Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir
31 oktyabr 2020 | 11:00
27 Sentyabr tarixində təcavüzkar Ermənistanın növbəti təxribatından sonra işğal edilmiş torpaqlarımızın azad edilməsi uğrunda Azərbaycan Respublikasının Vətən müharibəsi başlamışdır. Müharibənin başladığı gündən 37 gün ərzində şanlı Ordumuz tərəfindən 4 şəhər, 3 qəsəbə, 180-dən çox kənd və bir neçə strateji yüksəkliklər azad edilmişdir. Qısa müddət ərzində əldə olunan bu uğurlar sübut etdi ki, Azərbaycanın daha 30 il gözləmək fikri yoxdur. Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və xalqımızın vətənpərvərlik duyğularının həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır. Bu Ali baş Komandanın və Ordumuzun qələbəsidir və dünya bununla hesablaşmalıdır. Bugün Azərbaycanın apardığı müharibə 5-ci nəsil müharibə adlandırılır. Azərbaycan Ordusu tabeliyində olan müasir silahları tətbiq etməklə döyüşlərin ilk anından başlayaraq düşmənə ağır zərbələr endirir. Düşmənin çoxlu sayda texnikasını, artilleriya sistemini, ilk olaraq hava hücumundan müdafiə sistemini məhv edir. Onların sırasında S-300 raket kompleksi və hətta "Tor-2MK” tipli raket kompleksi də var. Beləliklə, ordumuz "minimum itki, maksimum nəticə” prinsipi ilə döyüşür.
Bununla yanaşı, müharibənin yalnız cəbhədə getdiyini desək yanılmış olarıq. Müharibə həm də diplomatiya və informasiya məkanlarında gedir. İnformasiya müharibəsinə də cənab İlham Əliyev şəxsən özü başçılıq edir. Ölkə başçımız, demək olar ki, hər gün dünyanın ən tanınmış telekanallarına müsahibələr verir, reallıqları izah edir, faktları göstərir. Ölkə başçısının son müsahibələrindən biri oktyabrın 28-də Rusiyanın İnterfaks agentliyinə oldu. Cənab Ali Baş Komandan İlham Əliyev jurnalistə müzəffər Azərbaycan ordusu haqqında fikirlərini səsləndirdi. O, qeyd etdi ki, “Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bu bir ay ərzində azad olundu. Erməni tərəfinin təqribən 30 il ərzində işğal olunmuş torpaqlarda möhkəmləndirilmiş rayonlar yaratmasını nəzərə alsaq, orada bir neçə müdafiə xətti var idi. Ərazinin relyefi də erməni tərəfi üçün daha əlverişlidir, çünki ora dağlıq ərazidir və bizim hərbi qulluqçular əks-hücum əməliyyatlarını həyata keçirərkən həm mühəndis qurğularını, həm də dağlıq relyefi adlamalı olurdu. Buna görə də bütün bu amillər nəzərə alınmaqla, ölkəmizin ərazilərinin xeyli hissəsi bir ay ərzində azad edildi və bu, göstərir ki, Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilməsi əbəs deyildi. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da çox cəhətdən bizim uğurumuza kömək edib”.
Müsahibə əsnasında jurnalist, ölkə başçımıza Ermənistanın qondarma Dağlıq Qarabağ Respublikasını tanıması ehtimalının nə dərəcədə real olduğu və bunun hansı nəticələr doğura biləcəyi barədə sual ünvanladı. Dövlət başçımızın bununla bağlı mövqeyi birmənalı oldu. O bildirdi ki, hərbi qarşıdurma bir aydan çoxdur ki, davam edir. Bəs nə üçün onlar indiyə qədər Dağlıq Qarabağın müstəqilliyini tanımayıblar? Bunu etmək çox asandır. Qoy bəyan etsinlər ki, onu tanıyırlar. Nitqinin davamında ölkə başçımız erməni tərəfinə müraciətlə bildirdi ki, buradan mən onlara, necə deyərlər, cavab çağırışı edirəm – Dağlıq Qarabağı tanıyın. Bu gün tanıyın. Lakin başqa ölkələrin bunu etməsini xahiş etmək yenə də Ermənistan rəhbərliyinin qeyri-adekvatlığından və onun siyasi savadının çox aşağı səviyyədə olmasından xəbər verir. Ona görə ki, əgər Ermənistan rəhbərliyi beynəlxalq siyasətin əsaslarından azacıq da olsa, baş çıxarsaydı, anlayardı ki, bu gün, biz Dağlıq Qarabağ ilə vahid dövlət çərçivəsində və digər beynəlxalq strukturlar çərçivəsində BMT-yə daxil