Pirallahı xəstəxanası əsaslı təmirdən sonra istifadəyə verildi
17 yanvar 2014 | 11:00
Ölkəmizdə aparılan sürətli sosial-iqtisadi islahatlar nəticəsində bütün sahələrdə olduğu kimi səhiyyənin inkişafına da güclu təkan verilmişdir. Azərbaycanda səhiyyə sisteminə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi 2003-cü illə müqayisədə 11 dəfə artırılmışdır. Məhz bu artım əsasında 500-dək tibb müəssisəsi yaradılaraq və ya yenilənərək əhalinin istifadəsinə verilmişdir.
Görülən işlərdən biri də Dövlət Proqramı çərçivəsində Pirallahı rayonunda 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsidir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. 2011-ci ilin iyul ayından başlanan və Səhiyyə Nazirliyinin nəzarəti altında aparılan təmir işləri 2013-cü ilin son günlərində yekunlaşmışdır. Zəruri cihaz və avadanlıqlar quraşdırıldıqdan sonra bu gün baş tutmuş açılış mərasimində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişdir.
Xatırladaq ki, rayonun ən böyük tibb müəssisəsi olan 10 saylı BŞX-nın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunmuşdur. Bundan başqa binanın fasad hissəsi gülbəxt daşı ilə üzlənilib və xəstəxananın qazanxana sistemi yenilənib. Binanın pəncərələri dəyişdirilərək yeniləri ilə əvəz olunub. Xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulub. Binanın həyətinə yeni asfalt örtüyü döşənib, ərazidə yaşıllıq salınıb. Xəstəxana iki hissədən – poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda beş şöbə - cərrahiyyə, terapiya, pediatriya, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcəkdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur. Uşaqların və böyüklərin qəbul edilməsi üçün nəzərdə tutulmuş poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək pasiyentin qəbul edilməsi məqsədilə genişləndirilmişdir. Buradakı 50-yədək kabinetin hər biri tibb sənayesinin istehsal etdiyi ən yeni cihaz və avadanlıqlarla təmin olunmuşdur. Adıcəkilən tibb ocağında 38 həkim və 117 orta tibb işçisi çalışır. Xəstəxanada tibb işçiləri üçün yaradılan şərait, quraşdırılan müasir tibb avadanlığı rayon əhalisinə xidmətin səviyyəsini daha da artırmağa imkan yaradacaqdır.