Ermənistan münaqişənin dinc yolla həllində maraqlı deyil
06 noyabr 2020 | 11:00
Keçən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində yenicə müstəqillik qazanan Azərbaycanda baş verən hadisələrdən istifadə edərək öz məkrli planlarını həyata keçirən ermənilər torpaqlarımızın 20 %-ni işğal etdilər. Bu işğal nəticəsində 20.000 soydaşımız həlak oldu, 50.000-i isə əlil oldu, yüzlərlə kənd, qəsəbə, şəhər və yaşayış məskənləri işğal olundu və 1 milyondan artıq azərbaycanlı məcburi köçkün vəziyyətinə düşdü. Yalnız 1994-cü ildə əldə olunan razılaşmaya əsasən baş tutan atəşkəsə görə Azərbaycan münaqişənin dinc yolla həlli istiqamətində diplomatik səylərə başladı. Azərbaycan xalqı davadan, döyüşdən çıxdı, amma döyüş ruhunu xalqımızın içindən çıxarmaq mümkün olmadı. Yurd həsrətilə yanan insanlar həm də əsrin ən böyük faciəsi olan Xocalı və digər soyqırımlar zamanı qətlə yetirilmiş günahsız uşaqların, qocaların, hamilə qadınların qisasını almaq ümidiylə yaşadı.
27 illik atəşkəs dövründə Ermənistan təxribatlarla danışıqlar prosesini pozmağa çalışdı. Beynəlxalq təşkilatların tələb və çağırışlarına, qəbul edilən qətnamə və qərarlara ümummiyyətlə məhəl qoymadı. Qeyd edək ki, mütəmadi olaraq hərbi hücumlarla təxribatlar törədən düşmən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücumları ilə layiqli cavabını almışdır. Lakin törətdiyi cinayətkar əməllərinə dünya ictimaiyyətinin göz yumması Ermənistanı daha da azğınlaşdırdı. Son aylarda isə Ermənistanın Azərbaycana qarşı təxribatları davamlı və məqsədyönlü xarakter daşımağa başladı. Xatırladaq ki, birinci hərbi təxribat iyul ayında törədilmişdir. İkinci hərbi təxribat avqust ayında baş vermiş, Ermənistan qətllər törətmək üçün diversiya qrupu göndərmişdir. Üçüncü hərbi təxribat isə sentyabrın 27-də törədilmiş, erməni tərəfi təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutmuşdur. Ermənistanın ilk atəşi açması nəticəsində mülki şəxslər və hərbçilər arasında itkilərimiz olmuşdur. Beləliklə, düşmənin hərbi təxribatlarının qarşısının almaq məqsədilə Ordumuz əks-hücum əməliyyatlarına başlamış və elə ilk gündən döyüş zonasında düşməni darmadağın etməyə başlamışdır. Məğlubiyyətdən yaxa qurtarmaq üçün dünya liderlərinə yalvarışlar edərək atəşkəsin əldə olunması barədə razılıq əldə edən Ermənistan hər dəfəsində atəşkəsi kobud şəkildə pozaraq Ordumuzu və mülki insanları hədəfə almışdır.
Noyabr ayının 2-də Almaniyanın ARD televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə xüsusi olaraq toxunaraq qeyd etmişdir ki, Azərbaycanın üç dəfə atəşkəsə razı olması faktı hərbi toqquşmaları dayandırmaq və bu məsələni danışıqlar masasında, siyasi yolla həll etmək iradəsini nümayiş etdirir. Azərbaycan düşmənə yalnız döyüş meydanında cavab verir. Azərbaycan atəşin dayandırılmasına tərəfdar olsa da, Ermənistan tərəfi təmas xəttindən uzaqda yerləşən şəhərlərə raket atmaqla, mülki infrastruktura ziyan vurmaqla döyüşün davam etməsində maraqlı olub. Danışıqlar masasında onların bütün davranışı vasitəçiləri və Azərbaycanı aldatmaq cəhdindən ibarət olub. İndi azad edilmiş ərazilərimizdə qurulmuş istehkam qurğuları göstərir ki, onlar bu ərazilərdən çıxmağı planlaşdırmayıblar.
Döyüş meydanındakı məğlubiyyətinin əvəzini cəbhə zonasına aid olmayan mülki yaşayış məskənlərinə artilleriya hücumları ilə çıxan Ermənistanın əməlləri hərbi cinayət və terrordur. Bu terror aktları nəticəsində 92 nəfər həlak olub, 404 nəfər yaralanıb. Bununla yanaşı, 2971 yaşayış evi, 502 mülki obyekt, 100 çoxmənzilli yaşayış binası yararsız vəziyyətə düşüb. Şübhə yoxdur ki, Ermənistan bu hücumlarla Azərbaycan xalqının əzmini qırmağı və döyüş ruhunu zədələməyi hədəfləyirdi amma əlbəttə ki, buna nail olabilmədi. Tam əksinə, onların bu hücumları mənfur düşmənə olan nifrətimizi və intiqam hissimizi daha da qabartdı. Amma Azərbaycan Ordusu heç bir şəraitdə əli yalın mülki şəxslərə qarşı müharibə aparmır. Biz itirdiyimiz hər bir vətəndaşın qisasını sadəcə cəbhədə əli silahlı düşmən əsgərindən alırıq. Şanlı Ordumuz tərəfindən bu günə kimi 4 şəhər, 3 qəsəbə, 200-ə yaxın kənd işğaldan azad edilmiş, strateji əhəmiyyətli yüksəkliklər ələ keçirilmişdir.
Qeyd edək ki, hərbi əməliyyatların başlamasının səbəblərindən biri də ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyidir. Bu barədə danışan Prezident İlham Əliyev qeyd etmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar Ermənistana tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona qulaq assın, lakin belə mesaj verilməyib. Beləliklə, ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb. İndiki şəraitdə Azərbaycan daha güclü ola biləcək bəzi başqa vasitəçilər barədə düşünməyə bilməz.
Sözsüz ki, regionda sülhün təminatçısı qismində çıxış edən Türkiyənin danışıqlar prosesində iştirakı daha ədalətli və düzgün olar. Döyüş xəttində kifayət qədər üstünlüyə malik olan Azərbaycan hələ də danışıqlar yolu ilə münaqişənin həlli istiqamətində maraqlıdır. Və bu məsələdə hər zaman irəli sürülən və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən şərtlərin icrası, dünya birliyi tərəfindən qəbul edilən Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan tərəfinin şərtləri isə bunlardır:
-Yeddi rayon Azərbaycana qaytarılmalıdır;
-Dağlıq Qarabağdan qovulmuş, hazırda sayı 65 mindən çox olan azərbaycanlı icması oraya qayıtmalıdır;
-Azərbaycan muxtariyyət təklif edəndə ermənilər bunu rədd edir, müstəqillik tələb edirdilər. İndi reallıqlar dəyişib. 27 il ərzində Azərbaycanın erməni tərəfinə təklif etdikləri, ola bilsin, artıq öz qüvvəsini itirib. İndi muxtariyyət verilməyə bilər, müzakirələr hələ başlamayıb;
-Azərbaycanlılar və ermənilər birgə yaşamalıdır;
-Müharibəni dayandırmağın yeganə yolu: Ermənistanın öz məğlubiyyətini qəbul etməli, bizim qələbəmizi qəbul etməli, sonra ərazilərin bir hissəsini boşaltmaq barədə öhdəlik götürməlidir;

Müslümov Loğman
YAP Pirallahı rayon təşkilatının könüllüsü