Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəblərində ənənəvi tədris qismən bərpa olunub

02 fevral 2021 | 11:00

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı əlavə tədbirlər barədə”  22 yanvar 2021-ci il tarixli Qərarına əsasən 2021-ci ilin fevral ayının 1-dən etibarən  təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olunub. Bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin 2020-ci il 10 sentyabr tarixli 332 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilib.
İbtidai siniflər üzrə əyani tədris Bakı, Sumqayıt və Abşeronda həftədə 3 dəfə, digər bölgələrdə isə həftədə 3-5 dəfə olmaqla bərpa edilib. İbtidai siniflər üzrə 628 min 651 şagird, məktəbəhazırlıq qruplarında 103 min 604 uşaq əyani olaraq dərslərə başlayıb. Həmçinin 50 bölgədə fəaliyyət göstərən 500 icma əsaslı məktəbəqədər təhsil qruplarında 9 min 207 uşaq üçün ənənəvi tədris bərpa olunub.
Respublikanın bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da fevralın 1-dən ənənəvi tədris qismən bərpa olunub. Pirallahı rayonunda 7  tam orta ümumtəhsil məktəbi fəaliyyət göstərir. Bu məktəblərdə ümumilikdə  2900-dən çox şagird təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 241 müəllim məşğul olur. Qeyd edək ki, Pirallahı rayonunun ümumi təhsil müəssisələrində tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işləri və bütün qabaqlayıcı tədbirlər keçirilib. Məktəb binasına daxil olarkən həm müəllimlərin, həm də şagirdlərin hərarəti ölçülür, tibbi maskalardan istifadə olunur, sosial məsafə gözlənilir.

 

Keçidlər