Azərbaycan xalqının iradəsi, ordumuzun qüdrəti və Ali Baş Komandanın qətiyyəti sayəsində tezliklə mənfur düşmən məhv ediləcək
28 oktyabr 2020 | 11:00
Ermənilər tarixin müxtəlif dövrlərində dəfələrlə Azərbaycana qarşı təcavüz aktları törətmiş, türklərə qarşı soyqırımlar həyata keçirmişdir. Onların bu hərəkətlərinin arxasında türk düşmənçiliyi və “Böyük Ermənistan” xülyası dayanır. Bu gün hər bir erməni uşağının beyninə türklərə qarşı nifrət yeridilir, tarixi Azərbaycan torpaqları erməni torpağı kimi qələmə verilir. Bu uşaqlar böyüyüb siyasətçi, hərbçi, jurnalist, idmançı olur və hər yerdə bizə qarşı düşmən mövqedə dayanırlar. Əslində bu xəstə təfəkkür ilk növbədə onların özünə zərbə vurur. Belə ki, işğalçılıq siyasətlərinin nəticəsi olaraq bütün beynəlxalq layihələrdən kənarda qalan Ermənistan dövləti və xalqı artıq aclıq və səfalətlə boğuşur. Ancaq buna baxmayaraq onlar yenə də ənənəsinə sadiq qalaraq düşmən mövqedə dayanır, Azərbaycan torpaqlarına iddialarından geri çəkilmək istəmir, Dağlıq Qarabağla bağlı danışıqlarda qeyri-konstruktiv mövqe tutmağa çalışırlar. Ermənilərin bu xəstə təfəkkürü Azərbaycana, həmçinin türklərə qarşı olan bir sıra qlobal güclərin də işinə yarayır. Onlar dəfələrlə ermənilərdən bu məqsədlə alət kimi sitifadə ediblər və onlar yenə də istifadə obyekti olaraq qalırlar. Erməni təcavüzünün kökündə məhz bu amillər dayanır.
Keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvələrindən başlayaraq ermənilər tərəfindən Azərbaycana qarşı yeni etnik təmizləmə siyasətinin başlanması nəticəsində ərazilərimizin 20 %-i işğala məruz qalmışdır. İşğal nəticəsində kütləvi soyqırımlar, qətliamlar həyat keçirilmiş, təkcə bir gecədə əsrin ən ağır soyqırımlarından olan Xocalı Soyqırımı yaşanmışdır. Təcavüz nəticəsində Qarabağ daxil olmaqla ətraf 7 rayon işğala məruz qaldı, 20 000 min soyadaşımız həlak oldu, 50 000 soydaşımız əlil oldu. Münaqişə müddətində 6 000-dən çox Azərbaycan vətəndaşı itkin düşmüş, əsir-girov götürülmüşdür. 1988-1993-cü illər ərzində erməni təcavüzü nəticəsində 900 yaşayış məntəqəsi, 150 000 ev, 7 000 ictimai bina, 693 məktəb, 855 uşaq bağçası dağıdılmış və ya ziyan vurularaq yararsız hala salınmışdır. Bir milyona yaxın azərbaycanlı öz ölkəsində məcburi köçkün halında yaşamaq məcburiyyətində qalmışdır. Erməni təcavüzünün tərkib hissəsi olan tarixi saxtalaşdırma məqsədilə yüz illər, bəzən isə min ildən artıq yaşı olan tarixi-mədəni abidələrimiz dağıdılmış, saxtalaşdırılmış və ya erməni adı altında erməniləşdirilmişdir.
