Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda koronavirus (COVİD-19) infeksiyasının qarşısının alınması məqsədilə növbəti reyd keçirildi

02 dekabr 2020 | 11:00

Koronavirus infeksiyasının (COVİD-19) ölkəmizdə geniş yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə Pirallahı Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargah tərəfindən reydlər davamlı olaraq həyata keçirilir.
Reyd zamanı sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi, tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin və sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair təbliğat-izahat və maarifləndirmə işləri aparıldı. 
Mobil qruplar tərəfindən bundan sonra da Pirallahı rayonu ərazisində mütəmadi olaraq reydlərin keçirilməsi davam etdiriləcək.

Keçidlər