Bütün kənar təzyiqlərə baxmayaraq Azərbaycan həm cəbhədə, həm də siyasi müstəvidə əzmli qələbə qazandı
16 noyabr 2020 | 11:00
Bugünlərdə Azərbaycan dövləti, xalqı və vətəndaşı olaraq tarixi günlərdən keçirik. Artıq bizlər qalib dövlət, qalib xalq və qalib ölkənin vətəndaşlarıyıq. Və bu zəfərlə Azərbaycan vətəndaşlarının qürür duymaq haqqı var. Bu tarixi zəfər bir çox vərdiş etdiyimiz reallığı dəyişdi, yeni tarixi reallıqlar yaratdı. İndi həm regionumuz, həm də bütün dünya bu yeni reallıqlarla hesablaşmaq məcburiyyətindədir.
44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində şanlı Ordumuz 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi. Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu faktiki olaraq darmadağın edildi. Atəşkəs ərəfəsində düşmən ordu artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırladırdı. Beləliklə, Azərbaycanın sülhə məcburetmə əməliyyatı uğurla yekunlaşdı. Ermənistan 44 gün ərzində diz çökərək, Azərbaycanın diktə etdiyi bütün şərtləri qəbul etməyə məcbur oldu. Azərbaycan cəbhədə və masada tam üstünlüyə malik oldu. Azərbaycan Prezidentinin Rusiya Prezidenti və Ermənistan baş naziri ilə imzaladığı bəyanat, danışıqlar prosesinin müxtəlif mərhələlərində müzakirə olunan razılaşma variantlarının Azərbaycan üçün ən sərfəli variantından belə daha çox üstünlüklərə malikdir. İndiyə qədər baza prinsiplərinin müzakirəsi zamanı heç vaxt müzakirə predmeti olmayan Naxçıvanla quru əlaqələrinin bərpası məsələlərinin də bəyanatda öz əksini tapması buna əyani sübutdur.
Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə oldu. Bu siyasi qələbənin qazanılmasında sözsüz ki, hərbi qələbəmiz müstəsna rol oynadı. Bəyanatın imzalanmasının əsas səbəblərindən biri Şuşanın, daha sonra bayraq günü 72 yaşayış məntəqəsinin, ümumilikdə 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi idi. Bu qələbələr düşməni məcbur etdi ki, Ağdam, Laçın, Kəlbəcər rayonlarını siyasi yolla qaytarsın və bizim şərtlərimizlə razılaşaraq bəyanatı imzalamağa məcbur olsun.
Xatırlatmaq istəyirəm ki, 30 illik sülh danışıqları prosesində bəzi beynəlxalq qüvvələr tərəfindən hər vəchlə Ermənistanın maraqlarının təmin edilməsinə cəhdlər olunurdu. Danışıqlar prosesində Azərbaycan Silahlı Qüvvələri keçmiş DQMV-nə, o cümlədən Şuşa şəhərinə ümumiyyətlə yaxın buraxılmırdı. Hətta keçmiş Şaumyan, indiki Goranboy rayonunun bir hissəsinin ermənilərin nəzarətinə verilməsi tələb edilirdi. Amma indiki şəraitdə Azərbaycan Prezidenti yeni reallıq yaratdı, hazırda Şuşa şəhəri daxil olmaqla, Dağlıq Qarabağın böyük bir hissəsi Azərbaycan Ordusunun nəzarətindədir.
Maraqlısı budur ki, qlobal məsələlərdə daim bir-birinə qarşı antaqonist mövqe tutan həmsədr ölkələr Qarabağ məsələsində eyni mövqedən çıxış edirdi. Bu mövqe Azərbaycanı işğalın nəticələri ilə barışmağa, Azərbaycan xalqının iradəsini sındırmağa və Dağlıq Qarabağda, ətraf 7 rayon daxil olmaqla, ikinci erməni dövlətinin yaradılmasına dəstək verməklə bağlı idi. Mahiyyət etibarilə danışıqlar prosesi imitasiya edilir, həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verərək bizi tamamilə imitasiya xarakterli danışıqları aparmağa sövq etməyə çalışırdı. Ancaq Azərbaycanın bu mənasız danışıqlarla vaxt itirəcək səbri qalmamışdı. Artıq münaqişənin həllində lazımi addımlar atılmalı, mənfur düşmənə qarşı layiqli cavab tədbirləri görülməli idi.
