Möhtərəm Prezidentimiz bu gün həm döyüş meydanında, həm diplomatiya sahəsində, həm də informasiya müstəvisində xarüqələr yaradır
07 noyabr 2020 | 11:00
Bu gün Azərbaycan dünya miqyasında sürətlə inkişaf edən ölkələr sırasında ən öncül yerlərdən birini tutur. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasət kursu ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Cənab Prezident artıq Azərbaycan tarixinə uğurlu siyasətçi kimi adını qızıl hərflərlə yazdırıb. Bununla yanaşı hər birimiz əminik ki, yaxın tarixdə ölkə başçımız adını müzəffər sərkərdə kimi də tarixə yazdıracaqdır. Ali Baş Komandanın müasir tariximizin ən ağrılı problemi olan Qarabağ probleminin həlli istiqamətində gördüyü işlər ona bu adı qazandırır. Sentyabrın 27- dən başlanan ikinci Qarabağ müharibəsində ordumuzun düşmənə vurduğu sarsıdıcı zərbələr, 27 ildir ki, işğal altında qalan torpaqlarımızın bir-birinin ardınca azad edilməsi bir daha təsdiqlədi ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin formalaşdırdığı rəşadətli ordumuz işğal altında olan ərazilərimizi azad etmək iqtidarındadır. Artıq dünya ictimaiyyəti də bunun şahididir. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz demək olar ki, hər gün irəliləyir, yeni-yeni uğurlar əldə edir.
Möhtərəm Prezidentimiz bu gün həm döyüş meydanında, həm diplomatiya sahəsində, həm də informasiya müstəvisində xarüqələr yaradır. Dövlətimizin başçısı dünyanın aparıcı televiziya kanallarına, tanınmış kütləvi informasiya vasitələrinə, agentliklərinə müsahibələr verməklə Ermənistan rəhbərliyinin işğalçı siyasətini, faşizm ideologiyasına sadiqliyini, təcavüzkar ordunun dinc əhalini vəhşicəsinə qətlə yetirməsi, yaşayış məntəqələrini yararsız hala salması barədə faktlara istinadən ətraflı məlumatlar verir, bununla da həm işğalçı ölkənin rəhbərinin, həm də onlara havadarlıq edənlərin iç üzünü açır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. Müsahibə bir çox maraqlı məqamlarla yadda qalan olub.
İlham Əliyev müsahibədə ilk atəşin Ermənistan tərəfindən açıldığını qeyd etmiş və bunun ardıcıl üçüncü hərbi təxribat olduğunu bildirmişdir. Sitat: “Mülki şəxslər və hərbçilər arasında ilk qurbanlar azərbaycanlılar idi. Bu, bizə qarşı ardıcıl surətdə üçüncü hərbi təxribat idi. Birinci, iyul ayında törədildi. O zaman onlar Ermənistan-Azərbaycan sərhədinə hücum etdilər. Bizim mülki şəxslər və hərbi qulluqçular arasında itkilərimiz olmuşdur. İkinci cəhd avqust ayında baş vermişdir. Ermənistan diversiya qrupu göndərmişdir, onun başçısı tərəfimizdən saxlanılmışdır və o, ifadə vermişdir ki, mülki şəxslərə hücum etmək üçün göndərilmişdir. Üçüncü dəfə sentyabrın 27-də onlar təmas xəttinə yaxın yerləşən bəzi şəhər və kəndləri ağır artilleriya bombardmanına tutdular. Biz cavab verdik və bu, belə başlamışdır”.
Ölkə başçısının müsahibəsində üzərində durduğu məqamlardan biri də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyəti ilə bağlı oldu. Ölkə başçısı bildirdi ki,ATƏT-in Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Minsk qrupu həmsədrləri Ermənistana sanksiya tətbiq etməli idi. Vaxtilə İraqa qarşı tətbiq edilmiş ciddi sanksiyalar tətbiq edilsəydi, işğalçı qüvvələrini geri çəkərdi. Münaqişənin dondurulmuş kimi görünməsi beynəlxalq vasitəçiləri qane edib. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri Ermənistana birtərəfli qaydada elə bir mesaj verə bilər ki, ona qulaq assın, lakin belə mesaj verilməyib. ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi səmərəli olmayıb.
Möhtərəm Prezident beynəlxalq hüquq müdafiə təşkilatlarının fəaliyyəti ilə bağlı da danışaraq qeyd edib ki, bir çox beynəlxalq hüquq müdafiə təşkilatları hadisələri yalnız Ermənistan tərəfindən işıqlandırırlar. Beynəlxalq hüquq müdafiə təşkilatlarının qərəzliliyi ilə bağlı böyük şübhələr var. Yalnız Azərbaycanın müraciətindən sonra bu təşkilatlar Azərbaycana gəlmişlər. Qeyd edək ki, “Amnesty İnternational” və “Human Rights Watch” təşkilatlarının Ermənistan silahlı qüvvələrinin istifadəsi qadağan olunmuş kasetli raketlərlə Bərdəyə zərbələr endirdiyini təsdiqləmələri, bununla bağlı hesabat vermələri təqdir olunmalıdır. Bu diplomatik qələbə yalnız cənab Prezidentin sözügedən təşkilatları israrla Azərbaycana dəvət etməsindən sonra mümkün olub, onlar müharibə başlayan zaman uzun müddət Azərbaycana səfər etmək istəməyiblər.
İlham Əliyev Azərbaycanda daxili siyasi mühit və islahatlar haqqında da öz fikirlərini bildirmişdir. Azərbaycanda siyasi sistem və siyasi proses səmərəlidir. Parlament seçkilərindən əvvəl Azərbaycanda siyasi əməkdaşlığın yeni prosesinə start verilib. Biz müasir, yeni siyasi prosesə başladıq. Prezidentin təşəbbüsü ilə praktiki əməkdaşlığa başlamaq üçün bütün siyasi partiyalara açıq müraciət edilmiş, mövcud 52 real siyasi partiyadan 50-si bunu dəstəkləmiş, yalnız iki partiya çağırışa cavab verməmişdir. Azərbaycanda ciddi daxili problemlər yoxdur. Prezident onu da vurğulayıb ki, Azərbaycan özünü demokratiya nümunəsi kimi göstərmir.
Qeyd etmək lazımdır ki, Qərb jurnalistləri ilə müsahibələrdə Prezident İlham Əliyev tam bir master-klass keçir. Bununla yanası, müsahibələr həmin KİV-lərin qərəzini və peşəkar jurnalistikadan uzaq olduqlarını göstərir. Qərbin aparıcı KİV-lərindən gəlmiş jurnalistlər sualları prokuror ədası ilə verir, faktları dəqiqləşdirmir, xristian təəssübkeşliyi edir, müsahibi ilə polemika girməyə cəhd edirlər. Bunlar media prinsiplərinə ziddir.

Vüqar Nəsirov
YAP Pirallahı rayon təşkilatının könüllüsü