Müzəffər Prezidentimiz və rəşadətli ordumuz böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndər Heydər Əliyevin vəsiyyətini yerinə yetirdi!
12 noyabr 2020 | 11:00
Azərbaycan Respublikasının Müzəffər Prezidenti, Qalib Ali Baş Komandan İlham Əliyev Şuşanın azad olunması və II Qarabağ müharibəsində Qələbə münasibətilə xalqa müraciətində bəyan etdi ki, noyabrın 10-u ölkəmiz üçün tarixi bir gündür, çünki Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə işğalçı Ermənistanın kapitulyasiyası ilə son qoyuldu.
Bildirildi ki, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. “İmzalanmış bəyanat bizim şanlı qələbəmizdir. Şadam ki, bu gün bu müjdəni Azərbaycan xalqına verirəm”.
Nəhayət ki iyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Azərbaycan tarixi Qələbəni döyüş meydanında qazandı. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Şuşanın azad edilməsi həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi məna daşıyır. Hər bir azərbaycanlı üçün əziz olan doğma şəhərimiz Şuşada o quldur dəstə başçısının özünə andiçmə mərasimi keçirməsi, Ermənistan baş nazirinin gedib orada o məzhəkədə iştirak etməsi Azərbaycana sataşmaq idi. İlham Əliyev xüsusi vurğulamışdır: Bunun hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq!
Müzəffər Prezidentimiz və rəşadətli ordumuz tərəfindən Şuşanın azad olunması ilə, şəhidlərimizin intiqamının alınması ilə, bu böyük qələbəni Azərbaycan xalqına bəxş etməklə Ulu Öndər Heydər Əliyevin vəsiyyəti yerinə yetirildi, ruhu şad olsun! Biz işğalçıları torpaqlarımızdan iti qovan kimi qovmuşuq.
Cənab Prezident deyir: - Xoşbəxtəm ki, biz öz Vətənimizə, doğma Qarabağımıza qayıdırıq, Qarabağımızın tacı olan Şuşaya qayıdırıq və bu torpaqlarda əbədi yaşayacağıq!
Şanlı Qələbəyə aparan yoldan danışan Qalib Ali Baş Komandan deyir ki, bu siyasi qələbənin qazanılmasında hərbi qələbəmiz müstəsna rol oynayır. Bəyanatın imzalanmasının səbəblərindən biri Şuşanın alınması, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini işğaldan azad edilməsidir. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın.
Bu parlaq qələbəmizi şərtləndirən amillər son illər ərzində ölkəmizdə aparılan işlər, mövcud olan gözəl ab-hava, xalq-iqtidar birliyi, siyasi münasibətlərin müsbət səviyyəyə qalxması, beynəlxalq nüfuzumuz, beynəlxalq arenadakı fəaliyyətimiz, ordu quruculuğu və təbii ki, Allah-Təalanın xalqımıza İlham Əliyev kimi bir əvəzsiz Lider bəxş etməsidir!
Son 17 ildə yaradılan iqtisadi gücümüz qələbəni əldə etmək potensialımızı təmin etdi. Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil, heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. İqtisadi müstəqilik ordumuzu gücləndirmək üçün imkan yaradıb. Ordu üçün lazım olan bütün hərbi texnikanı, silahları alırıq. Azərbaycanda müdafiə sənayesi yaradıldı. Ordumuzun tələbatı böyük dərəcədə daxili istehsal hesabına təmin edilir.
Təcavüzkar siyasətinə görə bütün regional layihələrdən təcrid olunmuş Ermənistandan fərqli olaraq Azərbaycan transmilli layihələri ilə regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdi. Azərbaycanın təşəbbüsləri təkcə xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Bunlarla da Azərbaycanın beynəlxalq nüfuzu gücləndi.
Özünümüdafiə hüququnu özündə ehtiva edən BMT Nizamnaməsi dövlətə ərazi bütövlüyünü terrorçulardan, faşistlərdən, qəsbkarlardan müdafiə etmək şansını tanıyır və Azərbaycan xalqı bu hüquqdan istifadə edir. Danışıqlar tamamilə səmərəsiz olduğu üçün Azərbaycan bu hüquqlarına müraciət etməyə məcbur oldu.
