Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır
01 noyabr 2020 | 11:00
Təcavüzkar Ermənistanın hərbi təxribatlarına cavab olaraq şanlı Azərbaycan Ordusu sentyabr ayının 27-dən etibarən uğurlu əks-hücum əməliyyatları həyata keçirir. Əməliyyatlar nəticəsində bugünə kimi 4 şəhərimiz, 3 qəsəbə və 200-ə yaxın yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. Beləliklə, bugünlərdə ölkəmizdə Vətən savaşı gedir. İşğaldakı torpaqlarımız azad edilir və ölkəmizin suverenliyi, ərazi bütövlüyü təmin edilir. Son bir ayda gedən proseslər onu göstərir ki, məsələ sürətlə bitməyə doğru gedir. Azərbaycanın illərdir ki, arzusunda olduğu və var gücü ilə reallaşmasına çalışdığı istəyi artıq həyata keçirməkdədir.
Bir məsələni də xüsusi olaraq qeyd etmək lazımdır ki, müharibə, erməni ordusunun nə vəziyyətdə olduğunu və iki ölkənin orduları arasında müqayisə olunmayacaq qədər fərqlər olduğunu əyani nümayiş etdirdi. Aydındır ki, yalnız çox güclü dövlətlər bir neçə gün içində Azərbaycanın nail olduğu uğurlara nail ola bilərdi. Bu güc qarşısında aciz vəziyyətdə qalan Ermənistanın Ordumuzun daxilində kənar qüvvələr olduğu barədə absurd iddiaları əslində anlaşılandır. Ermənistan rəhbərliyi Azərbaycan Ordusu qarşısındakı aciz vəziyyətini xalqına açıqlayabilmir. Buna görə də belə əsassız iddialarla öz cəmiyyətini inandırmağa çalışır ki, guya Ermənistan ordusu sadəcə Azərbaycanla savaşmır. Onların qarşısında həm də Türkiyənin, Pakistanın hərbi gücü var. Bununla da kifayətlənməyən mənfur düşmən məsələyə hansısa terror qruplarının nümayəndələrini də cəlb etməyi unutmur. Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdən bu absurd iddialarla çıxmağa çalışması onun özünü, ölkəsini və xalqını alçaltmaqdan başqa bir işə yaramır. Cəbhəhə Ermənistanla savaşan tək bir güc var. Oda Şanlı Azərbyacan Ordususdur.
Prezident İlham Əliyevin öz fəaliyyətində hər zaman Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyini və təsir imkanlarını qoruyub saxlaması bugünkü uğurlarımızın açarıdır.Cənab Prezidentin 29 oktyabrda Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibəsində böyük qürur hissi ilə bəyan etdi ki, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu arasındadır. Həm peşəkarlıq, həm təlim, həm döyüş qabiliyyəti, ən başlıcası mənəvi döyüş ruhu, əlbəttə ki, Azərbaycan Ordusunun texniki təchizatı da bir çox cəhətdən uğurumuza kömək edib. Beynəlxalq təşkilatların 30 il ərzində reallaşdıra bilmədiyini Azərbaycan Ordusu 30 gün ərzində demək olar ki, həyata keçirdi. Ərazilərimizin bir qismini azad etməklə Azərbaycan danışıqlar prosesində müəyyən olunmuş baza prinsiplərindən birini təmin etdi.
Prezident İlham Əliyev müsahibə zamanı ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə də münasibət bildirərək qeyd etdi ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Azərbaycan Prezidenti danışıqların mənalı olmasını, yeni istiqamətini, vasitəçilərin yeni tərkibini və yeni predmetinin təklif edilməsini istəyir.
Müsahibədə ölkə başçısının vurğuladığı məqamlardan biri də rəsmi İrəvanın bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyi ilə bağlı oldu. Ölkə başçısı vurğuladı ki, onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər.
Prezident onu da vurğuladı ki, Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir.
Ermənistandan fərqli olaraq Azərbaycan həmişə öz hesabına yaşayıb və ölkənin gələcək inkişafı üçün nə siyasi, nə iqtisadi, nə hər hansı bir başqa maneə və ya problem yoxdur. Məhz dövlət başçısının düzgün idarəetmə kursu sayəsində Azərbaycan iqtisadiyyatının inkişaf tempi qorunub saxlandı, ixrac potensialı artdı, qeyri-neft sektorunun davamlı yüksəlişi təmin olundu. Ölkədə yeni sənaye zonaları yarandı, istehsal sahələri genişləndirildi, bütün bunlar da əhalinin məşğulluğunun təmin olunmasına ciddi təsir göstərdi, Azərbaycan sosial dövlət imicini daha da artırdı. Azərbaycan postsovet məkanında keçid mexanizmini başa vuran ilk ölkə oldu və onun sürətli inkişafının təməlində Prezident İlham Əliyevin böyük zəhməti, ölkəyə və xalqa olan sonsuz sevgisi dayandı.
Müsahibədə ölkə başçısı həmişəki prinsipial mövqeyinin üzərində dayanaraq bildirdi ki, Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar. Ölkə başçımız onu da qeyd etdi ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır
Həmçinin Prezidentimiz qeyd etdi ki, münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. İşğaldan azad olunan ərazilərin tarixi-mədəni dəyəri ilə yanaşı zəngin iqtisadi potensialı da mövcuddur. Prezident İlham Əliyev çıxışlarında qeyd edib ki, biz “Böyük Qayıdış”ın astanasındayıq və dövlət əlindən gələni edəcək ki, Azərbaycan vətəndaşları azad edilmiş torpaqlara qayıdaraq əmin-amanlıq şəraitində rahat yaşasınlar. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsi hər bir ölkənin özünümüdafiə hüququnu təmin edir. Bizim etdiyimiz odur ki, biz özümüzü müdafiə edirik və biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərini erməni işğalından azad edirik. Bundan artıq heç bir şey etmirik. Erməni xalqına gəldikdə, mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır, biz onların qeydinə qalacağıq. Onlar oraya qayıdacaq azərbaycanlılarla yanaşı, ləyaqət, sülh içində yaşayacaqlar”. Prezident İlham Əliyevin haqlı, strateji və məntiqli siyasəti həm də region xalqlarına sülh və əmin-amanlıq gətirəcək.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü