Ermənistan üçün böyük sonun başlanğıcı...
04 noyabr 2020 | 11:00
Bütün səmavi dinlər sülh, dostluq, əminamanlığı tərənnüm edir və heç bir dində terrora çağırış və dəstək ola bilməz. Bu gün Ermənistanın baş katalikosunun erməni xalqını müharibəyə səsləməsi onu göstərir ki, bu millət artıq dini də saxtalaşdırıb. Dini, imanı saxta olan millətdən yaxşı heç bir şey gözləmək isə mümkün deyil. Bir hədisdə deyilir ki, Ulu tanrı bütün peyğəmbərlərə bir sualla müraciət edir:- Ey mənim rəsullarım, yer üzünə göndərdiyim elçilərim. Sizin xoşbəxt yaşamağınız üçün hər bir gözəlliyi, neməti yaratdım yer üzündə. Daha məndən ricanız nədir? Bütün peyğəmbərlərin bircə xahişi olur ki, Ey Ulu Tanrı, bizə elə bir geniş qəlb ver ki, sən bizi sevdiyin qədər biz də millətimizi, xalqımızı sevək.... Qurani-Kərimdə yalnız bir halda vuruşmağa icazə verilir. Müqəddəs kitabda deyilir ki, ey insanlar, sizinlə vuruşana qarşı vuruşun..... Bəli... Bu gün Azərbaycan xalqı müqəddəs yoldadır. 30 il torpaqlarımızı işğal altında saxlayan, məqsədi, amalı terror, təcavüz olan, millət, xalq deməyə adamın dili gəlməyən vandallara qarşı haqq savaşına qalxıb. Döyüş meydanında uduzan ermənilər məğlubiyyətlərinin acısını cəbhə zonasına aid olmayan yaşayış məntəqələrimizi, şəhər və kəndlərimizi top mərmisi, raketlə atəşə tutmaqla yanaşı bir daha xislətlərini dünyaya nümayiş etdirdilər. Bu gün kişiləri döyüşə getməkdən imtina edən, döyüş zonasında olanlar arasında kütləvi fərarilik nümayiş olunan, məcburən pulla muzdlu döyüşçü, sonradan 15 yaşlı uşaqları və sonda isə qadın və qızları döyüşə cəlb edən bir millətdən hər cür alçaqlıq gözləmək olar.
Bu günlər ərzində ermənilərin başıboş başbiləni Paşinyan sərsəm qərarları ilə sübut etdi ki, erməni xalqının başçısı da əsgəri kimi fərsizdir. Sentyabr ayının 27-dən etibarən ermənilər təkcə döyüş meydanında deyil, diplomatiya sahəsində də ciddi məğlubiyyətə düçar olurlar. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ingilis, rus, türk dillərində beynəlxalq televiziyalara əsaslı faktlarla müraciətləri nəticəsində dünya ictimaiyyəti qarşısında ermənilərin iç üzü ifşa olundu. Cənab Prezidentin verdiyi mesajlar həm Azərbaycan cəmiyyətini səfərbər etməyə, həm Ermənistanda daxili ziddiyyətləri körükləməyə, həm də Ermənistanın himayədarlarının beynəlxalq ictimai rəydə diskreditasiyasına hesablanıb. Müşahidələr göstərir ki, qarşıya qoyulmuş məqsədlərə əsasən nail olunur, amma vətəndaş cəmiyyəti institutları və medianın bu istiqamətdə səfərbər olmasına indi hər zamankından daha çox ehtiyac duyulur. Birinci Qarabağ savaşından fərqli olaraq son 1 ayda Azərbaycanı dəstəkləyən ölkələrin sayı artmışdır. Çünki, artıq dünya ölkələri və xalqları başa düşürlər ki, Azərbaycan haqq savaşına qalxmışdır. Oktyabr ayının 27-də xalqa müraciəti zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ikinci Qarabağ müharibəsini xalqımız üçün Vətən müharibəsi adlandırmışdır. Son 1 ayda cəbhədə baş verənlərləri şərh edən Ali Baş Komandan bildirmişdir ki, Azərbaycan ordusu döyüş meydanında tarixi ədaləti bərpa edir.
Hər gün cəbhədən şad xəbərlər alınır. Beş ilə (1988-1993-cü illər) işğal olunmuş, 27 il ərzində güclü müdafiə-istehkam sistemi yaradılmış ərazilərin mühüm hissəsinin azad olunması Azərbaycan ordusunun qüdrətinin göstəricisidir. Erməni hərbi təxribatlarına qarşı əks hücum əməliyyatına başlayan Sülahlı Qüvvələrimiz elə ilk gündə - sentyabr ayının 27-də ermənilərin öz ordularının sarsılmazlığı, qüdrəti barədə yaratdıqları mifi erməni əsgəri ilə birgə darmadağın elədi.
