Atəşkəsin pozulmasında Ermənistan günahkardır
06 noyabr 2020 | 11:00
Keçən əsrin 90-cı illərinin əvvəllərində erməni təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 %-i işğal olundu. Təcavüzə uğrayan, ərazisi işğal altında qalan tərəf olmasına baxmayaraq Azərbaycan daim münaqişənin dinc yolla həll olunması istiqamətində humanistlik göstərərək, beynəlxalq qanunların aliliyinə ümid etmiş və danışıqlar prosesində iştiraka üstünlük vermişdir. Ermənistan isə danışıqları yalnız imitasiya xatirinə apararaq, hərbi təxribatlar və provokativ açıqlamalarla prosesi pozmağa cəhd etmişdir. Son aylarda isə ermənilərin hərbi təxribatları mütəmadi xarakter daşımaqla yeni ərazi iddialarına qədər gəlib çıxmışdır.
Xüsusilə 2018-ci ildə Ermənistanda hakimiyyət dəyişdikdən sonra danışıqlar prosesi tamamilə effektivliyini itirmişdir. Buna əsas səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə sülh danışıqlarını heçə sayaraq Ümumerməni Oyunlarının keçirilməsiylə bağlı Xankəndində çıxışı zamanı səsləndirdiyi “Artsax Ermənistandır, vəssalam" fikri olmuşdur. Bu söz indiyə qədər olan bütün danışıqları, münaqişənin sülh yolu ilə həllinə olan inamı tamamilə məhv etdi və açıq şəkildə ortaya qoydu ki, Ermənistanın əsl niyyəti sülh bağlamaq və ya münaqişəni dinc yolla həll etmək deyil, onların niyyəti bu danışıqlarla vaxt qazanmaq və Azərbaycana heç cür maraqlı olmayan status-kvonu saxlamaqdır. Əlbəttə ki, Azərbaycanın bununla razılaşması və ya buna səssiz qalması mümkün deyildi. Qeyd edək ki, daha sonra da Ermənistan bu mövqeyindən geri çəkilmədi hətta daha da irəli gedərək Ermənistanın müdafiə naziri David Tonoyan ABŞ-da rəsmi səfərdə olarkən, "yeni torpaqları üçün yeni müharibə" çağırışı etdi. Tonoyanın bəyənatı təmas xəttində bir sıra hərbi təxribatlarla da müşaiyət olundu. 2020-ci ilin ikinci yarısı isə münaqişənin gedişində daha kəskin bir il olaraq yaddaşlara həkk olundu. Üst-üstə Ermənistan tərəfi ölkəmizə qarşı təxibatlar həyata keçirməyə cəhd etdi. Beləliklə, birinci hərbi təxribat iyul ayında törədilmiş, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində erməni silahlı qüvvələri hücuma keçmiş və qısa müddət ərzində Azərbaycan Ordusu tərəfindən qarşıları alnaraq yerlərində otuzdurulmuşdur. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur. Nəticədə, Azərbaycan tərəfi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlamışdır. Hazırda artıq 41-ci gündür ki əks-hücum əməliyyatları davam etdirilir. Bu dövr ərzində əldə olunan nəticələr kifayət qədər yüksəkdir. Belə ki, indiyədək rəşadətli Ordumuz tərəfindən 4 şəhər, 3 qəsəbə və 200-ə yaxın kənd işğaldan azad edilmişdir.
Qeyd edək ki, müharibə cəbhəsi təkcə real döyüş meydanı ilə məhdudlaşmır. Bura eyni zamanda, daha qızğın və ədalətsiz mübarizənin getdiyi siyasi-diplomatik və hücumların bir an belə səngimədiyi informasiya cəbhəsi də daxildir. Ordumuzun Ali Baş Komandanı bütün hərbi əməliyyatlara şəxsən rəhbərlik etdiyi kimi, siyasi və diplomatik sahədə də rəhbərliyi və onun bütün məsuliyyətini öz üzərinə götürmüşdür. Prezident İlham Əliyev müharibənin başladığı ilk gündən etibarən demək olar ki, hər gün xarici kütləvi informasiya vasitələrinə müsahibələr verərək müharibənin əsl mahiyyətini, Azərbaycanın haqlı mövqeyini və azərbaycanlıların sadəcə öz torpaqlarında firavan və təhlükəsiz şəraitdə yaşamaq istəyində olduğunu dünyaya elan edir. Amma təəssüf ki, bəzən obyektiv və tərəfsiz olmağı əsas şərt olan kütləvi informasiya vasitələrinin qərəzli yanaşmaları müşahidə olunur. Bu baxımdan son günlərdə Almaniyanın ARD televiziya kanalı da cəmiyyətdə müzakirələrə səbəb olub. Çünki, müsahibənin elə ilk dəqiqələrindən kanalın jurnalistinin qərəzli yanaşması açıq şəkildə özünü göstərirdi.
