Prezident İlham Əliyevin ədalətə çağırış səsi, Azərbaycan Ordusunun qələbə əzmi dünyada ədalətin qələbəsi kimi tarixə yazılacaq
03 noyabr 2020 | 11:00
Sentyabrın 27-dən Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdən hücumlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatı həyata keçirməsi nəticəsində bu günədək 200-ə yaxın yaşayış məntəqəsinin, 4 şəhərin, 3 qəsəbənin işğaldan azad edilməsi qürurvericidir. Artıq Silahlı Qüvvələrimiz dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların 30 ilə yaxın müddətdə bərpa edə bilmədiyi ədaləti bərpa edir, BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrini həyata keçirir. Dövlətimizin başçısı İlham Əliyevin xarici mətbuata hər bir müsahibəsi ölkə Prezidentinin mövqeyinin, qətiyyətinin, iradəsinin, dövləti, xalqı üçün şəksiz lider olduğunun aydın mənzərəsini yaradır.
Müharibənin təbii ki, öz qanunları, özəllikləri var. Bu, ağır da olsa oğullarımızın şəhidlik zirvəsinə yüksəlməsi, yaralanması, çoxsaylı dağıntıların olması ilə səciyyələnir. Azərbaycan dövləti heç zaman müharibə istəməyib. Münaqişənin sülh yolu ilə həllinə səy göstərib və göstərir. Lakin işğalçı Ermənistanın və onun havadarlarının 30 ilə yaxın müddətdə yalanları, vaxtı uzatmaq üçün imitasiya naminə apardıqları danışıqları münaqişənin həlli prosesini uzadaraq xalqımızın səbir kasasını doldurdu. İşğalçı dövlət təxribatlarından da əl çəkmədi. Təkcə cari ilin arxada qalan dövrünə diqqət yetirdikdə erməni təxribatlarının miqyasının nə qədər geniş olduğunu görərik. Sentyabrın 27-dən bugünədək erməni təxribatlarının qarşısını almaq üçün Azərbaycan Ordusu qətiyyətlə mübarizə aparır. Hər bir Azərbaycan vətəndaşı, gənclərimiz böyük ruh yüksəkliyi ilə ilk gündən cənab İlham Əliyevin səfərbərlik çağırışına cavab verdi. Bu, birliyimizin, həmrəyliyimizin nümayişidir.
Xalqımızın Prezidentinə sevgisi şəksizdir, həyata keçirilən siyasəti, irəli sürdüyü bütün təşəbbüsləri dəstəkləyir, ətrafında sıx birləşərək yeni-yeni hədəflərə doğru inamla addımlayır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı qarşıdakı illərdə daha möhtəşəm uğurlar gözləyir. Üçrəngli bayrağımızın Şuşada, Xankəndidə dalğalanacağı gün hər saniyə yaxınlaşır.
Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə birtərəfli, ikili standartlardan yanaşan TŞ-nin son günlərdə keçirdiyi müzakirələr əsl mənada insan haqlarının pozulmasını əks etdirən mənzərə idi. Azərbaycan ərazilərini işğal edən, mülki əhalini- uşaqları, qadınları , ahılları qətlə yetirən Ermənistan haqqında BMT-nin qəbul etdiyi qətnamələr əsasında tədbir görülməsini tələb edən Azərbaycan illərdən bəri ağrı-acısını yaşadığı ədalətsizliklə üzləşdi. Məsələyə əvvəlki qətnamələrə istinad olunmadan, yəni sıfırdan, Ermənistanın maraqlarının müdafiəsi baxımından yanaşılmasını təklif edən Fransa, ABŞ, Rusiya əsl simalarını göstərdilər. İllərdən bəri 4 qətnaməni əsas tutaraq 30 il işğalçıya layiq olduğu cavabın veriləcəyi günü gözləyən Azərbaycan xalqı bir daha ədalətsizliklə üzləşdi. Belə çıxır ki, qətnaməni qəbul edənlər nəyə imza atdıqlarını «unudublar» və vicdanları qarşısında susmağa məhkumdurlar. Bu məqamda həqiqəti söyləmək yerinə düşər: Beynəlxalq təşkilatın qəbul etdiyi qərarın icrasına nəzarəti «unutmaq» onun nüfuzunun dəyəridir.
