Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq”
24 noyabr 2020 | 11:00
Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyü ilə bağlı qətiyyətli, dönməz mövqeyi və xalqımızın yenilməz iradəsi nəticəsində 30 ilə yaxındır ki, işğal altında olan torpaqlarımız 44 gün ərzində düşmən tapdağından azad edildi. Azərbaycan xalqı həmin 44 gün ərzində sarsılmaz birlik və bərabərlik göstərdi, dövlət başçısı ətrafında sıx birləşdi, Ordumuz isə bu birlik və həmrəylikdən aldığı qüvvə ilə əsl vətənpərvərlik nümunəsi nümayiş etdirdi. Ordumuzun cəsarəti və vətənpərvərliyi sadəcə bizi qürurlandırmaqla qalmadı, eyni zamanda dünya ictimaiyyətini də heyrətə saldı. Xüsusilə Şuşa uğrunda gedən döyüşlərdə igidlərimizin göstərdiyi fövqəl güc və dözümlülük ermənilər də daxil olmaqla dünyanı heyrətə saldı. Bunu döyüşlərin getdiyi vaxtda orada olan xarici mətbuat nümayəndələrinin tezislərindən və erməni silahlı qüvvələrinin əsgərlərinin sözlərindən aydın şəkildə müşahidə etmək olur. Şuşanın azad olunduğu günlərdə rus mətbuatında dərc olunan bir yazı hər birimizdə böyük qürur və fəxr hissi yaratmışdı. Sitat: “Belə döyüş, dövlət, vətən sevgisi görən olubmu, demək çətindir?! Dağ yuxarı, həlak olmuş yoldaşı çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan ordusu. Nə yaralını, nə öləni əldən buraxmırdılar. Nəfəs almadan Şuşaya çıxırdılar...”. Bəli Azərbaycan Ordusu öz torpaqlarını bu cür azad etdi. Canını qurban verərək, qan tökərək. Ölkə başçısının da dediyi kimi, torpaqlarımızı ancaq Azərbaycan əsgəri, Azərbaycan zabiti azad edib. Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah düşməni qovan da əsgərdir, düşməni məhv edən də əsgərdir. “Vətən torpağından pay olmaz” ifadəsini reallığa çevirən Ordumuz işğalçı düşmənə elə sarsıdıcı zərbələr endirdi ki, düşmən geri çəkilməyə, təslim olmağa və öz kapitulyasiya aktına imza atmağa məcbur oldu.
Bugünlərdə imzalanmış bəyanatın müddəaları bir-bir yerinə yetirilir. Belə ki, 20 noyabr tarixində Ağdam şəhəri işğaldan azad olundu. Ermənistan silahlı qüvvələri Ağdamı tamamilə tərk etdi və Azərbaycan Ordusunun bölmələri rayona daxil oldu. Ağdam şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldıldı, Dövlət Himni səsləndirildi və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə olundu. Ağdam şəhərindəki Cümə məscidi və ərazisi hərbçilərimiz tərəfindən təmizləndi, məsciddə azan oxundu və cümə namazı qılındı. Bu anlara şahidlik etmək həqiqətən də izzah edilməsi mümkün olmayan qürurlu anlardır. Bunun üçün biz hər birimiz Ali Baş Komandana və Ordumuza minnətdarıq. Biz bilirik ki, Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycan xalqına bugünləri yaşatmaq, bu qürur hissini vermək üçün illərdir ki çalışır. Bu, 44 günlük dövrdə də ölkə başçımız qətiyyətlə, əzmlə Azərbaycanın prinsipial mövqeyini dünyaya çatdırmış, eyni vaxtda həm hərbi, həm siyasi, həm də informasiya müharibəsində mübarizə aparmışdır. Və nəticədə Qələbə bizimdir. Üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır.
Onu da vurğulamaq istərdim ki, Ağdam rayonu I Qarabağ müharibəsində ən çox şəhid verən rayon idi. Belə ki, ermənilərlə döyüşlərdə 6 minə yaxın rayon sakini şəhid olmuşdur ki, onlardan 16-sı Milli Qəhrəman adına layiq görülmüşdür. İkinci Qarabağ müharibəsində də ağdamlılar cəsarətlə vuruşmuş və şəhidlər vermişdir. Və indi Ağdam bizə bir güllə atmadan, bir nəfər belə şəhid vermədən qayıtdı. Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytardı.
Ağdamın işğaldan azad olunması ilə bağlı 20 noyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Müraciətində ilk olaraq ağdamlıları təbrik edən ölkə başçısı demişdir: “Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız”.