Həmsədr ölkələr arasında Fransanın ermənipərəst mövqeyi isə xüsusilə diqqət çəkən oldu. Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan Fransa ciddi cəhdlərlə prosesi dayandırmağa çalışdı. Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Azərbaycan tərəfinin buna cavabı isə kifayət qədər açıq və sərt oldu. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Fransaya cavab verərək bildirdi: “Fransanın rəsmi şəxsləri tərəfindən ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın mandatına zidd olaraq birtərəfli, qərəzli və qeyri-obyektiv bəyanatlar səsləndirilməkdədir. Mandatına uyğun olaraq Fransa neytral tərəf kimi çıxış etməli olduğu halda, açıq-aşkar ermənipərəst siyasət yürüdür və tamamilə əsassız şəkildə Azərbaycana qarşı ittihamlar irəli sürür”. H.Hacıyev vurğuladı ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Fransa Ermənistanın Azərbaycana qarşı davam edən işğalının aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün heç bir addım atmadığı halda, indi birtərəfli qaydada canfəşanlıq nümayiş etdirir: “Görəsən, bu 30 il ərzində Fransanı nə zamansa azərbaycanlı məcburi köçkünlərin öz torpaqlarına qayıtmaması narahat edibmi? Amma bunun əksinə olaraq, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi və beynəlxalq hüququn aliliyinin təmin olunması Fransanı narahat etməkdə davam edir”.
Hələ bu da son deyil. Azərbaycana olan təzyiqlər bununla da məhdudlaşmırdı. Sülhün təminatçısı kimi iştirak edən ATƏT-in Minsk Qrupu ölkələrinin 19 oktyabr 2020-ci il tarixdə BMT Təhlükəsizlik Şurasının (TŞ) Ermənistanın Azərbaycana təcavüzü ilə əlaqədar keçirilmiş qapalı iclasında Ermənistan lehinə bəyanat yaymağa çalışması da kifayət qədər təəccüblü və təəssüf doğuran hal oldu. Bəyanat layihəsində TŞ-nin 1993-cü ildə qəbul etdiyi və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrə istinad yer almamışdı. Bununla da həmsədr ölkələr yeni bəyanat qəbul etməklə 1993-cü ildə qəbul etdikləri bəyanatın əhəmiyyətini azaltmaq və faktiki olaraq onu yox saymaq niyyətində idilər. Amma istədikləri reallaşmadı. TŞ-də təmsil olunan Qoşulmama Hərəkatına (QH) üzv olan 7 ölkə - İndoneziya, Niger, Vyetnam, Tunis, Cənubi Afrika, Dominikan Respublikası, Sent Vinsent və Qrenadin - layihəyə TŞ qətnamələrinə istinadın daxil edilməsini israrla təkid etmiş və yalnız bundan sonra həmsədr ölkələr bəyanat layihəsini geri çəkməyə məcbur olmuşdur. Xatırladaq ki, BMT TŞ-nin qətnamələri 1993-cü ildə yekdilliklə qəbul edilmiş, hər üç həmsədr ölkə qətnamələrin lehinə səs vermişdi. Qətnamələrdə Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması ilə bağlı tələblər yer almışdı. Bu tələbin icrası ilə məşğul olmalı olan qurum nədən özünün qəbul etdiyi qətnamələrin unutdurulması üçün çalışırdı, məqsədi nə idi, bu bizə maraqlı olaraq qalmaqdadır. Belə münasibət əslində özünün səsinə, imzasına hörmət etməmək, öz-özünü təhqir etməkdir. Amma hər halda artıq bunların heç bir əhəmiyyəti qalmayıb. Azərbaycan həmin qətanamələrin icrasına özü nail oldu. Qəhrəman Ordusu və qətiyyətli, uzaqgörən Ali Baş Komandanı ilə.
Azərbaycanda güclü “prezident-xalq-ordu” vəhdəti bu təzyiqləri dəf etməyə imkan verdi. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi
Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Bu qələbə ilə xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin əli, şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu! Sivil xalqlar tarixboyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub. Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və Qələbə ilə bitməsi də tarixin məntiqi yekunu oldu.

Familli Xumarə
YAP Pirallahı rayon təşkilatının könüllüsü