Lakin “Yalan ayaq tutar, yeriməz” deyiblər. Artıq kifayət qədər səbir və dözümlülük nümayiş etdirən Azərbaycan 1994-cü ildə əldə olunmuş atəşkəs rejimindən bu günədək münaqişənin dinc yolla həll olunması, Ermənistanın işğal etdikləri Azərbaycan torpaqlarından silahlı birləşmələri çıxarmaq barədə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasınını Qətnamələrini icra etməsi, bu Qətnamələrin icrası ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun hazırladığı təkliflər paketinin maddələrinə əməl etməsi üçün şans və zaman verdi. Bu imkandan bir daha öz təcavüzkarlıq məqsədləri üçün istifadə edən Ermənistan mütəmadi olaraq hərbi təxribatlar törətməklə Azərbaycanı müharibəyə təhrik etmiş, həmçinin danışıqlar prosesini pozmuşdur. Hər dəfə hərbi hücumları və təxribatlarına görə Azərbaycan Silahlı Qüvvələri tərəfindən layiqli cavabını alan ermənilər təkcə cəbhə xəttində deyil, diplomatik sahədə də böhtanlar atmaqda davam edirdilər. Bu ilin iyul ayında Tovuz istiqamətində hərbi hücumlarının qarşısı alındıqdan və avqust ayında Azərbaycan ərazisində terror aktları törətmək üçün soxulan erməni diversiya qrupunun zərərsizləşdirilməsindən sonra da erməni hakimiyyəti təcavüzkar planlarından əl çəkmədilər. Sentyabr ayının 27-dən etibarən Azərbaycanın həyata keçirdiyi əks-hücum əməliyyatlarından sonra döyüş meydanında darmadağın edilən erməni hərbi birləşmələri işğal etdikləri ərazilərdən qaçmağa başladılar. Döyüş meydanındakı məğlubiyyətlə barışmaq istəməyən xain düşmən mülki yaşayış məskənlərimizə, cəbhə zonasına aid olmayan ərazilərə iriçaplı top atəşi və raket zərbələri ilə hücumlar törətməklə azyaşlı uşaqlar, qoca və qadınlar olmaqla onlarla dinc sakinimizin ölümünə səbəb oldular. Azərbaycan ordusu bu soydaşlarımızın qanını yerdə qoymadı. Onların cavabı cəbhədə verildi, düşmən xeyli sayda itkilər verərək geri çəkilməyə məcbur edildi. Döyüş meydanında itki verən düşmənin sıralarında canlı qüvvə cəhətdən çatışmamazlıq muzdlu döyüşçülərin və 15 yaşlı yeniyetmələrin döyüş bölgəsinə səfərbərliyi ilə nəticələndi.
1 ay müddətində gedən döyüşlərdə 166 kənd və 4 şəhərin, həmçinin strateji əhəmiyyətli yüksəkliklərin ələ keçirilməsi ilə yanaşı Ermənistana canlı itki ilə yanaşı 2,7 milyard dollarlıq ziyan dəymişdir. Azərbaycan əsgəri qarşısında tab gətirməyən düşmən döyüş meydanında yüz minlər, bəzən milyonlarla qiyməti olan hərbi texnika və döyüş sursatını qoyaraq qaçır və ya təslim olur. Bu günlərdə Ermənistan təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində də məğlub edilir. Artıq Ermənistana havadarlıq edən ölkələr də Azərbaycan qarşısında aciz qalıblar. Ermənistandan fərqli olaraq hərbi dəstəyə ehtiyacı olmayan Azərbaycanın haqq yolunda apardığı mübarizəni mənəvi cəhətdən dəstəkləyən dövlətlərin sayı gündən-günə artır. Hər gün Azərbaycan bayrağı yeni azad olunmuş yaşayış məntəqələrinə sancılır.
Çıxılmaz vəziyyətdə qalaraq atəşkəs əldə olunması üçün dünya liderlərinə yalvarışlar edən Paşinyan əldə olunan humanitar atəşkəs qüvvəyə mindiyi bir neçə dəqiqə sonra terror aktları törədərək bir daha münaqişənin həlli istiqamətində maraqlı olmadıqlarını bildirdilər. Çünki, beynəlxalq qanun və qəbul edilən qərarlara əməl etməli olduqları halda Ermənistan torpaqlarımızı qeyri-şərtsiz azad etməlidir.
Apardığımız haqq savaşında regioda sülhün təminatçısı qismində çıxış edən qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi mühüm rol oynayır. Türkiyənin beynəlxalq aləmdəki nüfuzu Qarabağ həqiqətləri və erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır. Azərbaycana qarşı təcavüzkar əməllərini davam etdirməklə Paşinyan ilk növbədə öz xalqını uçuruma aparır. Cəmi 2 milyon əhalisi olan Ermənistanın 10 miloyonluq Azərbaycan xalqına qarşı savaşı davam edən məğlubiyyətlərinin sonda təslim olamaları ilə bitməsinə çox az vaxtın qaldığı artıq məlumdur. İqtisadi cəhətdən dünyanın ən iri dövlətlərini geridə qoyan Azərbaycanla əməkdaşlıq regionda hər bir ölkəyə sülh, əminamanlıq və iqtisadi inkişaf gətirir. Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı qeyd edib ki, Azərbaycan beynəlxalq enerji layihələrini qrafikə uyğun icra edir və Azərbaycan iqtisadiyyatının şaxələndirmə proqramı çox uğurla icra olunur. Azərbaycan haqq yolundadır. Və heç bir qüvvə Azərbaycanı bu yoldan döndərə bilməz. Bu gün ölkəmizdə xalq-ordu-dövlət birliyi ən yüksək səviyyədədir. Azərbaycan xalqının iradəsi, ordumuzun qüdrəti və Ali Baş Komandanın qətiyyəti sayəsində tezliklə mənfur düşmən məhv ediləcək.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü