Pirallahı rayonunda 2013-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirildi
08 fevral 2014 | 11:00
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Ötən bir il ərzində qazanılan uğurlar 7 fevral 2014-cü il tarixində Pirallahı rayonu İcra Hakimiyyətində keçirilmiş 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Milli məclisin deputatı Rauf Əliyev, Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı Nüsrət Sadıqov, RİH Aparatının əməkdaşları, Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri və kollektiv üzvləri, rayon fəalları iştirak etdilər. 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov açdı. Rayon haqqında qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2013-cü ildə görülən işlər barədə İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət etdi.
Bildirildi ki, rayonun Pirallahı qəsəbəsinin baş planı hazırlanıb başa çatmaq üzrədir. Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının, o cümlədən məhkəmə və prokurorluq orqanlarının yaradılması prosesi davam edir. Hesabat döründə qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizasiyası aparılaraq tikililərin qanuna müvafiqliyi araşdırılmış, qanunsuz obyektlərin tikinti işləri dayandırılmışdır. Ayrı-ayrı idarələrin inzibati binalarının yerləşdirilməsi ilə əlaqədar “Bakıelektrikşəbəkə” və “Azərsu” ASC-lərə, MTN və DİN-nin Pirallahı rayon Şöbələrinə, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə, Gigiyena və epidemiologiya mərkəzinin yaradılması məqsədilə Səhiyyə Nazirliyinə, həmçinin yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə Sərəncam verilmişdir. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi davam edir və 2014-cü ildə başa çatdırılması planlaşdırılır.
16 sentyabr 2013-cü il tarixində Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərman nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Ötən il dekabrın 2-də Bakı Ekspo Mərkəzində təşkil edilmiş “BakuTel 2013” sərgisində nümayiş etdirilən Yüksək Texnologiyalar Parkının maketi böyük marağa səbəb olmuşdur.
Dövlət Proqramına əsasən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün inşası başa çatmaq üzrədir. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam edir. Dövlət Proqramına əsasən əsaslı təmir olunmuş 10 saylı Birləşmiş Şəhər Xəstəxanası artıq istifadəyə verilmişdir. 2013-cü ildə rayonun ilk böyük müəssisəsi - saatda 90 kubmetr gücü olan Beton zavodu tikilərək istifadəyə verilmişdir.
Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir. Pirallahı qəsəbəsində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. Yeni yaradılmış Pirallahı rayon Sukanal idarəsi tərəfindən görülmüş işlər nəticəsində sakinlər səhər və axşam qrafiklə su alırlar. Qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması nəticəsində rayon 25%-lik nəticə ilə Bakı şəhəri üzrə ən aşağı su itkisi göstəricisinə nail olmuşdur. Debitor borcların 100% yığılmasına müvəffəq olmuş Pirallahı rayon Sukanal idarəsi bu göstərici ilə də Bakı şəhəri üzrə birinci yerdədir.
Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla icra olunub. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan və antisanitariyadan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülərək məhəllə tamamilə abadlaşdırılıb. Ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 250-300 nəfərlik “Xeyir-şər” evi bütün zəruri ləvazimatlarla təchiz edilərək əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilməyə hazırlanır.
“Nümunəvi məhəllə”nin qarşısında qısa müddət ərzində şəhidlərin xatirəsinin əbədiləşdirlməsi məqsədilə “Vətən uğrunda” xatirə kompleksi ucaldılmışdır. Burada ərazi əlavə tikililərdən təmizlənmiş, kommunikasiyalar torpağın altına keçirilmiş, əraziyə bitişik iki bina təmir olunmuş, hasarlar və səkilər yenidən tikilmiş, əbədi məşəl və qranitdən postament inşa edilərək ikisi Milli Qəhrəman olmaqla 36 şəhidin qara mərmər lövhələrə həkk olunmuş şəkilləri abidə-kompleksə bərkidilmişdir. Abidənin ətrafına cavan ağaclar əkilmiş və ərazi asfaltlanmışdır.
