Bütün qərəzlərə, haqsızlıqlara baxmayaraq Azərbaycan haqq yolundan dönməyəcək
30 oktyabr 2020 | 11:00
Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-dən etibarən Azərbaycanın cəbhəyanı ərazilərində ordumuza və dinc sakinlərimizə qarşı təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlamışdır. Düşmən əks-hücum əməliyyatları nəticəsində geri çəkilməyə məcbur edilmiş və Azərbaycanın tarixi torpaqlarının bir hissəsi işğaldan azad edilmişdir. Cəbhədə Azərbaycan əsgərinin qarşısında dura bilməyəcəyini anladıqca mənfur düşmən müxtəlif təxribatlara əl ataraq dinc vətəndaşlarımızı hədəfə almış, onlarla mülki vətəndaşımızın canına qəsd etmişdir. Əminliklə deyə bilərik ki, bununla xalqda qorxu, panika, ruh düşkünlüyü yaratmağa çalışan düşmən heç bir məqsədinə nail ola bilməmişdir. Xalqımızda nəinki ruh düşkünlüyü yaranmayıb, hətta tamamilə əksinə olaraq qələbəyə köklənmə baş vermişdir. Bugün kimliyindən, yaşından, ideoloji baxışından, siyasi düşüncəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı şanlı Ordumuzun, Ali Baş Komandanımızın ətrafında sıx birləşərək qələbəyə köklənmişdir. Beləliklə, düşmənin bütün məkrli hərəkətlərinə qarşı Azərbaycan Ordusu tarixi və əzəli torpaqlarımızı işğaldan azad etmək və ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün daim qətiyyətlə mübarizə aparır, uğurlu əks-hücum əməliyyatlarını davam etdirir.
Ermənistan son dövrlərdə təkcə cəbhə xəttində törətdiyi təxribatlarla kifayətlənmir. Həm də başdan-ayağa yalanla dolu məlumatlar, dezinformasiyalar yayır. Məqsəd Azərbaycanı və onun silahlı qüvvələrini ləkələməkdir. Düşmən tərəfin cəbhədəki məğlubiyyətlərin əvəzini virtual məkanda çıxmaq niyyəti ilə atdığı addımlar da uğursuzluqla nəticələnir. Ermənistanın guya münaqişədə üçüncü tərəfin iştirak etməsi barədə açıqlamaları tamamilə cəfəngdir və bunun heç bir əsası yoxdur. Bu, Ermənistanın diqqəti özünün təcavüzkar siyasətindən yayındırmaq cəhdlərindən başqa bir şey deyil.
Münaqişəyə Türkiyənin və ya hansısa başqa üçüncü tərəflərin qoşulması ilə bağlı absurd iddialara cavab olaraq ölkə başçımız ötən günlərdə Fransanın “Figaro” qəzetinə müsahibəsində demişdir: “Türkiyə əsla münaqişəyə cəlb edilməyib. Türkiyənin iştirakına dair heç bir dənə də sübut yoxdur. Ermənistanın Azərbaycana qarşı hücum həyata keçirdiyi ilk saatlardan Türkiyə, Türkiyənin Prezidenti və digər yüksək səviyyəli rəsmilər Azərbaycana güclü siyasi dəstəyi, beynəlxalq hüququn norma və prinsiplərinə dəstəyi, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin icrasına dəstəyi ifadə ediblər və ifadə etməyə davam edirlər...... Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur”.
Bir məsələni xüsusi olaraq qeyd etməyi lazım bilirəm ki, müsahibəni izləyən və təhlil edən zaman açıq formada görmək olur ki, “Figaro” qəzetinin müsahibəsində səsləndirilən suallar qərəzli və təxribat xarakteri daşıyır. Jurnalistin qıcıq yaradan suallarına baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən suallar tam adekvat və əsaslandırılmış formada cavablandırılmışdır.
Müsahibədə qərəzli şəkildə verilən suallardan biri də Gəncənin bombalanması ilə bağlı oldu. Jurnalist erməni yanlısı bir məlumatı sanki reallıqmış kimi təqdim edərək bildirdi ki, “Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər”. Ölkə başçısının bu tərəfli və qərəzli məlumata cavabı isə kifayət qədər açıq və qəti oldu. Ölkə başçısı bildirdi ki, bu, feyk xəbərdir və əlavə etdi, Türkiyənin F-16 qırıcı təyyarələri ona görə buradadırlar ki, toqquşmalar başlamadan öncə onlar birgə hərbi təlimdə iştirak edirdilər və onlar yerdədilər, səmada deyillər. Ölkə başçısı xüsusi olaraq vurğuladığı bir məqamda ondan ibarət oldu ki, Gəncəyə atılan ballistik raket Ermənistanın ərazisindən buraxılmışdır və böyük ölkələr buna asanlıqla nəzarət edə bilərlər. Raketin hədəfi mülki şəxslərə zərbə endirmək idi. Beləliklə, bu, beynəlxalq terror əməli idi, bu, Ermənistanın hərbi cinayət siyasətinin daha bir təzahürü idi. Gəncəyə edilən bu hücumlara haqq qazandırmaq olmaz və onlar buna görə məsuliyyət daşıyacaqlar.
