Müharibənin Azərbaycan və Ermənistan üçün nəticələri
15 noyabr 2020 | 11:00
Tarix boyu bütün müharibələr silahla başlamış, sözlə bitmişdir. Azərbaycan, Ermənistan Dağlıq Qarabağ müharibəsi də bu mənada istisna təşkil etmədi. 30 il müddətində torpaqlarımızın 20 %-nin işğalı, 20 mindən artıq soydaşımızın həlak olması, 1 milyondan artıq insanın məcburi köçkün halına düşməsi ilə nəticələnən erməni təcavüzü Azərbaycan Ordusunun 44 günlük uğurlu əks-hücum əməliyyatları və sonda imzalanan bəyanatla sonlandı. İmzalanan bəyanatın tamamilə Azərbaycanın lehinə olduğu bütün ekspertlər tərəfindən dilə gətirilir. Bəyanatda əldə etdiyimiz nəticə danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantı ilə belə müqayisədə qeyd-şərtsiz daha üstün və əlverişlidir.
İllərdir ki, münaqişənin dinc yolla həllinə çalışan Azərbaycan istənilən halda torpaqlarımızın düşmən tapdağından azad olunacağını daim bəyan edirdi. 27 illik nəticəsiz qalan danışıqlar prosesinin sonunda mütəmadi xarakter daşıyan erməni hərbi təxribatlarının qarşısını almaq məqsədilə əks-hücum əməliyyatlarına başlayan Azərbaycan 44 gün ərzində bu müddət ərzində yığılıb qalan bütün sualların cavabını verdi. 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində Azərbaycan Ordusu tərəfindən 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə və çoxsaylı strateji yüksəkliklər azad olundu. Məğlubiyyətini etiraf edən Ermənistan imzalanmış üçtərəfli bəyanata əsasən digər işğal altında olan torpaqlarımızdan da hərbi qulluqçularını və qanunsuz məskunlaşmış əhalini çıxarmaq məcburiyyətində qaldı. 44 gün davam edən döyüşlər bir çox reallıqların üzə çıxmasına da şərait yaratdı. İlk olaraq Azərbaycan ordusu ermənilərin uzun illər ərzində özləri haqqında uydurduqları “məğlubedilməzlik” barədə mifi darmadağın etdi. Bununla yanaşı əks-hücum əməliyyatlarının ilk günlərindən etibarən Azərbaycanda xalq bir daha öz liderinə və əsgərinə inamını nümayiş etdirdi. 44 günlük müharibə zamanı xalqımız bir millət kimi tarix boyu ən yüksək həmrəylik nümayiş etdirdi.
Məlumat üçün bildirək ki, 27 illik danışıqlar prosesində ermənilər mütəmadi olaraq hərbi təxribatlarla danışıqlar prosesini pozurdular. Ən acınaqlısı isə odur ki, onların törətdikləri əməllərə havadarları göz yumurdular. Bu isə erməniləri daha da azğınlaşdırırdı. 30 illik sülh danışıqları prosesində hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu, Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Azərbaycan Prezidenti isə bölgədə yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir. Eyni zamanda keçirilən əməliyyatlarla və imzalanan bəyanatla sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz. Beləliklə, əminliklə deyə bilərik ki, noyabr ayının 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin imzaladığı bəyanat Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam şəkildə Azərbaycanın maraqlarına uyğunluq təşkil edir. Xatırladaq ki, hətta döyüşlərin ən qızğın dövründə xeyli üstünlüyə malik olan Azərbaycan hər bir zaman Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə hərbi əməliyyatları dayandırmağa hazır olduğunu dəfələrlə bəyan etmişdi. Çünki, Azərbaycanın niyyəti heç vaxt qan tökmək, can almaq deyildi.Azərbaycan sadəcə haqqı olan öz əzəli torpaqlarını işğaldan azad etmək, məcburi köçkün vətəndaşlarını evlərinə qaytarmaq istəyirdi. Rəşadətli Azərbaycan Ordusunun səyləri və ölkə başçımızın diplomatik səviyyədəki üstün bacarıqları ilə bu nəhayət mümkün oldu. Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarıldı. Əlbəttə ki, Azərbaycan Ordusu lazım gələrsə işğaldan azad etdiyi digər beş rayon kimi bu rayonlarımızı da düşmən tapdağından qurtarmaq üçün canı ilə, qanı ilə savaşar və məqsədinə də çatardı. Amma münaqişənin bu şəkildə həlli davamlı sülh üçün daha yaxşı variantdır.
Bəyanatın üstünlüklərindən biri də proses çərçivəsində Naxçıvanın da blokadadan azad olunmasıdır. Hələ 1990-cı illərdə münaqişə başlayandan sonra Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında quru yolla əlaqənin olmaması böyük çətinliklər yaradırdı. Bəyanatla ilk dəfə olaraq Azərbaycanın əsas hissəsinin Ermənistan ərazisindən qısa yolla Naxçıvanla əlaqəsi yaradılır. Bu yolun təhlükəsizliyi Rusiya FTX-nın Sərhəd Xidməti tərəfindən təmin olunur. Bu da onu göstərir ki, Ermənistan bütün mənalarda müstəqil deyil.
Ən vacib məqamlardan biri də münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Bütün bunlarla yanaşı bəyanatın digər şərtləri də Azərbaycanın maraqlarına uyğun qəbul edilmişdir. Qarabağa statusun verilməməsi və dəhlizlərin açılması əbədi olaraq Qarabağ məsələsinin həlli deməkdir.
Qısacası, müharibə Ermənistanın hərbi fiaskosu ilə nəticələndi. Bu isə təcavüzkar, cinayətkar Paşinyan rejiminin süqutu deməkdir. Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır. İdarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Beləliklə, Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.
44 gün davam edən, qələbə ilə başa çatan döyüşlərin nəticəsi onu göstərir ki, Azərbaycan hərb tarixinə yenilik kimi düşən strategiyanı tətbiq edərək, ən müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa müddət ərzində düşmənin əksər hərbi texnikasını məhv etdi, canlı qüvvəsinə ciddi zərbə vurdu. Özü haqqında məğlubedilməzlik sindromu yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi.
Qələbə Azərbaycan əsgərinin gücü və xalqın öz Ali Baş Komandanına inamı, onun ətrafında sıx birləşməsi sayəsində baş tutdu. Lakin qardaş Türkiyənin mənəvi və diplomatik dəstəyi də bu qələbədə xüsusi rol oynamışdır. Həmçinin Rusiya atəşkəsin əldə olunması üçün ən çox fəaliyyət göstərib və münaqişədə neytral mövqe tutub. Azərbaycanın Rusiya ilə münasibətləri strateji tərəfdaşlıq münasibətlərinə əsaslanır, iki dövlət arasında səmimi dostluq amili mövcudluğunu qoruyub saxlayır.
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir. Azərbaycan xalqı bundan sonra da öz liderinə böyük etimad göstərərək təmkin nümayiş etdirəcək, hərbi qələbəni siyasi qələbə kimi möhkəmlədirəcək, yumruq kimi Azərbaycan Prezidentinin ətrafında birləşəcək.

Loğman Müslümov
YAP Pirallahı rayon təşkilatının könüllüsü