Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində növbəti qəbul keçirildi

10 yanvar 2014 | 11:00
    2014-cü il yanvar ayının 8-də Pirallahı Rayonu İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların növbəti və ilin ilk qəbulu keçirildi. Qəbulda rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri də iştirak etdilər. Qəbulu Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəzir Səfixanov apardı.
  V.Səfixanov qəbulda iştirak edən rayon sakinlərini salamlayaraq bildirdi ki, Respublikamız günü-gündən inkişaf edir və iqtisadiyyatımız sürətlə dirçəlir. Ölkə rəhbəri cənab İlham Əliyevin  apardığı uğurlu iqtisadi siyasət nəticəsində qeyri-neft sektoru artaraq ölkəmizin dinamik inkişafını daha da sürətləndirmişdir. Pirallahı rayonunda gedən abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verən icra rəsmisi, qəsəbədə mövcud olan sosial obyektlərin vəziyyətindən də danışdı. İcra Başçısının müavini hər bir kəsi dinləyib köməklik göstərməyə hazır olduğunu bildirdi.
   Pirallahı sakinləri Bəhrəmova Nizgan, Əzizova Mənzər, Əliyev Ramiz, Canağayeva Narisat, Hidayətova Əfsanə, Əhmədova Pərvanə, Abbasova Güleydə və başqaları, ümumilikdə 10 nəfərdən çox vətəndaş onları maraqlandıran suallarla müraciət etdilər. Sakinləri əsasən qaz təchizatı, sosial  müdafiə,  məşğulluq məsələləri ilə əlaqədar  müraciət etdilər. Hər bir sakini diqqətlə dinləyən İcra Başçısının müavini rayonda böyük abadlıq işlərinin aparılacağını, yeni binaların tikiləcəyini, yeni iş yerlərinin açılması  istiqamətində mühüm tədbirlərin görüləcəyini bildirdi və yekunda qaldırılan məsələlərin operativ həll edilməsi ilə əlaqədar aidiyyatı üzrə müəssisə və təşkilat  rəhbərlərinə müvafiq tapşırıqlarını verdi.
Keçidlər