Həqiqətən də Gəncəyə edilən hücumun heç bir açıqlaması ola bilməz. Ərtafında heç bir hərbi obyekt olmayan, mülki əhalinin yaşadığı bir məkana ballistik raketlə hücum edən bir ölkə ancaq terrorist olaraq adlandırıla bilər. Beynəlxalq qurumlardan bu məsələyə hələ də lazımi reaksiyanın verilməməsi dünyadakı ikili standartların əyani təzahürüdür. Lazım gəldiyində bir nəfərin ölümü üçün dünyanı ayağa qaldırmaqdan çəkinməyən insan hüquqları təşkilatlarının Gəncəyə, Bərdəyə, Tərtərə və digər müharibə zonası olmayan ərazilərə raket atılaraq, onlarla mülki vətəndaşın canına qəsd edilməsinə səssiz qalması anlaşılan və qəbul olunan deyil.
Bütün bu haqsızlıqlara baxmayaraq Azərbaycan haqq yolundan dönməyəcək. Uğruna canımızı verməyə hazır olduğumuz Vətən torpaqlarımızın erməni işğalında qalması ilə razılaşmayacağıq. Cəbhədə tək başına da olsaq məqsədimizə nail olmaq üçün addım-addım irəliləyəcək və Zəfər çalacağıq. Tezliklə Qubadlıdan, Zəngilandan, Füzulidən, Cəbrayıldan aldığımız xoş xəbərlərin davamını Şuşadan, Ağdamdan, Laçından və digər hələ ki, işğal altında olan rayonlarımızdan alacağımıza olan inamımız ən yüksək səviyyədədir. Ölkə Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qətiyyətli siyasi iradəsi, yorulmaz fəaliyyəti və Azərbaycan xalqının milli maraqlarının ən böyük müdafiəçisi və təbliğatçısı kimi dünyanın tanınmış, geniş auditoriyaya malik televiziya kanallarına verdiyi müsahibələr isə dünya ictimaiyyətinin məlumatlandırılması baxımından olduqca mühüm və əhəmiyyətlidir. Müasir hərb tarixində tərəflərin informasiya meydanında da üstünlüyü amilini yüksək qiymətləndirən dövlət başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ müharibəsinin hazırkı mərhələsində rəsmi Yerevanın, erməni lobbisinin və onların havadarlarının ictimai fikri tamamilə başqa məcraya çəkmək, erməni işğalçılarını zərərçəkən qismində qələmə vermək cəhdlərinə sərrast və tutarlı arqumentlərlə cavab verir.
Ali Baş Komandanımızın qətiyyəti, Azərbaycan Silahlı Qüvvələrinin torpaqlarımızın azad edilməsi uğrunda apardığı mübarizədə göstərdiyi rəşadət qələbələrimizin əsas təkanverici qüvvəsidir. Bugün Azərbaycan Silahlı Qüvvələri özünün zəfər tarixini yazır. Erməni işğalçılarına qarşı qəhrəmanlıqla döyüşən Milli Ordumuz düşmənə ağır, sarsıdıcı zərbələr vuraraq şanlı tarix yazır. Ordumuz torpaqlarımızı işğaldan azad edilməsi üzrə Ali Baş Komandanımızın tapşırıqlarını yüksək döyüş əzmi və igidliklə icra edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz hər gün yeni-yeni ərazilərimizi işğaldan azad edir. Bu çətin günlərdə xalqımız, yüksək vətənpərvərlik ruhunda yetişən sağlam düşüncəli gənclərimiz milli birlik nümayiş etdirərək Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib.
Sonda bir daha bildirmək istəyirəm ki, Azərbaycanın düşmənin bütün təxribatlarına qarşılıq verə biləcək müzəffər ordusu var. Bu münaqişə ən qısa müddətdə torpaqlarımızın işğaldan azad olunması ilə nəticələnəcək. İşğalçı dövlətin isə 2 seçimi var: Təslim olub işğal olunmuş torpaqlarımızdan geri çəkilmək və sülhə nail olmaq. Öz məkrli siyasətlərini davam etdirmək və torpaqlarımızdan "İti qovan kimi" qovulmaq!
Azad Namazov
YAP Pirallahı rayon təşkilatının könüllüsü