Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətində müşavirə keçirilmişdir

01 fevral 2014 | 11:00
 Yanvar ayının 30-də Pirallahı rayon Icra Hakimiyyətində “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda müşavirə keçirilmişdir. Tədbirin keçirilməsində əsas məqsəd dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı maarifləndirilməsi olmuşdur.
 Müşavirədə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-İqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vəzir Səfixanov qeyd etdi ki, dövlət orqanlarında çalışanlar öz davranışları, fərdi keyfiyyətləri ilə cəmiyyət üçün nümunə olmalıdırlar. Xatırladı ki, dövlət orqanlarında şəffafliğı artırmaq və korrupsiya hallarını aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
  Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin məsul işçısı Mahir Qarayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində iqtisadiyyatın inkişafı üçün əlverişli şəraitin yaradılması, dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinin qanuniliyinin, şəffaflığının və səmərəliliyinin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür və xatırlatdı ki, hər bir dövlət qulluqçusu peşəkarlığı ilə seçilməli, qanunları bilməli və mənəviyyatca zəngin olmalıdır.
   Müşavirədə həmçinin dövlət qulluqçularının etik davranış normaları ətraflı müzakirə olundu.
Keçidlər