168 nömrəli məktəbdə “Heydər Əliyevə olan sevgimiz əməllərimizdə yaşayır!” adlı tədbir keçirimişdir
07 fevral 2023 | 10:58
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə elan edilmiş “Heydər Əliyev ili” çərçivəsində 06 fevral 2023-cü il tarixində Pirallahı rayonunda yerləşən 168 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 iliyinə həsr edilmiş “Heydər Əliyevə olan sevgimiz əməllərimizdə yaşayır!” adlı tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Loğman Müslümov, 168 nömrəli tam orta direktoru Elnur Bayramov, pedaqoji heyət və şagirdlər iştirak etmişdir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elnur Bayramov Ulu Öndər Heydər Əliyevin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirmişdir. Ümummilli Liderin zəngin irsinin şagirdlər arasında təbliğinin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdıran natiq Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışmışdır.
Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Alxasova cənab Prezidentin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunmasını dahi rəhbərə olan ümumxalq sevgisinin təcəssümü, xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətləri ilə çoxəsrlik tariximizin ən parlaq səhifələrini yazan Ulu Öndərə böyük ehtiramın göstəricisi olduğunu vurğulayıb. Ulu Öndərin illərlə yaşatdığı əqidə və amalının sınaqlardan keçərək dəyərə çevrildiyini söyləyən natiq siyasi kursunun bu gün dövlət başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyinə və Azərbaycanın dövlət quruculuğu yolunda inamla irəlilədiyinə diqqət çəkib.
Sonra məktəb şagirdlərinin ifasinda Ulu öndər Heydər Əliyevə həsr olunmuş şerlər səsləndirilmiş, slaytlar nümayiş olunmuşdur.