Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın qədim yaşayış məskəni -Xocalı

21 fevral 2014 | 11:00
  Azərbaycan tarixinin qanlı səhifələrindən olan Xocalı faciəsinin 22 ildönümü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib olunmuş tədbirlər planına əsasən rayonunun bütün idarə, müəssisə və təşkilatlarında, o cümlədən orta ümumtəhsil məktəblərində silsilə tədbirlər -müsabiqələr, seminarlar və anım mərasimləri keçirilir.
  19 fevral 2014-cü il tarixdə Pirallahı rayonunun  186 saylı tam orta məktəbində 7-8 sinif şagirdlərinin iştirakı ilə “Azərbaycanın qədim yaşayış məskəni Xocalı” adlı seminar keçirildi.
  Seminarda rayon İcra Hakimiyyətinin məsul əməkldaşları, məktəbin tərbiyə işləri üzrə direktor müavini, Xocalı rayonundan məcburi köçkün düşmüş, həmin dəhşətli faciədə əzizlərini itirmiş Həcər Ramazanova iştirak etdilər.
 Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı, ardınca Xocalı faciəsi qurbanlarının, bütövlükdə Qarabağ münaqışəsi zamanı şəhid olmuş qəhrəman oğul və qızlarımızın əziz xatrisi bir dəqiqəlik sükutla yad edildi.
  H.Ramazanova tədbir iştirakçılarına qədim yaşayış məskəni olan Xocalının tarixindən ətraflı bəhs etdi, tarixi şəxsiyətlərindən söz açdı. O, həmçinin hadisələrin canlı şahidi kimi Xocalıda törədilən erməni vəhşiliklərindən, günahsız, dinc xocalılara  qarşı törədilən cinayətlərdən danışdı və bu faciədə bir çox yaxınlarını itirdiyini bildirdi.
  Sonda gənclərə bu qanlı faciəni unutmamaq, gələcək nəsillərə və bütün dünyaya bəyan etmək  məqsədilə Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi.
Keçidlər