Pirallahı rayonunda mülki müdafiə tədbirlərinin təşkili müzakirə olundu
25 yanvar 2014 | 11:00
Yanvar ayının 24-də Pirallahı Rayon İcra Hakimiyyəti və Xəzar rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşəbbüsü ilə Rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirak etdiyi mülki müdafiə sahəsində 2013-cü tədris ilinin yekunları, o cümlədən 2014-cü tədris ilində qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirildi. Təbdirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının müavini-Rayon təsərrüfatı şöbəsinin müdiri Cəlil Mirzəyev Rayon ərazisində baş verə biləcək təbii fəlakətlərin (zəlzələ, yanğın, daşqın, infeksion xəstəliklər və s.) nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, təşkilat və müəssisələrdə yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədilə Rayon İcra Hakimiyyəti Başçısının 2013-cü il 09 iyul tarixli 16 nömrəli Sərəncamı ilə Pirallahı Rayon Fövqəladə Hallar Komissiyası yaradıldığını diqqətə çatdırdı. C.Mirzəyev qeyd olunanlarla əlaqədar RİH Başçısının tapşırığına əsasən müvafiq sərəncam layihəsinin hazırlandığını və bu layihədə Pirallahı rayonunda Mülki müdafiə üzrə 2013-cü tədris ilinin yekunu və 2014-cü tədris ilində qarşıda duran vəzifələrin tam şəkildə əks olunduğunu qeyd etdi.
Toplantıda çıxış edən Xəzar rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi, polkovnik-leytenant Adil Hüseynov 2013-cü ildə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının illik mülki müdafiə tədbirlər planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün mülki müdafiə (MM) qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin təşkili haqqında ətraflı məlumat verdi. Bildirdi ki, ötən tədris ilində əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilmişdir. Bu məqsədlə “Mülki Müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda əlaqədar rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət müəssisələrində maarifləndirmə tədbirləri keçirilmişdir. Tədbir zamanı mülki müdafiəyə həsr olunmuş konfrans, seminar, yığıncaqlar və mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanış məşqi, məktəblərdə açıq dərslər keçirilmiş, mülki müdafiə əmlaklarının sərgiləri təşkil olunmuş, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirilmişdir.
A.Hüseynov 2013-cü tədris ilinidə mülki müdafiə işinin təşkilində fərqlənən “Abşeronneft” NQÇİ-nin, “28 May” NQÇİ-nin və “Neft Daşları” NQÇİ-nin rəhbərlərinin və mülki müdafiə qərargahlarının müsbət fəaliyyətləri qeyd etdi.