Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda aparılan quruculuq və abadlıq işlərinin həcmi 2014-cü ildə daha da genişləndiriləcək

12 fevral 2014 | 11:00
 Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda həyata keçirilən uğurlu genişmiqyaslı islahatların nəticəsidir ki, bütün bölgələrin sosial-iqtisadi inkişafı son bir neçə il ərzində daha da sürətləndirilib. Yeni müəssisələrin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat və kommunal infrastrukturun inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən, yeni təhsil, səhiyyə, idman müəssisələrinin inşası ölkəmizin dinamik inkişafına, xalqımızın maddi rifahının və həyat səviyyəsinin xeyli yüksəlməsinin əsasını təşkil edir.
 Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramlarının (“Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”nın və “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın) icrası nəticəsində Bakının qəsəbə və kəndlərində uğurlu infrastruktur layihələri həyata keçirilmiş, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almış, əhalinin həyat səviyyəsi daha da yüksəlmişdir.
17 Yanvar 2014-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
 Məlum oıduğu kimi qəbul edilmiş dövlət proqramına əsasən paytaxtımızın bütün rayonlarında, o cümlədən yeni yaranmış Pirallahı rayonunda da bir sıra tədbirlər görulməsi planlaşdırılır.
Rayonda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi planlaşdırılır.
 Dövlət Proqramına uyğun olaraq Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının yaradılması üzrə müvafiq tədbirlərin həyata keçirilməsi, Rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, Abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı zavodunun və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi, Pirallahı qəsəbəsində 168 N-li tam orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, Pirallahı qəsəbəsində 235 N-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, Gürgan qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində yeni binanın tikintisi, Pirallahı qəsəbəsində “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçasının tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, Rayon ərazisində idman meydançalarının yaradılması, Pirallahı qəsəbəsində Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri, Qala - Pirallahı avtomobil yolunun tikintisinin davam etdirilməsi, Pirallahı adasını sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulub.
 Rayonun Pirallahı qəsəbəsinin baş planı hazırlanıb başa çatmaq üzrədir. Baş plana əsasən qəsəbənin mərkəzində İnzibati Mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Burada artıq müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, inşa ediləcək Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisi üçün layihə hazırlanaraq əlaqədar təşkilatların təsdiqinə göndərilmiş, ərazidə geoloji tədqiqat işləri aparılmışdır. Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin inzibati binasının layihəsinin hazırlanması işləri başa çatdırılıb.
 Baş plana uyğun olaraq ayrı-ayrı idarələrin inzibati binalarının yerləşdirilməsi ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC-yə, “Azərsu” ASC-yə, MTN-nin və Daxili İşlər Nazirliyinin Pirallahı rayon Şöbələrinə, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə, Gigiyena və epidemiologiya mərkəzinin yaradılması məqsədilə Səhiyyə Nazirliyinə, həmçinin yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə Sərəncam verilmişdir. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi davam edir və 2014-cü ildə başa çatdırılması planlaşdırılır. Köhnə Helikopter meydançasının əvəzinə yeni meydançanın tikintisi üçün isə 6 ha torpaq sahəsi ayrılmışdır. Eləcə də məcburi köçkünlərin məskunlaşdırılması üçün iki sahədə hər biri 3 ha olmaqla ərazi ayrılmışdır.
Keçidlər