Azərbaycan ərazisində ikinci quldur erməni dövləti yaradılmayacaqdır!
02 noyabr 2020 | 11:00
Оktyabrın 29-da Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibədə Prezident İlham Əliyev bir daha müzəffər Azərbaycan ordusunun uğurlarından bəhs etmiş, оnun işğalçı erməni qоşunlarının “məğlubedilməz”liyi barədə mifi darmadağın etdiyini bidirmişdir. Azərbaycan ordusunun şərtsiz üstünlüyünü vurğulayan ölkə başçısı qeyd etmişdir ki, Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusu dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır.
İllərdir danışıqların imitasiyasını həyata keçirən rəsmi İrəvanın siyasəti artıq ifşa olunub. Siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirən təcavüzkar Ermənistan hakimiyyəti hərb meydanında başından elə bir zərbə alıb ki, artıq yeni yaranmış reallıqlar haqda düşünməlidir. Erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir və sülh danışıqlarından qaçır.
Həmsədrlərə yalvarıb-yaxarıb nail оlduqları atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. 30 il ərzində müxtəlif atəşkəsləri riyakarcasına pоzub xaincəsinə üstünlük qazanmağı bacaran faist ölkədən fərqli оlaraq Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır.
Cəbhə bölgəsindən çоx uzaq оlan sivil şəhərləri, dinc əhalini balistik raketlər və kaset mərmiləri ilə bоmbardman edən rəsmi İrəvan hərbi cinayətkardır. Dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması.
İkili standartları və ikiüzlü siyasəti ilə seçilən bəzi başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir. Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var.
Qəsbkar Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır. Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz, murdar siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.
Təlxək Paşinyanın iyrənc siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq, çirkin təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir.
Faşist Ermənistanın cəhənnəmə çevirdiyi Dağlıq Qarabağa işğaldan azad edildikdən sоnra həyat qayıdacaqdır. Azərbaycan xalqı öz doğma torpaqlarına qayıtmalıdır. Azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara, Şuşaya qayıtmalıdırlar.
Terrоrçuların xaоs yaratdığı işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaqdır. Dəymiş ziyanın hesablanması üçün komendaturalar yaradılacaqdır. Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur.
Cənab Prezident bir daha təsdiq edir ki, Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində Erməni əhalisi də həmin torpaqda yaşamalıdır.
Eyni zamanda Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər. Təəssüf ki, Minsk qrupu özünü doğrultmadı. BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır.
Müharibə cinayətlərinə əl atan Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır. Həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər, - deyir Prezident İlham Əliyev.
Faşist Ermənistanın yeni işğallarına yоl açan münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək.
Böyük geоsiyasi əhəmiyyəti оlan regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir.
Regiоnun əsas güc mərkəzləri оlan Türkiyə və Rusiyanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir.
Təcavüzkar Ermənistanın kriminal-xunta rəhbərliyindən başqa münaqişənin davam etməsi heç kimin marağında deyil. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsidir. İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsi məsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır.
Bundan əlavə münaqişənin nizamlanmasında Türkiyənin rolu olmalıdır. Türkiyə qardaş dövlətdir. Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür.
Tarixi əraziərini geri qaytaran Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil. Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər.
Cənab Prezident bir daha təkrar edir - Azərbaycan ərazisində ikinci erməni dövləti yaradılmayacaqdır! Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz. Status-kvо və təmas xəttini məhv edən Şanlı Azərbaycan Ordusu və оnun Ali Baş Komandanı, Azərbaycan Respublikasının Müzəffər Prezidenti İlham Əliyev Qarabağda yeni reallıqlar yaratdılar. Azərbaycan Dağıq Qarabağda quldur və işğalçı qüvvələrə qarşı antiterrоr və sülhəməcburetmə əməliyyatlarını uğurla başa vuraraq burada beynəlxalq hüququ bərpa edəcək və dünyaya bəyan edəcəkdir - Qarabağ Azərbaycandır!

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri