Neft Daşları qəsəbə nümayəndəliyi hesabat verdi
28 yanvar 2014 | 11:00
Yanvar ayının 24-də Neft Daşları qəsəbəsindəki “Neft Daşları” NQÇİ-nin akt zalında Pirallahı rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş və Pirallahı rayonunun İcra Hakimiyyətinin əməkdaşları, Neft Daşları adasındakı təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabatında il ərzində qəsəbədə görülmüş işlərdən söz açıldı, qarşıda duran vəzifələrin həyata keçirilməsi yolları müzakirə olundu və 2014-cü il üçün konkret tədbirlər müəyyənləşdirildi.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının Neft Daşları üzrə nümayəndəsi Tahir Qaraçobanov bildirdi ki, 2013-cü ilin yanvar ayından başlayaraq Neft Daşları Mənzil Kommunal Təsərüffatı işçilərinin iştiraki ilə qəsəbədəki yataqxanalarda cari təmir işləri aparılmiş, ərazidə mütəmadi təmizlik işləri həyata keçirilmişdir. Qəsəbədəki Heydər Əliyev adına parkda il ərzində yaşıllıqlar bərpa edilmiş, qurumuş ağac və gül kolları dəyişdirilərək yeniləri əkilmişdir. 2013-cü ilin iyul ayında qəsəbədə yeni modul tipli elektrik stansiyası işə salınmış, yataqxana və iş yerlərinin elektrik enerjisi ilə təchizatı daha da yaxşılaşdırılmışdır. 2013-cü il ərzində narkotik maddələrin və spirtli içkilərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin gücləndirilməsi məqsədilə nümayəndəliyin əməkdaşları sahə müvəkilləri ilə birlikdə mütəmadi reydlər keçirmiş və yoxlamalar aparmışlar. 2013-cü il ərzində Pirallahı RİH-dən və digər dövlət orqanlarından daxil olmuş məktub, sərəncam, əmr və sorğuların icrası vaxında təmin edilmişdir. Tahir Qaraçobanov görülən işlərdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və “Neft Daşları” NQÇİ-nin rəhbərliyinin göstərdiyi köməyi xüsusi vurğulamışdır.
Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Baş məsləhətçisi Manaf Manafov respublikamızda gedən qenişmiqyaslı islahatlardan söz açdı. Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənabları tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, yeni yaradılmış Pirallahı rayonunda görülən işlər və həyata keçirilmiş sosial yönümlü layihələr barədə geniş məlumat verdi. “Neft Daşları” NQÇİ-nin rəisi Qoçalı Mahmudov, “Neft Daşları” NQÇİ-nin sosial məsələlər üzrə rəis müavini Zeynal Abdullayev, operator Fuad Cəfərov hesabata münasibət bildirdilər. Toplantı iştirakçılarının yekdil qərarı ilə Pirallahı rayon İcra Hakimiyyəti başçısının Neft Daşları qəsəbəsindəki nümayəndəliyinin 2013-cü ildə gördüyü işlər, hesabat nəzərə alınaraq, qənaətbəxş hesab olundu.