Dağlıq Qarabağın önəmi: milli qürur, ədalət və beynəlxalq hüquq
05 noyabr 2020 | 11:00
Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 27-dən başlanan əks-həmlə əməliyyatları nəticəsində indiyədək 200-dən çox kənd, şəhər və qəsəbə ermənilərdən təmizlənmiş, Murov zirvəsi, Xudafərin körpüsü və bir çox strateji yüksəkliklər işğaldan azad edilmişdir. Bu uğurlar Ali Baş Komandan İlham Əliyevin müdrik siyasətinin, Azərbaycan Ordusuna diqqət və qayğısının, silahlı qüvvələrimizin döyüş əzminin, müasir silah-sursatla, keyfiyyətli döyüş texnikası ilə təchizatının yüksək səviyyədə gerçəkləşdirilməsinin məntiqi nəticəsidir.
2016-cı ilin Aprel, cari ilin Tovuz döyüşlərində qələbələr qazanan ordumuz bu gün də düşmənə aman vermir, işğalçını, necə deyərlər, qarşısına qatıb qovur. Azərbaycan əsgəri döyüş meydanında düşməni sıxışdırdıqca, onu qovduqca ermənilər vəziyyətdə dönüş yaratmaq üçün son çırpınışlara cəhd edirlər. Amma Ermənistan üçün bundan sonra vəziyyəti nəzarətə götürmək tamamilə qeyri-mümkündür. Çünki, Azərbaycan Ordusu var gücü ilə irəliləyir və düşmənə aman vermir. Buna görə də təcavüzkar dövlətdə müharibə həqiqətləri vətəndaşlardan gizlədilir, insanlara bilərəkdən yanlış informasiyalar verilir. Təbii ki, bunun bir səbəbi də Ermənistanın indiyə qədər yaratdığı ”yenilməzlik” mifinin dağılması və bunun cəmiyyətdə yarada biləcəyi neqatif effektlərdir. Beləliklə, burada əsas güc mifoloji mahiyyətə verilir. Bu işdə erməni təbliğatı hər gün səylər göstərir. Erməni lobbisinin hazırda yalan təbliğat maşını kimi işləməsi heç kimə sirr deyil.
Qeyd edək ki, döyüş meydanlarında baş verənlərin hamısı həm də siyasətə siraət edir. Hadisələr ciddi şəkildə və sürətlə cərəyan edərək hər gün bizlərə yeni-yeni xəbərlər gətirir. Bu baxımdan da təsadüfi deyil ki, bu günlərdə dünya birliyinin gözü məhz Azərbaycandadır. Eləcə də Azərbaycanın dövlət rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevdə. Ölkə başçısı müharibənin başladığı ilk andan etibarən həm cəbhədə, həm siyasi müstəvidə, həm də informasiya müstəvisində prosesə öndərlik edərək, bütün sorğuları vaxtı-vaxtında cavablandırır. Cənab prezidentimizin müsahibələri daxili və xarici auditoriyada diqqətlə izlənilir və təhlil edilir. Xüsusilə vurğulamaq istərdim ki, ölkə başçısının bəzi müsahibələrində sualların qərəzli olduğunu da müşahidə etmək mümkündür. Bunlara baxmayaraq cənab Prezidentimiz çox yüksək peşəkarlıqla və təmkinlə bütün bu sualları cavablandırır və belə demək mümkündür ki, sualı verən jurnalistin özü belə cavablar qarşısında mat qalaraq geri çəkilməyə məcbur olur. Bu baxımdan son günlərin müzakirə obyekti Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına verdiyi müsahibədir. Müsahibədə almaniyalı jurnalistin peşəkarlıqdan və obyektivlikdən uzaq sualları bəzi hallarda hətta provakativ hal da almışdı.
Həmin müsahibədə jurnalistin ilk sualı belə oldu: “Sentyabrın 27-də müharibə başladı. Sizin, “kim birinci atəş açdı” sualına cavabınız nədir?” Halbuki, televiziya kanalının əməkdaşı ilk atəşin kimin açdığını bilməmiş deyildi. Buna rəğmən, dövlətimizin başçısı bu qərəzli sualı təmkinlə cavablandıraraq bildirdi ki, işğalçı Ermənistan savaşa qədər bir neçə dəfə təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndlərimizi ağır artilleriya bombardmanına tutub və Azərbaycan Ordusunun etdiyi buna sadəcə cavab vermək olmuşdur. Ölkə başçısı bildirdi: “Biz cavab verdik və bu, belə başlamışdır”.
Dövlət başçısı müsahibəsində jurnalistin daha bir qərəzli yanaşmasına adekvat şəkildə tarixi faktlarla və yüksək dəqiqliklə cavab verdi. Jurnalistin “Bu regionda insanların əksəriyyəti dünya üzrə əksər tarixçilərin dediyi kimi, ermənilər olub” fikrini ölkə başçısı belə cavablandırdı: “Xeyr, xeyr. Onlar Dağlıq Qarabağa 1805-ci, 1813-cü, 1828-ci illərdə imzalanmış Kürəkçay, Gülüstan və Türkmənçay sülh sazişlərindən sonra köçürülməyə başlayıblar. İnternetdə görə bilərsiniz. Bu sazişlərdə ermənilər qeyd olunmur. Ermənilər sonradan Çar Rusiyası tərəfindən Şərqi Anadolu və İrandan regionun etnik və dini tərkibini dəyişdirmək məqsədilə gətiriliblər”. Alman jurnalistinin bu müqavilələrdən xəbəri olsaydı, birmənalı olaraq dərk edəcəkdi ki, Qarabağ tarixi Azərbaycan torpağıdır. Beləliklə, bu söhbətdən məlum olur ki, bir çox ölkələrdə Cənubi Qafqazın tarixi barədə həqiqətlər hələ də tam aydın deyil, ya da bunda son dövrlərdə xüsusilə aktivləşən erməni lobbisinin təsiri var. Azərbaycan Prezidenti həmin dövrün hadisələrini, bağlanan müqavilələri bir daha diqqətə çatdırdı.