Hal-hazırda rayonun bütün ərazisində yeni istilik xətlərinin çəkilməsi prosesi gedir. Sakinləri fasiləsiz və təhlükəsiz olaraq təbii qazla təmin etmək məqsədilə istismar müddətini başa vurmuş və korroziya nəticəsində yararsız hala düşmüş yeraltı qaz xətləri yerüstü xətlərlə əvəz edilir. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesi davam edir. S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Pirallahı qəsəbəsində xeyli sayda qəzalı vəziyyətdə olan evlərdə yaşayan sakinlərin köçürülməsi və yerləşdirilməsi üçün nəzərdə tutulmuş yeni yaşayış massivinin - “Abad Məhəllə-1”in salınması üçün bu ərazidə 3,8 ha torpaq sahəsi ayrılmışdır. Hazırda inşa olunan ilk binada betonlama işləri tamamlanır, kommunukasiya xətlərinin çəkilişinə hazırlıq gedir. Burada Çörək Fabrikinin tikintisi də davam edir.
Hesabat dövrü ərzində qəsəbənin mərkəzi hissəsində bütün zibilliklər təmizlənərək səliqəyə salınmış, digər ərazilərdə bu işlər davam etdirilir. Pirallahı qəsəbəsində 45 ədəd zibilxananın yeri betonlanaraq yeni alınmış 45 ədəd müasir tipli zibilxana artıq quraşdırılıb.
K.Rzayev küçəsinin abadlaşdırılması davam etmiş, S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən “Xeyir-şər” evləri əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir. Avtobus dayanacaqlarının qarşısında yol genişləndirilmiş, 7 ədəd yeni müasir tipli dayanacaq qurulmuş, sonuncu dayanacaqda isə dispetçer məntəqəsi inşa olunmuşdur.
Oktyabr ayında 168 №-li tam orta məktəbin əsaslı təmiri başlanmışdır. Məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi nəzərdə tutulub. Uşaqların asudə vaxtının səmərəli təşkili üçün “Uşaq əyləncə parkı”nın tikintisi başa çatdırılmış, müxtəlif attraksionlar, müasir kölgəliklər və idman meydançası qurulmuşdur. Şəhid ailələrinə, aztəminatlı və çoxuşaqlı ailələrə müxtəlif bayramlarda və əlamətdar günlərdə yardımlar göstərilmiş, bu kateqoriyadan olan insanlar daimi diqqət və qayğı ilə əhatə edilmişlər.
Magistral yol boyu ağaclar budanaraq səliqəyə salınmış, xeyli cavan küknar və şam ağacları əkilmişdir. Rayonun giriş hissəsində və S.Vurğun küçəsi boyu 500 sərv və xan çinar ağacları əkilmişdir. Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri aparılmışdır. Noyabr ayının 1-dən fəaliyyətə başlamış Pirallahı rayon yaşıllıq sahəsinin iştirakı ilə 1000-dən çox ağac, 5000-dək gül kolu əkilmişdir.
Rayonun Çilov qəsəbəsində yollara asfalt döşənmiş, adadakı idman kompleksinin tikintisi davam etdirilmiş, smart-kart tipli qaz sayğaclarının quraşdırılması başa çatdırılmış, müxtəlif diametrli 28395 m qaz xətti yenilənmişdir. Limandan qəsəbənin mərkəzinədək olan ərazidə gölməçələr qurudularaq yaşıllıqlar salınmış, il ərzində adada ümumilikdə 50 mindən çox ağac əkilmiş, bayraq meydanı qurulmuşdur. Neft Daşları qəsəbəsində meydança və yollara asfalt döşənmiş, yataqxanalar payız-qış mövsümünə hazır vəziyyətə gətirilmiş, ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ağac və gül kolları əkilmişdir. 10 iyul 2013-cü il tarixdə Neft Daşlarında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə 6 maşından ibarət 39 Meqavatt gücündə olan yeni Qaz Turbin Elektrik Stansiyasının açılışı olmuşdur. Bu stansiya Neft Daşlarını və “Günəşli” yatağını ən yüksək səviyyədə elektrik enerjisi ilə təmin etməyə əlverişli şərait yaratmışdır.