Təcavüzə məruz qalmış Azərbaycan illərlə, demək olar, bütün beynəlxalq platformalarda ərazi bütövlüyümüzü dəstəkləyən sənədlərin qəbuluna nail olmaqla münaqişənin həllinə hüquqi zəmin yaratdı. Dünyanın bütün aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
Ölkə daxilindəki həmrəylik, milli birlik, vahid amal uğrunda birləşməyimiz bizə əlavə güc verdi və imkan vermədi ki, bəzi mənfur xarici dairələr öz çirkin planlarını Azərbaycanda həyata keçirsinlər. Azərbaycan xalqı yumruq kimi birləşib. Bu birlik əbədi olacaq. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Qürur verici haldır ki, milli məsələlərdə biz hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz üçün çox önəmlidir. Ölkə başçısının dilə gətirdiyi vacib məqamlardan biri də siyasi partiyaların hakimiyyətə dəstəyi ilə bağlı oldu. Siyasi müxalifət bu dövrdə yüksək şüur nümunəsi göstərdi. Dövlətə müxalifətdə olmaq olmaz, dövlətçiliyə müxalifətdə olmaq olmaz.
Üç ölkənin dövlət və hökumət rəhbərinin imzaladığı Bəyanat Azərbaycanın mənafelərinə tam uyğunluq təşkil etdi. Bəyanata əsasən noyabrın 20-dək Ağdam, noyabrın 15-dək Kəlbəcər, dekabrın 1-dək Laçın rayonunları Azərbaycan Respublikasına qaytarılır. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının ofisinin nəzarəti altında geri qayıdır. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiyanın 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verilir.
Bütün dünyanın maraqla qarşıladığı bu Bəyanatın bizim üçün möhtəşəm üstünlükləri var. İlk olaraq bildirmək istəyirəm ki, bu bəyanatla Azərbaycan son iki yüz illik tarixində ilk dəfə müharibədən ərazi itkisi ilə yox, ərazi bütövlüyünü bərpa edərək çıxır. Sadəcə bu belə bizim üçün olduqca əhəmiyyətli və qürur vericidir. Digər üstünlüklərə də nəzər yetirək:
• Bu bəyanat Ermənistanın hərbi kapitulyasiyası deməkdir. Azərbaycana maksimum sərf edən sənəddir;
• Bəyanat uzun illər davam edən işğala son qoyur;
• Bəyanatda Dağlıq Qarabağın statusu haqqında bir kəlmə də yoxdur. Qarabağa heç bir status, muxtariyyət, hətta mədəni muxtariyyət belə verilmir;
• Azərbaycan müharibənin əvvəlcədən sülhə məcburetmə əməliyyatı olduğunu, qan tökmə və torpaq qəsb etmək məqsədi güdmədiyini deyirdi və bu bəyanatın Ermənistan tərəfindən imzalanması sülhə məcburetmə əməliyyatının uğurla bitməsinin təsdiqidir;
• İmzalanacaq sazişdən sonra insanlarımızın 30 illik həsrətinə son qoyulur, insanlar o torpaqlara qayıdacaq, orada yaşayacaq;
• Bəyanatla Ermənistan öz üzərinə Kəlbəcər, Laçın və Ağdam bölgələrindəki işğalçı qoşunların dağlıq və keçilməsi çətin olan ərazilərdən çıxarılması üçün kapitulyasiya öhdəlikləri götürür;
• Bəyanata əsasən, münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır. Bu mərkəzdə Rusiya və Türkiyə hərbçiləri fəaliyyət göstərəcək. Türkiyə rəsmi qaydada bu münaqişənin gələcək həlli və atəşkəsə nəzarət etmək işində rol oynayacaqdır;
• Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə əlaqəsi bu sənəddə təsbit edilir. Beləliklə, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə quru yollarla birləşdirmə istiqamətində tarixi addım atıldı. Bununla da, Naxçıvanın 30 illik blokadasına son qoyulur, eyni zamanda türk dünyasının yerüstü tranzit–rabitə əlaqələri bərpa olunur;
• Başqa kənar oyunçuların bölgədə tərəf olmaq cəhdləri aradan qalxır.
