Çilov qəsəbə nümayəndəliyi hesabat verdi
24 yanvar 2014 | 11:00
Yanvar ayının 22-də Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin konfrans zalında Pirallahı rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş və Pirallahı rayonunun rəhbərliyi, Çilov adasındakı təsərrüfat xidmətlərinin rəhbərləri, təhsil və səhiyyə işçiləri, Çilov – Neft Daşları Bələdiyyəsinin üzvləri, eləcə də qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açıldı, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olundu və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirildi.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsi üzrə nümayəndəsi Mahmud Məmmədov bildirdi ki, ötən il 131 N-li tam orta məktəb əsaslı təmir edilmiş, Mədəniyyət evi, İdman sağlamlıq mərkəzi və Çay evinin tikintisinə başlanılmışdır. D.Kiselyov, Bünyadzadə və Caparidze küçələri başdan-başa asfaltlanmışdır. Küçələr işıqlandırılmış, yol kənarlarına ağac və bəzək kolları əkilərək Çilov adası yaşıllıqlar məskəninə çevrilmişdir. Bütün küçələrə zibil qutuları qoyulmuşdur və tullantılar hər gün yığılaraq utilizə olunur. 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının ətrafı işıqlandırılmış, Pirallahı rayon İcra Hakimiyyəti başçısı tərəfindən xəstəxanaya 7 ədəd çarpayı və digər ləvazimatlar verilmişdir. Mütəmadi olaraq Mənzil Kommunal Təsərrüfatı əməkdaşlarının köməyi ilə qəsəbənin mərkəzi yolunda, daxili küçələrində sanitar-təmizlik işləri həyata keçirilmişdir. İşsizliyin aradan qaldırılması məqsədilə hər bir ailə başçısı işlə təmin edilmişdir. Mahmud Məmmədov görülən işlərdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və “28 May” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır. 2014-cü ildə yerinə yetirilməli olan işlər sırasında 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri, qəsəbədə əhaliyə telefon xidmətinin yaxşılaşdırılması, aptekin açılması, bankomatın qurulması qeyd edildi.
Piallahı rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəzir Səfixanov 2013-cü ildə respublikamızın böyük nailiyyətlərə imza atdığını vurğuladı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Çilov qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışan V.Səfixanov keçən il dövlət başçısının Fərmanı ilə yaradılmış Pirallahı rayonda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi. Bildirildi ki, RİH tərəfindən görülən işlər gələcəkdə Çilov qəsəbəsinin də nümunəvi bir yaşayış məntəqəsinə çevrilməsinə əlverişli şərait yaradacaqdır.
“28 May” NQÇİ-nin rəis müavini Ələddin Mürsəlov, 16 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Vaqif Nuriyev, qəsəbə nümayəndəsinin müavini Nurəddin Bayramov, şəhid anası Natalya Kiselyova, neftçi Əli Hüseynov dinlənilən hesabata münasibət bildirdilər. Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbəsindəki nümayəndəliyinin 2013-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olundu.