Bütövlükdə 2013-cü il ərzində Pirallahı rayonu üzrə neft hasilatı 6 mln 059 min 663 ton, qaz hasilatı isə 5 mlrd 910 mln 261 min m3 təşkil etmişdir. Dəniz neftçilərinin qəhrəman əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş, “28 May” NQÇİ-nin sex rəisi Yaşar Muradov “Şöhrət” ordeninə, özül rəisi Mirzağa Mahmudov və “Neft Daşları” NQÇİ-nin baş mexaniki Məcid Çərkəzov isə “Tərəqqi” medalına layiq görülmüşlər. Neftqazçıxarma idarələrinə dəniz nəqliyyatı xidməti göstərən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi də hesabat dövründə yüksək istehsalat göstəricilərinə nail olmuşdur. Donanmanın fəaliyyətinin əsas göstəricisi olan gəmi-saat planı 104,62% yerinə yetirilmiş, əsas xidmətlərdən əldə edilən gəlirlər tapşırığına 101,78% əməl edilmişdir.
Təqdirəlayiq haldır ki, Pirallahı rayonunda aparılan geniş quruculuq və abadlıq işləri əhalinin böyük əksəriyyəti tərəfindən rəğbətlə qarşılanır və Prezident İlham Əliyevin xalqımızın rifah halının getdikcə yüksəldilməsi məqsədilə Azərbaycanda həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qəbul edilir.
Pirallahı rayonunun yaranması ilə sakinlərin ictimai-siyasi həyatında da böyük canlanma hiss olunmağa başlamışdır. Martda Novruz Bayramından başlayaraq dekabrın sonlarında Yeni il şənliklərinədək dövlət səviyyəsində qeyd edilən bütün bayram tədbirləri yüksək səviyyədə keçirilmişdir. Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə Çilov adası, Neft Daşları və Pirallahı qəsəbələrində keçirilən “Gül Bayramı” tədbirləri telekanallarda, elektron və yazılı mətbuatda işıqlandırılmışdır. Sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş Pirallahı rayon müəllimlərinin ilk toplantısı keçirilmiş, ali məktəblərə sənəd vermiş abituriyentlərin 65%-nin tələbə adı qazandığı bildirilmişdir. Dekabrın əvvəlindən başlayaraq ümummilli liderimiz Heyər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar Pirallahı rayonunda silsilə tədbirlər keçirilmiş, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu Öndərimizin əziz xatirəsi dərin hörmət və ehtiramla anılmışdır. Ümummilli Liderimizin vəfatının 10-cu ildönümü ilə əlaqədar rayonun sakinləri üçün Pirallahıda 300, Çilovda 150 və Neft Daşlarında 500 nəfərlik ehsan süfrələri açılmış, ulu öndər Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.
Bildirilmişdir ki, rayon ərazisində qeydiyyatdan keçən qaçqın və məcburi köçkün soydaşlarımızın rastlaşdığı problemlərin həlli daim rayon icra hakimiyyətinin diqqət mərkəzində olmuşdur.
2013-cü ili uğurla başa vurmuş Pirallahı RİH-in qarşısında 2014-cü ildə də mühüm vəzifələr durur. Artıq Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı təsdiq edilmişdir. Bu proqramda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də öz əksini tapmışdır. Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının tikintisi, bir uşaq bağçasının əsaslı təmiri, iki bağçanın sökülərək yenidən qurulması, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, musiqi məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuş, Gənclər evinin tikintisi də planlaşdırılmışdır. Eyni zamanda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, əhalinin 24 saat fasiləsiz su ilə təmin olunması, Pirallahı qəsəbəsində müasir çörək istehsalı zavodunun və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi nəzərdə tutulur. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması üçün danışıqlar aparılır.
Hesabat ətrafında çıxış edən Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Milli məclisin deputatı Rauf Əliyev, “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, 10 saylı BŞX-nın baş həkimi Ələddin Muxtarov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2013-cü ildə Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. “Pirallahı rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair” qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsə qoyularaq yekdilliklə qəbul edildi. Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciət də yekdilliklə qəbul olundu.
Sonda bir qrup sakinə əməkdə və rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə Pirallahı rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edildi.