Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçirilmişdir
26 noyabr 2020 | 11:00
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi prosesinin başa çatması ilə əlaqədar 26.11.2020-ci il tarixdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuraya seçki keçirilmişdir. İctimai şuraya vətəndaş cəmiyyəti institutları tərəfindən 8 namizəd irəli sürülmüş və komissiya tərəfindən qeydə alınmışdır. İctimai Şuraya üzvlər vətəndaş cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət 24 nəfər tərəfindən seçilmişdir. Keçirilmiş seçkinin nəticəsində Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın tərkibinə aşağıda adları qeyd olunan şəxslər seçilmişlər.
SS
|
Üzvün soyadı, adı,
atasının adı
|
Təmsil etdiyi vətəndaş cəmiyyəti institutu
|
1
|
Əhmədov Səməd Baxış oğlu
|
Azərbaycan Ağsaqqallar Şurası Bakı şəhəri Pirallahı rayon Ağsaqqallar Şurası
|
2
|
Mustafayev Oruc Süleyman oğlu
|
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bakı şəhəri Pirallahı rayon filialı
|
3
|
İskəndərova Təranə Natik qızı
|
Qızıl Aypara Cəmiyyətinin Bakı şəhəri Pirallahı rayon bölməsi
|
4
|
Mahmudov Ramil Hidayət oğlu
|
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
“Bakı 9 saylı Yol İstismarı” MMC-nin Həmkərlar İttifaqı Təşkilatı
|
5
|
Səfiyev Famil Məhəmməd oğlu
|
Azərbaycan Respublikası Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Bakı şəhəri Pirallahı Rayon Filialı
|