Daha sonra Ağdamla bağlı ümümi məlumat verən ölkə başçısı Ağdamın əhalisinə görə ən böyük rayon olduğunu bildirdi. Məlumat üçün bildirək ki, 1 şəhər, 124 kənddən ibarət olan rayonun 80 kəndi ermənilərin işğalı altında idi. Ermənilərin əlində olan hissəsi viran olan şəhər sözün əsl mənasında “Ruhlar şəhəri”nə bənzəyirdi. 2000-ci illərdə “Lonely Planet” jurnalı Ağdama “Qafqazın Hirosiması” adını vermişdi. Bunun əksinə olaraq, Ağdamın Azərbaycanın nəzarətində olan ərazilərində geniş quruculuq işləri görülmüş, sosial obyektlər, infrastruktur və sənaye müəssisələri, insanlar üçün iş yerləri yaradılmış, infrastruktur layihələri icra olunmuş, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Ölkə başçısının göstərişi ilə Ağdamın Quzanlı kəndinə qəsəbə statusu verilmiş və Quzanlı faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevrilmişdir. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün rayonun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınmış və 93 min köçkün yerləşdirilmişdir. Bugün Ağdam rayonunun əhalisinin 45 faizi Ağdam rayonunun ərazisində yaşayır.
Ölkə başçısı müraciətində onu da bildirdi ki, indi Ağdam üçün yeni dövr başlayır. Sitat: “Biz Ağdam şəhərini də bərpa edəcəyik. ...... Baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək. Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək. Ona görə Ağdam rayonunun bərpası bizim gələcək planlarımızda xüsusi yer tutacaq. Çünki həm ərazi baxımından böyük rayondur, eyni zamanda, dediyim kimi, əhali baxımından ən böyük rayondur.”
Ağdam erməni vandalizminə məruz qalana qədər ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz – furnitur, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ – pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, iki dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və s. sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Buna əlavə olaraq deyə bilərik ki, Ağdam mədəniyyətimizə, incəsənətimizə və elm aləmimizə tarixdə kifayət qədər əhəmiyyəttli rol oynayan bir çox görkəmli şəxsiyyətlər bəxş etmişdir. Belə ki, Süleyman Sani Axundov, Famil Mehdi, Şahmar Əkbərzadə, Əhməd Ağdamski, Sara Qədimova, Qurban Primov, akademik Zakir Məmmədov, fəlsəfə elmləri doktoru Ziyəddin Göyüşov, tarix elmləri doktoru Rəşid Göyüşov, minerologiya elmləri doktoru Xudu Məmmədov və b. onlarla görkəmli şəxsiyyət məhz Ağdam rayonundan çıxmışdır.
İşğalçı rejim İkinci Qarabağ müharibəsinin son günlərinədək Ağdamda qanunsuz arxeoloji qazıntılar aparmış və tapılmış artefaktlar Ermənistana daşınmışdır. Düşmən Ağdamda olan evləri dağıtmaqla qalmamış hətta onun daşlarını da söküb aparmışdır. Mədəni abidələr talan edilərək bütün infrastruktur məhv edilmiş, Çörək Muzeyi, Tarix Ölkəşünaslıq Muzeyi, tarzən Qurban Pirimovun Xatirə Muzeyi və Ağdam Şəkil Qalereyası, Xaçındərbənd kəndindəki 1314-cü ildə tikilmiş Qutlu Sarı Musa oğlu Künbəzi, Kəngərli kəndindəki XIV əsrə aid Türbə və Daş abidələr, Papravənd kəndində XVIII əsrə aid gümbəz və məscid, Ağdamda İmarət deyilən yerdə XVIII əsrə aid abidələr, Xan qızı Xurşidbanu Natəvanın və onun oğlunun türbələri, Şahbulaq ərazisində Şahbulaq qalası və Karvansara vəhşicəsinə dağıdılmışdır. Bundan əlavə, dini ibadətgahlardan rayonun Papravənd kəndində yerləşən Şeyx Nigar, Seyid Miriş ağa, Qara Pirim və digər ziyarətgahlar darmadağın edilmişdir. Ağdam şəhərinin mərkəzində yerləşən qədim memarlıq abidəsi sayılan məscid və onun minarələri vəhşicəsinə uçurulmuşdur. Qeyd edək ki, bu vəhşiliklər, "Tarix və mədəniyyət abidələrinin qorunması haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarını, "Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması haqqında" 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il protokolunun (Ermənistan bu protokolun üzvüdür), "Arxeoloji irsin qorunması haqqında" 1992-ci il tarixli Avropa Konvensiyasının tələblərinin açıq-aşkar pozulmasıdır. Azərbaycan hökuməti tarixi-dini abidələrimizə qarşı tətbiq olunan bu təhqiramiz hərəkətlərin və erməni vandalizminin cəzalandırılması üçün bütün hüquqi imklanlardan mütləq istifadə edəcək və beynəlxalq səviyyədə öz haqq səsini ucaldacaqdır.
Sonda bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan erməni vandallığına məruz qalmış bütün torpaqlarımızda və o cümlədən Ağdamda bu vəhşiliklərin izlərini silmək üçün geniş abadlıq quruculuq işlərinə başlayacaq. Qısa müddət ərzində işğaldan azad edilmiş rayonlarda böyük qayıdışı təmin etmək və əhalinin yeni həyata başlaması üçün dövlətimiz bütün mümkün tədbirləri həyata keçirəcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətində qeyd etdiyi kimi, biz Ağdam şəhərini və onun bütün infrastrukturunu bərpa etmək üçün ardıcıl addımlar atacağıq. Ağdamlılar və işğaldan azad edilmiş bütün başqa rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaq. Qarabağ Azərbaycandır!

Xəyalə Cavanşirli
YAP Pirallahı rayon təşkilatının könüllüsü