Şriftin ölçüsü :

Saytın rəngi :

Rəsmi İrəvanın ifşa olunmuş siyasəti diplomatik sahədə uğursuzluğun nəticəsidir

31 oktyabr 2020 | 11:00
Dilinə, dininə, rənginə, millətinə fərq qoyulmadan onlarla millətin,  xalqın bir yerdə bərabər hüququlu yaşadığı, tolerantlığın dünyaya nümunə olacaq ən yüksək formasının mövcud olduğu bir ölkədir Azərbaycan. Tarix boyu münbit torpaqlarına, təbii səvətlərinə göz dikən yağı düşmənə qarşı fədakarlıqla sinə gərən xalqımız öz torpaqlarını müdafiə etmişdir. Son iki əsrdə dünyanın müxtəlif yerlərindən gətirilərək Azərbaycanın İrəvan xanlığı və digər ərazilərində yerləşdirilən ermənilər tədricən daha böyük ərazilər ələ keçirmək üçün tarixi saxtalaşdırmaqla, yerli azərbaycanlı və ümumilikdə türk xalqına qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirməyə başlamışlar. Keçən əsrin sonlarında müstəqillik qazanmış xalqımızın o vaxtki rəhbərliyinin səriştəsizliyindən və xalqımızın etibarından istifadə edərək ərazilərimizin 20 %-ni işğal etmişlər. Son 27 ildə atəşkəs rejimi dövründə hərbi təxribatlarla daim atəşkəs rejimi pozaraq münaqişənin dinc yolla həllinə maneələr törədən Ermənistan daim layiqli cavabını almışdır.
Son dövrlərdə Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur.
Daha sonra avqust ayında Ermənistan növbəti hərbi təxribata əl ataraq Azərbaycana diversiya qrupu göndərmişdir. Diversiya qrupunun başçısı Azərbaycan hərbçiləri tərəfindən saxlanılmışvə planlaşdırılmış təxribatçı diversiya qrupu Azərbaycana terror aktları törətmək üçün gəldiyi müəyyən edilmişdir.
2020-ci il 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində mülki əhali və hərbçilər arasında itkilərimiz olmuşdur. Nəticədə Azərbaycan Ordusu genişmiqyaslı əks-hücum əməliyyatına başlamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabr ayının 29-da  Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəsində qeyd etmişdir ki, müzəffər Azərbaycan ordusu döyüş meydanında  şərtsiz üstünlüyə malikdir: "Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu.Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır".
  Qısa müddət ərzində Ermənistan başa düşdü ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Ötən müddət ərzində iqtisadiyyatın inkişafı, düzgün aparılmış xarici və daxili siyasət, ordu quruculuğu istiqamətindəki islahatlar, Silahlı Qüvvələrimizin ən müasir döyüş texnikası ilə silahlanması Ermənistanın təkcə hərbi deyil, danışıqlar prosesində də Azərbaycana uduzmasına gətirib çıxardı. Çünki Ermənistan hakimiyyəti siyasi müstəvidə də qeyri-konstruktiv yanaşma nümayiş etdirir.  Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Lakin razılaşdırılmış hər üç atəşkəs rejimini Ermənistan kobud şəkildə pozan Ermənistana artıq  etibar etmək çətindir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır;
Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması.
  Döyüş meydanında darmadağın edilən Ermənistan dünya liderlərinə yalvarışlar etməyə başladı. Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması barədə Prezident İlham Əliyev bildirmişdir ki, Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.
Ermənistanın baş naziri Paşinyan da erməni əsgəri kimi fərsiz olduğunu öz səhv qərarları və siyasəti ilə  siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir.
Siyasi süqutunun yaxınlaşdığını görən, əlihər yerdən üzülən Ermənistana "oyunlarını"davam etdirməyə havadarlarının dəstəyi azalmışdır. çünki , artıq dünya birliyi Ermənistanın yalanlarından bezmişdir. Əslində  bəzi dünya ölkələri Ermənistanın təcavüzkar əməllərinə göz yummaqla Ermənistandan  Cənubi Qafqazda öz maraqlarını müdafiə etmək üçün bir oyuncaq kimi istifdə edirdilər.  Artıq Paşinyanın yalanlarından, böhtanlarından cana doymuş ac-yalavac ermənilər də onu dəstəkləmirlər.  Dağlıq Qarabağın işğaldan azad edilməsi bu torpaqlara yenidən həyat bəxş edəcəkdir.  Bunn üçün ilk növbədə erməni silahlı birləşmələri həmin əraziləri tərk etməli və azərbaycanlilar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
Dağlıq Qarabağda yaşayan ermənilərin taleyinə münasibət bildirən Prezident İlham Əliyev vurğulamışdır ki, - "Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır".
Sentyabr ayının 27-dən bəri cəbhə zonasında ağır döyüşlərin getməsinin və bu müddət ərzində ermənilərin Azərbaycanın dinc əhalisinə qarşı raket zərbələri ilə terror əkatlarını davam etdirməsinin günahkarı həm də münaqişənin dinc yolla nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi və birtərəfli, qərəzli mövqe tutaraq ermənilərin azğınlaşmasına şərait  yaratmasıdır.
Minsk qrupu özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər - deyə Prezident İlham Əliyev qeyd etmişdir.
İqtisadi inkişaf tempinə görə  dünyanın ən qabaqcıl ölkələrindən olan Azərbaycanın maddi imkanları sayəsində münaqişənin həllindən sonra regionda sürətli inkişafa nail olunacaq. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək.
  Regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyinmöhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasınısürətləndirəcəkdir - deyə qeyd olunub.
Münaqişənin davam etməsinin heç kimin marağında olmadığını vurğulayan Prezident İlham Əliyev bildirmişdir ki, İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsiməsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır.
Regionda sülhün təminatçısı qismində çıxış edən Türkiyənin də rolu qeyd olunmuşdur.
Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür.
Istər döyüş meydanında , istərsə də diplomatik sahədə baş verən hadisələr sübut edir ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin  yaradılmasına imkan verməyəcəkdir. .   Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz.

Müslümov Loğman
YAP Pirallahı rayon təşkilatının könüllüsü

Keçidlər