olanda Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən hamıya məlum fakt kimi etiraf edilib. Axı, Qoşulmama Hərəkatı - 120 ölkə Azərbaycanın ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyib. Avropa İttifaqına 27 ölkə daxildir. Avropa İttifaqı ilə bizim imzaladığımız sənəddə Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və suverenliyi dəstəklənib. Bunlar təqribən 150 ölkə deməkdir. Buraya İslam Əməkdaşlıq Təşkilatını da əlavə etsək, - düzdür, orada Qoşulmama Hərəkatının üzvləri olanlar da var, olmayanlar da, - budur dünya birliyi. Ermənistanın ucbatından, onun istəyinə görə, onun Dağlıq Qarabağı tanımaq şıltaqlığına görə Azərbaycan ilə münasibətləri korlamaq, özü də, sadəcə, korlamaq deyil, deyərdim ki, bu, hər hansı ölkə ilə diplomatik münasibətləri dərhal pozmağa gətirib çıxarar. Kim belə addım atacaq? Sadəcə, heç kim bunu etməyəcək. Xüsusən ona görə ki, ermənilər özləri onu tanımırlar. Özü də elə bir vaxtda ki, onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsasən təcavüzkardırlar. Buna görə də deyərdim ki, bu hərəkət onların növbəti ləyaqətsiz cəhdidir, yenə başqasının hesabına öz istəklərinə nail olmağa çalışırlar.
Daha sonra Minsk qrupunun fəaliyyəti ilə bağlı danışan ölkə başçımız bir daha öncə dəfələrlə bildirdiyi fikrini təkrar səsləndirdi: “Minsk qrupu özünü doğrultmadı”. O qeyd etdi ki, Minsk qrupu tərəfindən nizamlamaya yönəlmiş cəhdləri tamamilə inkar etmək olmaz, hər halda baza prinsipləri Minsk qrupu tərəfindən işlənib hazırlanmışdı. Onlar işləyirdilər, variantlar təklif edirdilər. Təkliflərin bəziləri ilə biz razılaşmırdıq, bəziləri ilə erməni tərəfi razılaşmırdı. Yəni, bu proses Paşinyan Ermənistanda hakimiyyətə gələnədək davam etdi. Lakin səmərəlilik, nəticəlilik baxımından, əlbəttə, Minsk qrupu özünü doğrultmadı. Prezident onu da vurğuladı ki, Minsk qrupunun həmsədrləri hansısa başqa ölkələr olsaydı, bunu hələ onunla izah etmək olardı ki, o ölkələrin dünyada kifayət qədər təsir qüvvəsi yoxdur, hətta BMT Təhlükəsizlik Şurasının onların özlərinin qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur.
Cənab Prezident həmçinin bildirdi ki, “Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyinmöhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir”.
Sonda İlham Əliyev “Münaqişənin davam etməsi heç kimin marağında deyil” fikrini səsləndirdi.
Ölkə başçısının vurğuladığı fikirlərdən biri də, Qarabağın ölkəmizin ən gözəl və bərəkətli regionlarından biri olması ilə bağlı oldu. Qarabağ, həm təbii faydalı qazıntılarla, həm qızılla, sink və qurğuşunla zəngindir. Cənab İlham Əliyev onu da vurğuladı ki, regionun perspektivi Azərbaycanın davamlı inkişafı üçün, ilk növbədə, ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacib olacaq. Lakin anlamaq lazımdır ki, birinci mərhələdə bu, çox böyük maliyyə məsrəfləri tələb edəcək.
Azərbaycanda peşəkar, yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik bir ordunun formalaşmasında ümummilli liderimiz Heydər Əliyevin misilsiz xidmətləri danılmazdır. Hərbi hissələrimizdə son bir neçə ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar, görülən tədbirlər öz bəhrəsini verdi, ordumuz tarix yazdı. Bu gün Azərbaycan Ordusunun adı güclü ordular sırasında çəkilir. Buna zəmin yaradan başlıca səbəblərdən biri də ölkəmizin iqtisadi qüdrətinin artmasıdır. İqtisadiyyatı güclü olan dövlətin ordusu da güclüdür. Bugünkü haqq savaşımızdakı uğurumuz Azərbaycanda xalq-ordu birliyinin də sarsılmaz olduğunu təsdiqlədi. Hazırda səngərdə ədaləti bərpa edən Azərbaycan əsgəri dövlətin, xalqın etimadını layiqincə doğruldur.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü