Şriftin ölçüsü :

Saytın rəngi :

“17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib

17 iyun 2026 | 14:56
     17 iyun 2026-cı il tarixində “Pirallahı Tibb Mərkəzi” PHŞ-də “Tibb İşçilərinin Peşə Bayramı Günü” münasibətilə tədbir keçirilib.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Zülfiyyə Məmmədhüseynova, “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin direktoru Şöhrət Söyziyev, həmçinin Pirallahı Tibb Mərkəzinin, Pirallahı Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin və Pirallahı Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının kollektiv üzvləri iştirak ediblər.
     Tədbiri giriş nitqi ilə açan Pirallahı Tibb Mərkəzinin direktoru Şöhrət Söyziyev səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib. O, tibb işçilərinin üzərinə düşən məsuliyyətin böyük olduğunu vurğulayaraq, onların əhalinin sağlamlığının qorunması naminə gecə-gündüz fədakarlıqla çalışdıqlarını, göstərdikləri əzm və zəhmətin hər zaman yüksək qiymətləndirildiyini bildirib. Tədbirdə tibb işçilərinin cəmiyyətin sağlamlığının qorunmasında oynadıqları mühüm roldan, peşəkarlıqlarından və insan həyatının xilası naminə həyata keçirdikləri xidmətlərdən bəhs olunub.
     Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Zülfiyyə Məmmədhüseynova çıxış edərək səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edib, onların cəmiyyət üçün əvəzsiz xidmətlərindən danışıb. O qeyd edib ki, səhiyyə sahəsində çalışan insanlar daim böyük hörmət və ehtiramla qarşılanır, insan sağlamlığının qorunması və inkişafı istiqamətində gördükləri işlər dövlət tərəfindən yüksək qiymətləndirilir.
     Çıxışdan sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanovun təbrik məktubu “Pirallahı Tibb Mərkəzi” PHŞ-nin rəhbərliyinə təqdim olunub.
     Tədbirin sonunda Pirallahı Tibb Mərkəzinin Həmkarlar İttifaqı Komitəsi tərəfindən səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi fəxri fərman və təşəkkürnamələrlə təltif olunub.
     Tədbir xatirə şəklinin çəkilməsi ilə başa çatıb.
Keçidlər