Pirallahı rayonu İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirildi
06 fevral 2014 | 11:00
2014-cü il fevralın 5-də Pirallahı rayonu İcra Hakimiyyəti Başçısı Aparatında vətəndaşların növbəti qəbulu keçirildi. Qəbulu Pirallahı rayonu İcra Hakimiyyətinin Başçısı Vasif İmanov aparırdı. Qəbulda rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbər nümayəndələri də iştirak edirdilər.
Qəbula gələnləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verdi.
Pirallahı sakinləri Bəşirova İlhamə, Kirimova İnarə, Şahbazov Ceyhun, Rüstəmov Azər, Qurbanov Oqtay, Nəsibov Cambula, Muxina Tatyana, Mustafayeva Səbinə, Hacıxanova İnci və başqaları, ümumilikdə 10 nəfərdən çox vətəndaş onları maraqlandıran suallarla bağlı müraciət etdilər. Suallar əsasən işlə təminat, qaz çəkilişi, istillik sistemin fəaliyyəti və digər məsələləri əhatə etmişdir. Hər bir sakini diqqətlə dinləyən İcra Başçısı rayonda böyük abadlıq işlərinin aparılacağını, yeni binaların tikiləcəyini, yeni iş yerlərinin açılacağını, sənədsiz və yöndəmsiz tikililərin aradan qaldırılacağını söylədi. Sakinlərin işlə bağlı suallarını ətraflı cavablandıran V.İmanov nəzərdə tutulan layihələrin icrasına başlandıqdan, rayonda yeni idarə və müəssisəl açılandan sonra işlə təminatda böyük irəliləyiş olacağını dedi. Eyni zamanda İcra Başçısı daha çətin vəziyyətdə olan ailələrin problemlərinə diqqətlə yanaşaraq bir neçə nəfərin 11 saylı istilik sistemlərinin istismar sahəsində, Su-kanal Departamentində və MKTB-də vakansiya olan yerlərdə işlə təmin olunması ilə bağlı tövsiyələrini verdi və qəbulda iştirak edən məsul şəxslərə səsləndirilən məsələlərin müsbət həlli istiqamətində, eyni zamanda aztəminatlı ailələrə yardım və kömək göstərilməsi ilə əlaqədar müvafiq göstərişlər verdi.