Və nəhayət, Qazax rayonunun da işğal olunmuş kəndləri geri qaytarılır.
Çox vacib sənəd olan bu Bəyanatın əldə olunmasında Türkiyə Ərdoğan və Rusiya Prezidentlərinin səyləri yüksək qiymətləndirilməlidir. Münaqişənin dayandırılmasında bu iki lider öz müsbət rolunu oynayıb. Lakin yenə də əsas rol Azərbaycan liderinindir.
Bunu da xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan əsgərinin Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda və nəhayət Şuşada şanlı qələbələri ilə mənfur ermənilərin özləri haqqında yaratdıqları “yenilməzlik” mifi darmadağın edildi. Onların “yenilməz” ordusu məhv oldu, fərarilik başladı, xunta başçısı Dağlıq Qarabağda əmr verdi ki, kim oradan qaçarsa, o, məsuliyyətə cəlb olunacaq. Sonda özü də qaçdı. Bizdə isə bir nəfər də olsa fərari olmadı! Biz onların demək olar ki, bütün texnikasını məhv etmişik, 30 il ərzində qurulmuş istehkamları keçmişik, əsgərlərimiz aslan kimi keçiblər, əziblər düşməni keçiblər, əcəb də ediblər, öz doğma torpağından güc alaraq alçaq düşmənin başını əziblər.
İndi məğlub erməni tərəfdə qarışlıqlı ittihamlar baş alıb gedir. Artıq onlarla şəxs vətənə xəyanət ittihamı ilə, hərbi qanunlarla mühakimə olunub, onlarla şəxs yüksək postlardan uzaqlaşdırılıb. Azərbaycan xalqı 27 il ərzində həmişə Ümummilli Lider Heydər Əliyevin, sonra isə prezident cənab İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyib. Ermənistanda indiyədək az qala bütün hakimiyyət dəyişikləri qanla, gülləboranla və ya küçədə həll olunub.
Bu gün Azərbaycan xalqı qələbə bayramını qeyd edir, ermənilər isə parlament və hökumət binalarını dağıdır. Bizdə isə mülki vətəndaşlar, evi dağılıb, malı batıb, yaxın insanını itirib, yenə də deyir ki, "Vətən sağ olsun". Ancaq irəli, irəli! Prezidentə yazılan məktublarda deyilir, Ali Baş Komandan, irəli!
Ötən 44 gündə bütün Azərbaycan xalqının birliyini gördük. Bütün bölgələrdə hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlarımıza sevinib. Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz və Qalib Liderimiz!
Azərbaycanı özünə Vətən bilən, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Bu, bizim böyük sərvətimizdir, böyük dəyərimizdir. Ermənistan isə monodövlətdir, orada ermənilərdən başqa heç kim yaşamır. Avrasiyada, bizim bölgədə başqa belə ölkə tapmaq mümkün deyil. Çünki heç kim orada yaşaya bilmir.
Qalibiyyətlə başa çatan Vətən Müharibəsindən sonrakı fəaliyyət barədə danışan Cənab Prezident bir daha vurğulayır ki, Azərbaycan xalqı şəhidlər verərək qələbəni qazandı. Yaralı əsgər və zabitlərin tezliklə sağalıb normal həyata dönməsi, sağalması üçün də əlimizdən gələni edirik və edəcəyik. Ölkə başçısı bir məqamı da vurğuladı ki, Ermənistan silahlı qüvvələrinin ballistik raketlərlə mülki vətəndaşlara atəş açması hərbi cinayətdir. Onlar bu hərbi cinayətə görə cavab verəcəklər.
Prezident İlham Əliyev xalqımızın birlik simvolu olan yumruğunu bir daha mənfur düşmənə, rəzil günə qalmış hay dığalarına silkələyərək deyir: “Qarabağ Azərbaycandır və nida” ifadəsi bizim qələbəmizin rəmzi kimi qəbul olunurdu və artıq rəmzinə də çevrildi. Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

İLQAR MƏMMƏDLİ,
Dövlətqaçqınkomun Pirallahı rayon sektorunun müdiri