BMT-də olduğu kimi, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin (Rusiya, ABŞ, Fransa) təmsilçiləri eyni əqidə ilə «Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışıblar.» Bu « səylər» göstərir ki, bir mərkəzdən idarə olunan Ermənistana dəstək kampaniyasının müəllifləri həm də terroru, separatizmi, ərazi və milli münaqişələri yaradan, «rəngli inqilablar»ı, «ərəb bahar»larını qızışdıranlardır. Təkcə Fransanın simasında Minsk qrupunun hansı əqidəyə sadiq olduğu bəllidir. Ermənistanı bütün sahələrdə dəstəkləyən, maddi, hərbi yardımlar göstərən Fransanın ermənipərəst prezidenti Emmanuel Makronun gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini tənqid edən bu ölkənin jurnalisti ölümlə təhdid edilir, islamofobiya getdikcə güclənir, qondarma «erməni soyqırımı» tanınır.
Sentyabrın 27-dən etibarən Ermənistan tərəfindən törədilən təxribatlarla başlanan müharibədən, erməni terrorçuları tərəfindən öldürülən dinc, mülki əhalinin çəkdiyi əzablardan, dağıdılan Azərbaycanın şəhər və kəndlərinin ürək ağrıdan mənzərəsindən narahat olmayanlar 1992-ci ildə Xocalı soyqırımını da «görmədilər». O zaman kar, kor, lal olan ermənipərəst qüvvələr indi insan hüquqlarının qorunmasını tələb edirlər, düşmənin gücləndirilməsi üçün vaxt, atəşkəs istəyirlər. Bütün istiqamətlər üzrə Ermənistanın müdafiəsinə qalxırlar… Maddi, hərbi dəstək göstərənlər hətta işğalçının sərhədlərini belə öz hərbçiləri hesabına qoruyurlar. Bu zaman biz də soruşuruq. İki əsrdə daşnakların törətdikləri soyqırımları demirik. Bəs Gəncədə, Bərdədə, Naftalanda, Tərtərdə öldürülənlər üçün kim cavab verəcək? Belə haqlı suallardan yayınanlar, hərbi cinayətkarları, terrorçuları dəstəkləyənlər susurlar. Gəncədə baş verən terror aktını müşahidə etmək üçün bu qədim Azərbaycan şəhərinə gələn ölkəmizdəki diplomatik korpusun nümayəndələri də erməni faşizminin təzahürü olan dəhşətli mənzərəni səssizliklə izləyərək, heç bir münasibət bildirmədilər. Belə ağır məqamda da səssizcə «danışan» ikili standartlar oldu. Amma əminik ki, qısa müddətdə daha gur eşidilən Prezident İlham Əliyevin ədalətə çağırış səsi, Azərbaycan Ordusunun qələbə əzmi dünyada ədalətin qələbəsi kimi tarixə yazılacaq.
Bu gün Azərbaycan dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə yeni tarix yazır. O tarixi ki, işğal altında olan torpaqlarımız azad edilir, həmin ərazilərdə bayrağımız dalğalanır, insanlarımızda böyük xoşbəxtlik, xoş ovqat müşahidə edilir. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərlərinin və 200-ə yaxın yaşayış məntəqələrimizin, strateji yüksəkliklərin azad edilməsi qürurvericidir. Bu gün Azərbaycanın hər bir guşəsində, küçə və meydanlarında, evlərin balkonlarında dalğalanan üçrəngli bayrağımız da hər birimizdə bu hissləri yaradır: Zəfər sənindir, Azərbaycan əsgəri! Eşq olsun Ali Baş Komandana! Eşq olsun Azərbaycan Ordusuna! Dövlətimizin başçısı İlham Əliyev son bir ayda verdiyi müsahibələrində, xalqa müraciətlərində işğal altında olan torpaqlarımızın azad olunması üçün şəhidlər verdiyimizi, onların qanının yerdə qalmayacağını bildirir. Bu gün Azərbaycan Ordusu onların qisasını döyüş meydanlarında alır.

Məmləkət Qaraçobanova
YAP Pirallahı rayon təşkilatının könüllüsü