istiqamətində döyüşlər getdiyi bir vaxtda ölkə başçımızın bir sözü ilə qısa müddətdə 50 mindən çox insan orduya könüllü olaraq yazılmışdı. Bu bizim mübarizə əzmimizin, torpaqlarımızı işğaldan azad etmək istəyimizin əyani nümayişi idi. Vətən uğrunda mübarizə aparmaq və lazım gələrsə şəhid olmaq hər birimiz üçün böyük bir fəxrdir.
Məlumdur ki, müharibə sadəcə cəbhədə düşmənlə üz-üzə aparılmır. Müharibə həm də informasiya məkanında, diplomatik müstəvidə aparılır. O cümlədən, dövlət rəhbərimiz də bu günlərdə təkcə Paşinyan kimi məkirli, qəddar rəhbəri olan dövlətə qarşı yox, həm də dünyanın ədalətsizliyinə qarşı mübarizə aparır. Hər kəsə yaxşı məlumdur ki, müharibənin ilk günlərindən etibarən mənfur düşmən cəbhədə mübarizə aparmaq yerinə, daha çox mülki əhaliyə qarşı mübarizə aparır. Ötən dövr ərzində dəfələrlə müharibə zonasında olmayan mülki əhalimiz, mülki infrastrukturumuz, strateji əhəmiyyətli obyektlərimiz hədəf halına çevrilib. Nəticədə, sentyabrın 27-dən hazırkı vaxtadək 63 mülki şəxs həlak olub, 292 nəfər yaralanıb. Eyni zamanda, 386 mülki obyekt, 90 çoxmənzilli yaşayış binası və 1981 yaşayış evi yararsız vəziyyətə düşüb. Bunlar bütün dünyanın gözləri qarşısında baş verən müharibə cinayətlərinin nəticələridir. Bugün Ermənistanın faşist rəhbərliyinin hərbi cinayəti sivil dünyanın qəzəbinə səbəb olmalıdır. Ancaq görünən odur ki, beynəlxalq təşkilatlar və böyük ölkələr ən yaxşı halda mülki əhaliyə olan hücumları pisləyir və kağız parçalarından ibarət bəyanatlar yayır. Ancaq bizə lazım olan bu deyil. Bizə lazım olan ərazi bütövlüyümüzün bərpa edilməsi, məcburi köçkünlərimizin öz yurd-yuvasına qayıtmasıdır. Bunu isə Azərbaycanın Şanlı Ordusu edir. Beləliklə deyə bilərik ki, artıq 20 ildən artıq müddətdir ki, Dağlıq Qarabağla bağlı BMT-nin icra olunmayan qətnamalərini Azərbaycan Ordusu öz cəsarətli hərbi əməliyyatları ilə özü edir. Biz Ali Baş Komandanımızla, Ordumuzla və əsgərlərimizlə fəxr edirik.
Bugün də Azərbaycan ordusunun qələbə marşı davam edir. Hər gün cəbhədən yeni xoş xəbərlər gəlir. Azərbaycan xalqı səbirsizliklə cənab Prezidentin yeni müsahibələrini, müraciətlərini və “tvit”lərini gözləyir. Ölkə başçısı bununla bağlı 20 oktyabr 2020-ci il tarixli xalqa müraciətində demişdir: “Mən hər dəfə xalqıma müraciət edərkən xoş xəbərlər çatdırıram. Eyni zamanda, demək olar ki, hər gün öz “Twitter” hesabımda, “Twitter” vasitəsilə işğaldan azad edilmiş yeni kəndlərin, şəhərlərin adlarını çəkirəm. Mən bilirəm ki, Azərbaycan xalqı bu xəbərləri hər gün gözləyir, hər gün! Hər gün, hər saat ki, nə vaxt bu xəbər olacaq, nə vaxt bu xəbər çıxacaq?”. Eyni zamanda ölkə başçısı dəfələrlə bildirmişdir ki, bu şad xəbərləri Azərbaycan xalqına çatdırdığı üçün çox xoşbəxt və şaddır.
Ölkə başçısının son xalqa müraciəti yenə xoş xəbərlərlə yadda qaldı. 20 Oktyabr tarixli müraciətdə cənab Prezident 24 kəndin və Zəngilan şəhərinin işğaldan azad olunduğunu elan etdi. Bununla da dir daha hər bir azərbaycanlının qəlbi fəxr və qürurla doldu. Cəbrayıl və Füzuli şəhərlərindən sonra Zəngilan da illər sonra öz azadlığına qovuşdu. Artıq həmin torpaqlarımıza yağı düşmən ayaq basa bilməyəcək. İllərdir bu xəbəri gözləyən məcburi köçkünlərimiz nəhayət rahat nəfəs aldılar. Zəngilan işğaldan azad edildi.
Beləliklə, 20 oktyabr tarixində işğaldan azad olunan kəndlərimiz aşağıdakılardır: Füzuli rayonunun Dördçinar, Kürdlər, Yuxarı Əbdürrəhmanlı, Qarğabazar, Aşağı Veysəlli, Yuxarı Aybasanlı kəndləri; Cəbrayıl rayonunun Sarafşa, Həsənqaydı, Fuğanlı, İmambağı, Daş Veysəlli, Ağtəpə, Yarəhmədli kəndləri; Xocavənd rayonunun Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng (Çinarlı) kəndləri; Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri və Zəngilan şəhəri.