Bir məqamı da vurğulamaq istərdim ki, alman jurnalist hətta öz ölkəsinin belə rəsmən tanıdığı Azərbaycanın ərazi bütövlüyü məsələsinə ümumiyyətlə diqqət yetirmir. Qarabağ tarixi Azərbaycan torpağıdır və Azərbaycanın dünya tərəfindən tanınan sərhədləri daxilindədir. Qeyd edək ki, məsələnin hüquqi tərəfi də var. Hüquqi tərəf də odur ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsilə, Avropa Şurası, Avropa Parlamenti, İslam təşkilatı, Qoşulmama Hərəkatı birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıyıblar.
Jurnalistin bir sualı da müxtəlif “qeyri-müəyyən” mənbələrə istinad edərək ölkəmizdəki siyasi vəziyyətlə və demokratiya və insan haqlarının pozulması ilə bağlı oldu. Jurnalist tamamilə qərəzli mövqedən sual səsləndirdi amma ölkə başçımızın adekvat cavabları və əks-həmləyə keçərək jurnalistə verdiyi suallar jurnalistin qazmağa çalışdığı quyuya özünün düşməsinə səbəb oldu.
Cənab Prezident ilk olaraq bildirdi ki, praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Beləliklə, Azərbaycanda siyasi dialoq mühiti var. Azərbaycanda siyasi ittiham irəli sürülmüş heç kim həbs edilməyib. Jurnalist yenə də qərəzindən əl çəkməyərək- “Siz Azərbaycanı demokratiya nümunəsi adlandırardınız?”- kimi bir sualla ölkə başçısına müraciət etdi. Ölkə başçısının cavabı da kifayət qədər maraqlı idi. “Xeyr, heç vaxt. Siz öz ölkənizi demokratiya nümunəsi adlandırarsınız? Lakin siz müxalifətin nümayişlərinə qadağa qoyursunuz”. Ölkə başçımız davam etdi: “Biz nümunə deyilik və özümüzü bu cür göstərmirik. Lakin özlərini sanki belə göstərən ölkələr var, amma onlar etirazçıları qətlə yetirirlər. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib”.
Beləliklə, biz də maraqlı bir neçə faktı diqqətə çatdırmaq istərdik. Avropada etirazçılar atlarla döyülür, itlər gətirilir və bu, demokratiya hesab olunur. “Sarı jiletlilər”in nümayişləri 17 noyabr 2018-ci ildən başlanıb. Etirazlardan keçən müddət ərzində polislə qarşıdurmada 10-dan çox adam qətlə yetirilib, 26 nəfər gözünü itirib, 5-inin əli qopub və daha 2200 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb .“Euronews" fransız polisinin Avropada ən yaxşı silahlanmış təşkilat olduğunu deyir. Onlara fişənglər, digər ölkələrdə döyüşlərdə istifadə olunan silahlar verilir. Digər araşdırmaya görə, il ərzində Almaniyada aksiya iştirakçıları və yoldan keçənlərə qarşı polis tərəfindən törədilən 12 mindən çox zorakılıq qeydə alınmışdır. Yəqin ki, jurnalist özü bu statistikaları və faktları bilsəydi Azərbayacan Prezidentinə sual verəndə daha yaxşı fikirləşər və özünü belə gülünc vəziyyətə salmazdı.
Alman jurnalistin digər suallarına da fikir verdikdə bu suallarda Azərbaycan dövlətinə, hakimiyyətinə və ölkəmizin apardığı ədalətli müharibəyə səbirli münasibətin olmadığı müşahidə olunur. Ölkə başçımızın verilən qərəzli suallara cavabı ədalətli və tam obyektiv idi. Ölkə başçımız bir daha bütün dünyaya nümayiş etdiriki, həm güclü-müzəffər bir sərkərdə, yüksək-peşəkar-uzaqgörən bir siyasətçi, eyni zamanda dünyada gedən proseslərin hər birini dərindən bilən- izləyən hazırlıqlı bir şəxsiyyətdir.
Bu günki reallıq ondan ibarətdir ki, Azərbaycan ordusu zəfər yürüşünü davam etdirir. Ali Baş Komandanımızın da qeyd etdiyi kimi: Azərbaycan milli ordusunun zəfər yürüşünün qarşısını heç bir qüvvə kəsə bilməz. Ölkəmizdə o qədər güclü, qüdrətli ordu qurulub ki, hazırda Ordumuz dünyanın reytinq cədvəlində 50 ən güclü ordular siyahısındadır. Bu müharibədən sonra Azərbaycanın bu reytinqinin daha da qalxması heç də təəccüblü olmaz. Çünki, dünyanın aparıcı dövlətlərinin, hərbi ekspertlərinin özlərinin etirafına görə bu gün Azərbaycan çox müasir- V nəsil müharibə aparır. Həqiqətən də indiki reallıqlarda hər birimiz Azərbaycanın yaratdığı unikal və universal hərbi-siyasi simbiozun şahidi oluruq. Çünki döyüş meydanında ordu öz işini görür, buna qədər isə siyasi arenada çox böyük işlər görülmüşdür. Cənab Prezidentin burada xidmətləri həqiqətən də misilsizdir. Bu baxımdan Azərbaycan bugün elə bir model ortaya qoyub ki, hətta dünya da bundan valeh olur.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü