Pirallahı rayonunda əhalinin tibbi müayinəsinə başlanıb
19 fevral 2014 | 11:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu ilin fevral ayının 17-dən Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prossesinə start verilib. Tapşırığın icrası ilə bağlı Pirallahı Rayon İcra Hakimiyyətində operativ tədbirlər görülüb. Belə ki, bir neçə gün bundan əvvəl rayon rəhbərliyi idarə, təşkilat, səhiyyə müəssisələri rəhbərlərinin və rayon fəallarının iştirakı ilə müşavirə keçirilib. Müşavirədə səhiyyə müəssisələrinin rəhbərlərinə müəssisələrdə tibbi avadanlıqların işlək vəziyyətdə olması, tibbi heyətin hazırlığı barədə tapşırıq verilmişdir. Müşavirədən sonra rayon icra hakimiyyəti başçısının sərəncamı ilə yaradılan komissiya tapşırıqların icrası istiqamətində işlərə başlamışdır.
Pirallahı rayonunda vətəndaşların tibbi müayinədən keçirilməsi məqsədilə rayonun bütün qəsəbələri üzrə xüsusi qrafik tərtib olunmuş və bu qrafikə əsasən rayonda fəaliyyət göstərən bütün iradə, müəssisə və təşkilatlarda çalışan işçilər, həmçinin sıravi vətəndaşlar müayinə prosesinə cəlb olunurlar. Aksiya çərçivəsində Rayon üzrə ümumilikdə 18 mindən çox sakin tibbi müayinədən keçirəcək və bunun üçün xüsusi tədbirlər planı tərtib edilib. Plana əsasən 10 Saylı Birləşmiş şəhər Xəstəxanasında, eləcə də Çilov adasında yerləşən 16 saylı Birləşmiş şəhər Xəstəxanasında və Neft Daşlarında yerləşən tibb məntəqəsində müvafiq hazırlıq işləri görülmüşdür.
Fevralın 17-də səhər saatlarından başlayaraq Rayonun səhiyyə ocaqlarına axışan insanlar növbə ilə qeydiyyatdan keçir, həkimlərin qəbulunda olurlar. Rayonda əhalinin pulsuz tibbi müayinəsi davam edir.