Ölkə başçısı müraciətində yenidən düşmənin məhv edilən və qənimət götürülən texnikası ilə bağlı statistikanı çatdırdı və bir daha Azərbaycan xalqı üçün maraqlı olan həmin sualı təkrar etdi. Bankrot vəziyyətdə olan dövlətdə bu qədər texnika haradandır? Yəqin ki, bu sualın cavabı hər kəs üçün müəyyən mənada bəlli olsa da yenə də maraqlıdır.
Qayıdaq ölkə başçısının verdiyi statistikaya. Beləliklə, düşmənin 241 tankı məhv edilib, 39 tank hərbi qənimət kimi götürülüb. Piyadaların 50 döyüş maşını məhv edilib, 24-ü qənimət kimi götürülüb. Özüyeriyən 17 artilleriya qurğusu məhv edilib, 198 top məhv edilib. 58 minaatan məhv edilib, 12 minaatan qənimət kimi götürülüb. 25 qumbaraatan hərbi qənimət kimi götürülüb. 53 tank əleyhinə vasitə məhv edilib. 70 “Qrad” qurğusu məhv edilib. İki “Uraqan”, iki “YARS” məhv edilib. Bir TOS məhv edilib. Dörd “S-300” zenit-raket kompleksi məhv edilib. Üç TOR zenit-raket kompleksi məhv edilib. Qırxa yaxın OSA zenit-raket kompleksi məhv edilib. Beş KUB və KRUQ zenit-raket kompleksi məhv edilib. Altı pilotsuz uçuş aparatı, iki əməliyyat-taktiki raket kompleksi - “Elbrus”, bir ballistik raket, bir “Toçka-U” raketi, səkkiz radioelektron mübarizə vasitəsi məhv edilib. 198 yük avtomobili məhv edilib. Onlardan 15-i sursatlarla dolu yük avtomobilləri idi. 102 yük avtomaşını hərbi qənimət kimi götürülüb. Ölkə başçısı bildirib ki, bundan sonra da düşmənin hərbi texnikası məhv ediləcək.
Çıxışında Ali Baş Komandan, Azərbaycan Ordusunun Ermənistana layiq olduğu yeri göstərdiyini bildirdi və əlavə etdi ki, güclü, yenilməz Ermənistan Ordusu fikirləri sadəcə mifdən və yalandan ibarətdir. Həmin “yenilməz”, “müzəffər” ordu indi Azərbaycan əsgərinin qarşısında acizdir. Hər gün şanlı bayrağımız işğaldan azad olunan yeni yaşayış məntəqələrində ucaldılır. Belləliklə, Ermənistanın siyasi-hərbi rəhbərliyi artıq məğlubiyyətlə barışmalıdır. Ancaq onlar bu məğlubiyyəti özlərinə sığışdıra bilmir və yalanlara əl atırlar. Sanki cəbhədə Azərbaycan əsgərindən başqa qüvvələr varmış kimi qələmə verərək özlərinə təsəlli axtarırlar. Amma reallıq gün kimi aydındır. Azərbaycan xalqı, Azərbaycan gəncləri, Azərbaycan əsgəri onlara dərs verir. Təkbaşına vuruşur. Amma Ermənistan bunu qəbul edə bilmir, çünki illərdir yaratdığı miflər dağılır. Miflər isə onların ideologiyasının əsasdır.
Daha bir vacib məsələ isə işğaldan azad olunmuş torpaqlarımızın bərpası və həmin torpaqlara qayıdışla bağlı oldu. Ölkə başçımız vurğuladı ki, Azərbaycan xalqı öz torpaqlarında yaşayacaq, sülh, əmin-amanlıq şəraitində yenə də qurub-yaradacaqdır. Dağıdılmış bütün məscidlərimiz, şəhərlərimiz və kəndlərimiz bərpa ediləcəkdir.
Dövlət başçımızın çıxışından “Böyük Qayıdışla”la bağlı sitat: “Biz Böyük Qayıdış astanasındayıq və Azərbaycan dövləti əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları işğal olunmuş və azad edilmiş torpaqlara qayıdaraq rahat yaşasınlar, əmin-amanlıq şəraitində yaşasınlar və bu torpaqlarda həyat canlanacaqdır”.
Xalqa müraciətində cənab Prezident münaqişənin həlli üçün zəmin yaradan beynəlxalq fəaliyyətlə bağlı da məlumat verərək bildirdi ki, Azərbaycan münaqişə boyunca bütün aparıcı beynəlxalq təşkilatlarla əməkdaşlıq edib və münaqişənin həlli üçün hüquqi bazanı hazırlayıb. BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamələr qəbul edib. Avropa İttifaqı ilə paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilir. Bütün bunlar münaqişənin həlli üçün hüquqi əsaslardır.
Sonda bir daha vurğulamaq istərdim ki, ölkəmizin keçdiyi bu çətin günlərdə xalq bir nəfər kimi Ali Baş Komandana və Orduya dəstəkdir. Xalqın Ali Baş Komandana olan inamı dövlət siyasətinin gücünü artırır və daha səmərəli edir. Xalqın dəstəyi və milli həmrəylik qarşıda duran məqsədlərə qısa müddət ərzində nail olmağa imkan yaradır.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü