Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: Əminəm ki, bu münaqişə Azərbaycanın heç bir ölkə ilə münasibətlərinə təsir etməyəcək
08 noyabr 2020 | 11:00
Azərbaycan müharibə şəraitindədir. Apardığımız bu müharibədə işğalçı Ermənistanla yanaşı, ona hər addımda dəstək verməyə çalışan qüvvələrlə də qarşılaşmalı oluruq. Həm də müharibə cəbhəsi təkcə real döyüş meydanı ilə məhdudlaşmır. Bura eyni zamanda, daha qızğın və ədalətsiz mübarizənin getdiyi siyasi-diplomatik və hücumların bir an belə səngimədiyi informasiya cəbhəsi də daxildir. Bu baxımdan Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatlarının başladığı ilk gündən etibarən müharibə informasiya və diplomasiya müstəvilərində də aparılır.
Qeyd etmək lazımdır ki, hazırda apardığımız Vətən müharibəsi, 1992-1993-cü illərdə aparılan Qarabağ müharibəsindən bu mənada çox fərqlənir. Çünki, Birinci Qarabağ müharibəsi dövründə Azərbaycan tamamilə informasiya blokadasında idi və erməni diasporunun səyləri nəticəsində ölkəmiz haqqında dünyada çox məhdud məlumatlar var idi. Vəziyyət hətta, o yerdə idi ki, ermənilər tərəfindən torpaqları işğala məruz qoyulan, etnik təmizləməyə, Soyqırıma məruz qalan ölkənin Azərbaycan olmasına baxmayaraq dünya bütün bu çirkin əməlləri Azərbaycanın etdiyini düşünürdü. Hazırda isə vəziyyət tamamilə fərqlidir. İndi Azərbaycan güclü, dünyaya çıxış olan, illərdir apardığı uzaqgörən siyasət nəticəsində multikulturalist və tolerant ölkə kimi dünyada tanınır. Bunların hamısı ölkə başçımızın apardığı düzgün, düşünülmüş, hədəfə hesablanmış siyasətin nəticəsidir.
Ordumuz tərəfindən aparılan haqq müharibəsinin mahiyyətinin dünyaya çatdırılması üçün Ali Baş Komandan var gücü ilə çalışır. Ölkə başçımız indiyə kimi dünyanın müxtəlif kütləvi informasiya vasitələrinə 30-yaxın müsahibələr vermişdir. Dünyanın ən populyar və baxımlı kanalları vasitəsilə münaqişə barədə ətraflı və dəqiq məlumat verməklə Prezidentimiz dünya ictimaiyyətinə regionda baş verən hadisələr barədə obyektiv məlumat almaq imkanı yaradır. Son belə müsahibələrdən biri də noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə olmuşdur. Müsahibə Ermənistanın təcavüzkar siyasəti nəticəsində regionda yaranmış vəziyyətin geniş və obyektiv izahı, münaqişənin həlli yolları və dövlətimizin prinsipial mövqeyinin tanınması baxımından olduqca əhəmiyyətlidir.
Müsahibədə ilk olaraq jurnalistin- “Siz artıq qələbəni dadmısınız?”- sualına cavab olaraq ölkə başçısı bildirdi ki, “Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik”. Əlavə olaraq ölkə başçısı bildirdi ki, Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.
Jurnalistin daha bir sualı Türkiyənin Azərbaycana dəstəyi ilə bağlı oldu. Jurnalist ölkə başçısına müraciətlə sual verdi ki, “Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?”. Cavab isə açıq və dəqiq oldu. Sitat: “Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür”.
Ölkə başçısının vurğuladığı məqamlardan biri də artıq dəfələrlə haqqında danışdığı və doğru olmadığını dilə gətirdiyi Azərbaycan tərəfində döyüşdüyü iddia olunan muzdlularla bağlı oldu. Ölkə başçısı bir daha vurğuladı ki, bu, doğru məlumat deyil. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Daha sonra Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki, Ermənistanda baş verənlərə məhəl qoyulmur və əlavə etdi ki, bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar.
Jurnalistin atəşkəslə bağlı sualını cavablandırarkən də cənab İlham Əliyev açıq şəkildə, qətiyyətlə qeyd etdi ki, sülh danışıqlarının heç bir nəticə verməməsinin günahkarı Ermənistandır. Cənab Prezident əldə olunan hər atəşkəs razılaşmasından demək olar ki dəqiqələr sonra erməni tərəfinin razılaşmanı pozduğu və terror aktı törətdiyi barədə məlumat verdi və əlavə etdi ki, biz sadəcə cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi.
Jurnalistin son sualı da diqqət çəkici oldu. Jurnalist ilk öncə vurğuladı ki, İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Və sualını səsləndirdi - Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz?. Ölkə başçısı isə qəti şəkildə bildirdi ki, “Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm”.

Samir Hüseynov
YAP Pirallahı rayon təşkilatının könüllüsü