Pirallahı rayonunda Gənclər Günü qeyd edildi
03 fevral 2014 | 11:00
2014-cü il fevral ayının 1-i və 2-sində Pirallahı rayonunun idarə və təşkilatlarında, ümumtəhsil müəssisələrində ənənəvi olaraq Gənclər Günü münasibəti ilə tədbirlər keçirilmişdir. Bayram tədbirlərində Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Rayon ərazisində yerləşən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsində tədbiri açıq elan edən İdarə rəisi Daməd İmanov çıxışına fevral ayının 2-sini Gənclər Günü kimi təsdiq etmiş ulu öndər Heydər Əliyevin sözləri ilə başladı: “Bizim gələcəyimiz gənclərin əlindədir”. Bildirildi ki, Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün uğurla davam etdirilir. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü siyasətdə gənclər ön plandadır. Ölkənin aparıcı siyasi partiyası olan Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin gördüyü işlər də xüsusilə diqqəti cəlb edir. Digər çıxış edənlər də gəncləri təbrik etdilər, ölkəmizdə davam edən quruculuq işlərində fəal iştirak etməyi arzuladılar.
“Abşeronneft” NQÇİ-nin akt zalında keçirilmiş tədbirdə İdarə rəisi Şahmar Hüseynovun təbriki gənc neftçilərə çatdırıldı. Bildirildi ki, 2 fevral - Gənclər Günü bayramını gənclərə məhz ulu öndər Heydər Əliyev bəxş etmişdir. Dahi şəxsiyyət Heydər Əliyev gənclərin intellektli, savadlı, vətənpərvərlik ruhunda böyümələri üçün onlara daim diqqət və qayğı göstərmişdir. Gənclər çıxış edərək bildirmişlər ki, bu gün həmin siyasi kursu ölkə başçısı İlham Əliyev uğurla həyata keçirir. Gənclərə göstərilən diqqət və qayğı sağlam və savadlı gənc nəslin yetişməsinə xidmət edir. Tədbirdə qeyd olunmuşdur ki, son illər ölkənin ictimai-siyasi, iqtisadi və digər sahələrində gənclərin fəallığı artmışdır.
“28 May” NQÇİ, “Neft Daşları” NQÇİ, Sukanal idarəsi və rayonun digər müəssisələrində keçirilmiş tədbirlərdə fəal gənclər çıxış edərək hazırda Prezident İlham Əliyev tərəfindən gənclər siyasətinin uğurla davam etdirildiyini qeyd etmiş, dahi şəxsiyyət Heydər Əliyevin əməllərini, ideyalarını yaşatmaq üçün bütün güc və bacarıqlarını səfərbər edəcəklərini bildirmişlər.
Pirallahı rayonunun orta məktəblərində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başladı. Məktəb direktorları tədbiri acaraq çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə, gənclərin inkişafı üçün yaradılmış əlverişli şəraitə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəbin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz verdilər.
Tədbirlərə qatılmış Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları məktəblərin pedaqoji kollektivlərini və şagird kontingentini Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun adından Gənclər Günü münasibəti ilə təbrik etdilər və təhsildə uğurlar arzuladılar. Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə, gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz sevinclərini oxuduqları mahnılar, söylədikləri şerlərlə ifadə etdilər.