Müsahibə zamanı ilk sual ölkə başçımızın artıq dəfələrlə cavablandırdığı – “kim birinci atəş açdı”- sualı olmuşdur. Cavabında Azərbaycan Prezidenti İlham Əliyev qeyd etmişdir ki, Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü olub. Birinci hərbi təxribat iyul ayında, ikinci hərbi təxribat avqust ayında baş vermişdir. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur. Beləliklə, atəşi ilk açan tərəf Ermənistandır, mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar isə azərbaycanlılardır.
Ölkə başçısı bildirmişdir ki, Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Dövlət başçısı daha sonra əlavə etdi ki, onlar bizə böyük ziyan vurmaq istəyirdilər. Onlar təmas xəttindən çox uzaqda yerləşən şəhərlərə raket atmağa başladılar və bizim mülki şəxslər arasında çoxlu qurbanlarımız var. Odur ki, biz özümüzü, xalqımızı müdafiə etməli və cavab verməli idik. Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər. Biz bu gün dayanmağa hazırıq. Yeri gəlmişkən, bizim üç dəfə atəşkəsə razı olmağımız faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir. Lakin Ermənistan üç dəfə atəşkəsi kobud şəkildə pozmuşdur.
Oktyabrın 10-da humanitar atəşkəs elan olunmuşdu. Növbəti gün onlar Ermənistan ərazisindən Gəncəyə ballistik raket atdılar, 10 mülki şəxs öldürülmüşdür. Onlar deyirlər ki, bunu onlar etməyiblər. Lakin bu, açıq-aydındır, çünki ballistik raketlərin buraxılışı peyk vasitəsilə müşahidə edilir. Beləliklə, Minsk qrupunun üç həmsədr ölkəsi, əlbəttə ki, bunu kimin etdiyini bilirlər. İkinci dəfə onlar eyni şeyi etdilər. Onlar atəşkəs elan olunduqdan 2 dəqiqə sonra onu pozdular. Və sonra yenə iki dəfə Bərdəyə hücumlar oldu. Biz eyni qaydada cavab verməyəcəyik. Biz onlara döyüş meydanında cavab verəcəyik. Biz şəhərlərə, mülki şəxslərə hücum etmirik, yalnız döyüş meydanında cavab veririk. Əlbəttə, biz özümüzü müdafiə etməliyik. Əgər onlar hücum edirlərsə, əgər onlar itirdikləri mövqeləri geri almaq istəyirlərsə, biz sakit dura bilmərik. Biz özümüzü müdafiə etməliyik. Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik.
Ölkə başçısı çıxışında daha bir məqamı vurğuladı ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırır. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər.
Jurnalistin daha bir qərəzli yanaşması isə Dağlıq Qarabağın Azərbaycan üçün olan önəmi ilə bağlı fikirləri oldu. Jurnalist Qarabağın önəmini orada olabiləcək resurslarla əlaqələndirərək məsələnin mahiyyətini tamamilə fərqli istiqamətə çəkməyə cəhd göstərdi. Amma ölkə başçımız cavabı ilə jurnalisti sözün əsl mənasında mat etdi. Dövlətimizin başçısı jurnalistə yaxın və doğma olan torpaqları sadalamaqla, Qarabağın Azərbaycan xalqına necə doğma olduğunu aydın şəkildə izah etdi. “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir”.
Həmçinin jurnalist Türkiyənin münaqişədəki rolu ilə bağlı sual verdi və əlavə etdi ki, burada türk əsgərlərini görüb və onlarla söhbət edib. Jurnalistin bu qeydinə cavab olaraq Prezident burada, Bakıda, hətta alman əsgərlərini görə biləcəyini bildirdi və bunun cəbhədə vəziyyətlə heç bir əlaqəsinin olmadığını vurğuladı.
Müsahibənin gedişində alman jurnalist daha bir neçə qərəzli sualla çıxış etdi. Ölkə başçısının sullara cavabları isə hər dəfə daha da möhtəşəm oldu. Bir müddətdən sonra jurnalist özü Azərbaycan Prezidentinin qarşısında mat vəziyyətdə qalaraq, sual verən mövqedən cavab verən mövqeyə keçid etməyə məcbur oldu. Ölkə başçısı bu müsahibəsi ilə bir daha sübut etdi ki, o, həm güclü-müzəffər bir sərkərdə, yüksək-peşəkar-uzaqgörən bir siyasətçi, eyni zamanda dünyada gedən proseslərin hər birini dərindən bilən-izləyən hazırlıqlı bir şəxsiyyətdir.

Fərid Ağazadə
YAP Pirallahı rayon təşkilatının könüllüsü