Son zamanlar Azərbaycanı dəstəkləyən dövlətlərin sayının artmasının digər səbəbi isə düzgün aparılan xarici siyasətimizdir. Qarabağ tarixini dünya ictimaiyyətinə çatdırmaq üçün son illər ərzində böyük işlər görülübdür. Bu işlər sayəsində artıq dünyada məsələ ilə bağlı daha obyektiv təsəvvür var. Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransında, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunda, Aşqabadda,Vyanada, Astanada diskussiya və çıxışlarında Dağlıq Qarabağla bağlı həqiqətləri səsləndirməsi dünya ictimai rəyinin lehimizə dəyişməsinə mühüm töhfə verib.
Zaman hər bir dərdin dərmanıdır. Təcavüzkara qarşı tarixin hökmü tez ya gec, həmişə axır nəticədə amansız olmuşdur. Son iki əsrdə xalqımıza qarşı soyqırım, etnik təmizləmə siyasəti yeridən ermənilər hər dəfə sonda məğlub olmuşlar. Son bir ayda cəbhə zonasında baş verənlər də ermənilərin bir daha məğlub olacaqlarının əyani sübutudur. Yaxın tarixə nəzər salsaq görərik ki, ermənilər öz terror siyasətlərini həyata keçirmək üçün daim ilk növbədə tarixi saxtalaşdırıblar. Kürəkçay sülh anlaşmasında erməni xalqı haqqında bir kəlmə də yoxdur. Çünki erməni xalqı o vaxt orada yox idi. Erməni xalqı Kürəkçay, Gülüstan, Türkmənçay sülh müqavilələrindən sonra bizim dədə-baba torpaqlarımıza gətirildi. Məqsəd imperiyanın yeni torpaqlarında dini tərkibi dəyişdirmək, müsəlmanları öz dədə-baba torpaqlarından qovmaq və yeni reallıq yaratmaq idi. Sovet dövründə Sovet İttifaqı rəhbərliyində Heydər Əliyev amili erməniləri uzun illər separatçı hərəkətlərini reallaşdırmağa imkan verməmişdir. Yalnız Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılandan iki həftə sonra ermənilər Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək haqqında iddia qaldırdılar. O vaxtkı Azərbaycan rəhbərliyinin qeyri-adekvat davranışı münaqişənin qarşısını vaxtında almağa imkan verməyib. Beləliklə ermənilər öz məqsədlərinə qismən də olsa çata biliblər. Prezident İlham Əliyevin Dağlıq Qarabağ münaqişəsinin həm tarixi, həm də hüquqi incəliklərini müfəssəl izahını özündə əks etdirən çıxışları bu baxımdan həm ictimai fəallar, həm gənclər,həm də diplomatlar üçün fəaliyyət proqramı kimi istifadə edilməlidir.
Münaqişənin həlli üçün Azərbaycanın əks-hücum əməliyyatlarına başlamasının səbəbi beynəlxalq aləmin Ermənistanı təcavüzkar hərəkətlərinə göz yumması, hətta onu dəstəkləməsi və həmçinin münaqişənin dinc yolla həlli üçün yaradılmış Minsk qrupunun Ermənistanın xeyrinə birtərəfli mövqe tutaraq fəaliyyətsizliyidir. Minsk qrupunun fəaliyyətinə müsbət qiymət vermək olmaz. Minsk qrupu işğalçıya təzyiq etməyib və etmək də istəməyib. Minsk qrupu həmsədri olan üç ölkə məsələni həll etmək istəsəydi, Ermənistana sanksiyalar tətbiq edərdi. Minsk qrupu həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir, istənilən məsələni həll edə bilərlər. Belə görünür ki, Minsk qrupunun fəaliyyəti Azərbaycana işğal faktını qəbul etdirməyə hesablanıb. Azərbaycandakı siyasi partiyalar və ictimai–siyasi fəallar Minsk qrupunun fəaliyyətinə etiraz edirlər.
Bugün döyüş meydanında üstünlük əldə edən Azərbaycan status-kvonu dəyişməklə danışıqlar prosesində öz şərtlərini daha qətiyyətlə diktə etmək imkanı əldə edib. Bu şərtlər hər zaman olduğu kimi ilk növbədə işğal olunmuş ərazilərdən erməni silahlı birləşmələrinin çıxarılması, Azərbaycanın beynəlxalq aləmdəqəbul edilmiş ərazi bütövlüyü təmin olunmalıdır. Son bir ayda canlı qüvvə ilə yanaşı 2,7 milyard dollarlıq ziyan çəkən, onsuz da iqtisadi cəhətdən yoxsulluq, aclıq, səfalət içində yaşayan ermənilər bu şərtlərlə razılaşmaq məcburiyyətindədirlər. Çünki Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, - Biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

Müslümov Loğman
YAP Pirallahı rayon təşkilatının könüllüsü