Azərbaycanın ən böyük gücü xalqın öz liderinə olan sarsılmaz inamı və güvənidir
21 noyabr 2020 | 11:00
Ulu öndər Heydər Əliyevin siyasi varisi, Ali Baş Komandan İlham Əliyev dirçəliş günü ərəfəsində Azərbaycan tarixinin ən parlaq səhifələrindən birinə imza atdı. Mümkünsüz olanı mümkün etdi. Azərbaycanın ən böyük probleminə son qoydu. Ən böyük milli məsələsini həll etdi. Yaratdığı qüdrətli Azərbaycan ordusu onun rəhbərliyi altında təqribən 30 illik əsarətdən sonra torpaqlarımızı erməni işğalından azad etdi. Nəyi nə zaman edəcəyini yaxşı bilən Ali Baş Komandan bu misilsiz qələbə ilə nəinki torpaqlarımızı nankor düşməndən geri aldı, həmçinin xalqımızın milli qürurunu özünə qaytardı.
32 il əvvəl noyabrın 17-də Azadlıq meydanına bir milyon insan toplaşmışdı. Bu gün isə artıq Azərbaycanın 10 milyon vətəndaşının hər biri əsgərdir. Müdrik liderinin - müzəffər Ali Baş Komandanının ətrafında bir yumruq kimi birləşən 10 milyon əsgər. Əgər 10 milyonluq xalq bir yumruq kimi birləşə bilirsə, deməli, onun gücü qarşısında heç bir qüvvə duruş gətirə bilməz. Bu birlik bu həmrəylik bir daha dünyaya göstərdi ki, Azərbaycan insanının iradəsini heç kim sındıra bilməz. Sübut etdi ki, Azərbaycan xalqı böyük xalqdır. Bu xalqın həmrəyliyi birliyi qarşısında ən amansız düşmən belə tab gətirə bilməz. Bu gücün bəxş etdiyi daha böyük zəfərlər isə hələ qarşıdadır.
Milli dirçəliş günü ərəfəsində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına səfərləri oldu. Ali Baş Komandanın Füzulidə, Cəbrayılda bayrağımızı yüksəltməsi, Mehriban xanım ilə birgə həm Xudafərin körpüsünə getmələri, həm də çaydan axan suyu əli ilə götürürək hiss etməsi mənzərəsi hər birimizi həm sevindirdi, həm də qəlbini qürurla doldurdu. Bu səfər yaddaşlara tarixi anlarla yazıldı. Xalq qalib ordunun Ali Baş Komandanını izdiham ilə qarşıladı. Hər bir yaşayış məntəqəsində vətəndaşlar Ali Baş Komandanı qarşılayır, “Qarabağ Azərbaycandır” şüarları səsləndirirdilər. Böyük izdiham yaşanırdı. İstisnasız olaraq maşın karvanının keçdiyi bütün bölgələrdə bu izdiham var idi.
Səfəri zamanı bölgələrdə yaşayan sakinləri salamlamaq üçün maşından düşən Prezident İlham Əliyev əhali tərəfindən xüsusi coşqu və izdihamla qarşılandı. Azərbaycanlılara Qələbə hissi yaşadan Prezidentə vətəndaş öz sevgisini səmimi şəkildə nümayiş etdirdi. Bu, Müzəffər Ali Baş Komandanın tarixi Qələbədən sonra bölgələrə ilk səfəri idi. Dövlətimizin başçısının respublikamızın bölgələrinə səfərləri həmişə izdihamla müşayiət olunub, xalq coşqusunun şahidi olmuşuq. Ancaq bu coşqu qalib xalqın duyğu-düşüncəsinin, hiss-həyəcanının, keçmiş kədərdən sıyrılmağının və bugünkü sevincinin tərənnümü idi.
Ermənistanda isə vəziyyət tam əksinədir. Hazırda erməni xalqı Azərbaycanın 1992-ci ildəki ağır durumunu yaşayır. 44 günlük müharibə Ermənistan ordusunun kifayət qədər aciz olduğunu öz xalqı da daxil olmaqla bütün dünyaya əyani surətdə nümayiş etdirdi. Erməni ictimaiyyətinə agah oldu ki, ölkə rəhbərliyi ordu barədə indiyə qədər onu səhv məlumatlandırıb və xalqı aldatmaqla məşğul olub. Müharibədə məğlubiyyətdən sonra çətin duruma düşən Ermənistan rəhbərliyi isə vəziyyətdən çıxış yolunu Müdafiə Nazirliyində çoxsaylı həbslər aparmaqda, kadr dəyişiklikləri həyata keçirməkdə gördü. Ermənistanda ağırlaşan vəziyyət hakimiyyət üçün hər gün yeni problemlərə yol açmaqdadır. Hətta artıq baş nazir Nikol Paşinyanın komandasında da ciddi fikir ayrılıqları yaranıb. Hakimiyyətin müxtəlif qanadları arasında gərginlik pik həddə çatıb. Ermənistanda siyasi sfera ilə yanaşı, sosial-iqtisadi sahədə də vəziyyətin yüksək sürətlə pisləşməsi müşahidə edilməkdədir. Erməni mediası yazır ki, bu durum Paşinyan iqtidarının yarıtmaz siyasətinin, ölkənin inkişafı naminə hansısa uğurlu addım ata bilməməsinin konkret göstəricisidir. Belə ki, ötən dövr ərzində yeni hakimiyyət xalqı yox, yalnız özünü düşündüyü üçün Ermənistan hazırkı acınacaqlı vəziyyəti yaşayır.
Azərbaycan Prezidenti isə yalnız öz xalqına yox, eyni zamanda Dağlıq Qarabağda yaşayan, milli mənsubiyyəti erməni olsa da Azərbaycan vətəndaşı olacaq insanlara da qayğı ilə yanaşır. Ölkə başçısının dediyi bu sözlər də bunun sübutudur: "Bizim erməni xalqı ilə işimiz yoxdur. Mən bu 44 gün ərzində çoxsaylı müsahibələrimdə demişəm, onlar bizim vətəndaşlarımızdır və onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar, onlar kriminal, qorxaq xunta rejimindən öz yaxasını qurtarmalıdırlar” . Beləliklə, İlham Əliyevin bu müraciəti əslində, erməni xalqına veriləcək ən yaxşı, ən düzgün məsləhətdir! Onlar üçün ən yüksək status Azərbaycan vətəndaşı olmaq və Azərbaycan dövlətinin himayəsində yaşamaqdır.

Şəbnəm Eldarova
YAP Pirallahı rayon təşkilatının könüllüsü