Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon İcra Hakimiyyətində şəhid ailələri ilə görüş keçirildi

21 yanvar 2014 | 11:00
  Yanvarın 20-də Pirallahı rayon İcra Hakimiyyətində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi dördüncü ildönümü ilə əlaqədar şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanlarla görüş keçirildi. Görüşdə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, Pirallahı rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın üzvləri, rayonun idarə və müəssisə rəhbərləri iştirak etdilər. Görüş iştirakçılarını salamlayan Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif  İmanov qeyd etdi ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı, Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verildi, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edildi.
  V.İmanov vurğuladı ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaqdır.
  Şəhid ailələri adından çıxış edən Milli Qəhrəman Yavər Əliyevin həyat yoldaşı Valentina Petrovna Əliyeva həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifələr yazdıqlarını, xalqın milli azadlığına, müstəqilliyinə yol açdıqlarını bildirdi. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, eyni zamanda Vasif İmanov başda olmaqla Pirallahı rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə edən Valentina Petrovna azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladı.
  Görüşün sonunda şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanlarla maddi yardım göstərildi.
Keçidlər