Azərbaycan vətəndaşının sağlamlığı dövlətin diqqət mərkəzindədir
03 fevral 2021 | 11:00
1993-cü ildə ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə, o cümlədən, elm və təhsildə, mədəniyyət və incəsənətdə, səhiyyədə coşqun tərəqqi dövrü başlandı. Respublikamızın səhiyyə quruculuğunda qarşıya qoyduğu tədbirlər kompleksinə səhiyyə-sağlamlıq ocaqlarının abadlaşdırılması və yenilərinin tikintisi, əhalinin kütləvi şəkildə dispanser qeydiyyatından keçirilməsi, tibbi profilli elmi-tədqiqat institutları, elmi-tədqiqat laboratoriyaları, respublika tibb işçilərinin nəzəri-təcrübi nailiyyətlərinin səmərəliliyini təmin edilməsi əsas yer tuturdu.
Səhiyyə sisteminin inkişafının əsas məqsədi insanların sağlamlığının qorunmasıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindəki çıxışında Azərbaycan vətəndaşlarının sağlamlığının dövlətin diqqət mərkəzində olduğunu vurğulayaraq qeyd etmişdir ki, “Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni binasının inşa olunması faktı ölkəmizdə insanların sağlamlığına ayrılan xüsusi diqqətinin növbəti sübutudur”. Bəli, həqiqətən də ölkəmizdə səhiyyə infrastrukturu dayanmadan inkişaf edir. Bütün bölgələrimizi əhatə etməklə son 17 ildə ölkəmizdə 750-dən çox xəstəxananın ya yenidən tikilməsi, ya da ki, əsaslı şəkildə təmir edilməsi sübut edir ki, səhiyyə sisteminin xəstəxana və tibb müəssisələri fondu ən yüksək standartlara cavab verir. Ölkəmizdə aparılan sosial yönümlü təşəbbüslərin səhiyyə sistemini əhatə etməsinin nəticəsində Azərbaycan tədricən icbari tibbi sığorta sisteminə keçir. Pilot layihələrin ilkin icrası müsbət nəticələr göstərir.
Yeni açılan xəstəxanadakı çıxışı zamanı ölkə başçısı vurğulamışdır ki, keyfiyyətli xidmətlərin göstərilməsi səhiyyənin qarşısında duran ən önəmli vəzifədir. Səhiyyə sisteminin inkişafı pandemiya ilə mübarizədə özünü büruzə verdi. Peşəkar təşkilatlanma və görülmüş qabaqlayıcı tədbirlər nəticəsində Azərbaycanda pandemiyanın daha böyük fəsadlarının qarşısı alındı. Azərbaycan vəziyyəti bütün dövrlərdə, yəni, bir il ərzində nəzarətdə saxlamağa bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların və modul tipli xəstəxanaların ölkəyə gətirilməsi öz sözünü dedi. 13 modul tipli xəstəxana ilə yanaşı pandemiya dövründə laboratoriyalaın sayı 8-dən 42-ə çatdı.
Görülmüş işlər nəticəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil oldu. Beynəlxalq təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirdilər. İlk günlərdən etibarən Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə təmaslar quraraq bu sahədə maksimum səmərəli iş aparmaq üçün çalışıb. Azərbaycan pandemiya dövründə də öz “məsuliyyətli ölkə” statusunun qorunmasına müvəffəq oldu. Bu dövr ərzində Azərbaycan 30-dan çox ölkəyə maliyyə və humanitar yardım göstərib, eyni zamanda, beynəlxalq təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində könüllü ianə verib. Ölkənin beynəlxalq təşəbbüsləri pandemiya dövründə də davam edir. Beynəlxalq müstəvidə Zirvə görüşlərinin keçirilməsinin də təşəbbüskarı olan Azərbaycan, həm Türk Şurasının, həm Qoşulmama Hərəkatının iki Zirvə görüşünü COVID-19-a həsr etmişdir.
Əhalinin vaksinasiyasının ədalətli şəkildə təşkil olunmasını qeyd edən Prezident İlham Əliyev vurğuladı ki, Azərbaycandan fərqli olaraq vaksinasiya Avropada, hətta müttəfiqlər arasında münasibətlərdə ziddiyyətlərə səbəb oldu: “Azərbaycan Cənubi Qafqazda vaksinasiya işlərinə start verən ilk ölkədir. Azərbaycan pandemiyanın ilk günlərindən işlərini düzgün qurmuşdur, bütün lazımi addımlar atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar qurulmuşdur. Azərbaycan artıq 4 milyon doz vaksin sifariş edib və onların ölkəmizə gətirilməsi təmin edilib. Yanvarın 18-dən başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır.
Təəssüflər olsun ki, bəzi dövlətlər süni şəkildə vaksin defisiti yaradırlar. Kanada 154 milyon əhali üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu ölkə, bu ölkənin hökuməti, Vətən müharibəsi zamanı sırf ermənipərəst mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi, Azərbaycanın haqq işinə kölgə salmaq istəyirdi və hətta “Bayraktar” pilotsuz uçuş aparatlarının kameralarının Türkiyəyə ixrac edilməsi ilə bağlı əsassız embarqo qoymuşdu. Həmin bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38 milyondur. Yəni, əhalisinin sayından dörd dəfə çox. Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik edən ölkə kimi buna səssiz qalmayacağını bildirən ölkə başçısı bu imkandan istifadə edərək Qoşulmama Hərəkatının üzvlərinə də çağırış edərək bu məsələni beynəlxalq kürsülərdə, BMT kürsüsündə qaldıracağını, Ümumdünya Səhiyyə Təşkilatına, şirkətlərə, zəngin ölkələrə müraciət etməklə, bu ölkələr neqativ praktikadan əl çəkəcəyinə nail olacağını vurğuladı: “Bu, ədalətsizlikdir. Buna göz yummaq olmaz. Bunun üstünü örtmək olmaz. Bu barədə Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat, Qoşulmama Hərəkatının lideri kimi, öz sözünü deyəcək”.
Çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsinə toxunaraq qeyd etdi ki, dünya ictimaiyyəti Vətən müharibəsi zamanı bir daha erməni vandalizminə şahidlik etdi: “Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Rayonlar dağıdılmış, viran qoyulmuşdur. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Ağdam şəhəri tamamilə dağıdılıb”.
Beynəlxalq təşkilatlarıno bölgələrdəki nümayəndələrinin bunun üstünü örtdüyünü bildirən ölkə başçısı bu talançılığın, vəhşiliyin bütün dünyanın diqqətini cəlb etməli olduğunun vacibliyini qeyd etdi: “Məhz buna görə biz oraya jurnalistləri, diplomatik korpusun nümayəndələrini dəvət edirik. Daha da böyük sayda dəvət etməliyik ki, hər kəs görsün. Biz təkcə öz ərazi bütövlüyümüzü bərpa etməmişik, biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini məhv etmişik. Biz bölgəmizi faşist ideologiyasından tam xilas etməsək də, onun böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz bölgə üçün, dünya üçün çox böyük əhəmiyyət daşıyır”.
Evlər, yaşayış məskənləri tamamilə vəhşicəsinə dağıdılmaqla yanaşı, təbii sərvətlərimizi qarət edən düşmənmaddi-mənəvi, tarixi dəyərlərimizi də məhv etməklə azərbaycanlıların o torpaqlara qayıtmamaq istəməməsi arzusunun səhv olduğunu qeyd edən Prezident İlham Əliyev müasir dünyanın ikinci belə vəhşilik görmədiyini vurğuladı: “Əliyalın insanları yandırıblar, öldürüblər, uşaqları yandırıblar. Bütün binaları, məscidlərimizi dağıdıblar. Erməni faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur, ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv etdik. İllər keçdikcə bu tarixi xidmətlər dünya tərəfindən daha da dolğun şəkildə dərk ediləcək. O cümlədən erməni xalqı vaxt keçəcək, bizə minnətdar olacaq ki, onları bu bəladan xilas etmək istədik”.
İşğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinə toxunan prezident İlham Əliyev bu işlərin planlı şəkildə aparılacağını qeyd etdi: “Azad edilmiş torpaqların bərpası ilə bağlı bir çox önəmli qərarlar qəbul edilib, qərargah yaradılıb. Qərargaha Prezident Administrasiyasının rəhbəri rəhbərlik edir”.
Sözsüz ki, görülən işlərin ardıcıllığı barədə Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə deyib. İlk növbədə, keçmiş köçkünlər, nə vaxt qayıda bilərlər o torpaqlara. Minalardan təmizləmə böyük bir prosesdir. Ermənilər mina sahələrinin xəritələrini vermirlər. Ona görə indi partlayışlar da tez-tez olur. İndi Minatəmizləmə Agentliyini yenidən formalaşdırılır və onun fəaliyyəti daha səmərəli olacaq. Ancaq bu, müəyyən vaxt aparacaq. Mina təmizləməklə əlaqədar işlər əlbəttə ki, başa çatmalıdır. Ondan sonra ziyanın qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik”.
Görüləcək işlərə gəldikdə böyük infrastruktur layihələrin icra ediləcəyinin vacibliyini qeyd edən ölkə başçısı ilk növbdə bunu orada yaşayacaq insanların rahatlığı ilə əlaqələndirdi: “İnfrastruktur olmasa, orada insan necə yaşayacaq? Su yox, işıq yox, yol yoxdursa necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Artıq qurumlar işləyirlər, bütün şəhərlərin baş planları hazırlanır, özü də elə-belə yox - “ağıllı şəhər” konsepsiyası, “ağıllı kənd” konsepsiyası. Bu, zaman tələb edir. Eyni zamanda, hər şey planlı şəkildə olmalıdır”
Ölkəmizin mədəniyyət paytaxtı elan etdiyi Şuşanın abadlıq-quruculuq işlərində məmur özbaşınalığına yol verilməyəcəyini kəskin şəkildə vurğulayan Prezident İlham Əliyev – “Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Şuşa planlı şəkildə yenidən qurulacaq”.
Bir çox qurumların, şirkətlərin, məmurların şəxsi mənafe baxımından Şuşada müəyyən layihələr həyata keçirmək istəklərinə rədd cavabı verən ölkə başçısı qeyd etdi ki, Şuşa məmurlar paytaxtı deyil, mədəniyyət paytaxtı elan edilib: “Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidmətinin təklifinə Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Şuşada sərhəd var? Deyin Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Bəs nə zastava yaradırsan? İndi o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar”.
Şuşada ancaq və ancaq tarixi binaların bərpa ediləcəyini qeyd edən Prezident İlham Əliyev, bu işlərin planlı şəkildə mütəxəssislər, memarlar, tarixçilər tərəfindən həyata keçirilməsində yerli əhalinin də öz rəyini bildirməsinin vurğuladı: “Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Buna nail olacağıq. İstəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 fevral tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindəki çıxışında dediyi sözlər, toxunduğu məsələlər Azərbaycan xalqının maraqlarının dövlətin qarşıya qoyduğu prioritet məsələ olduğu, ölkədə aparılan islahatların məmur özbaşınalığının qarşısının alınmasına yönəldilməsini bir daha sübut etdi. Hər bir Azərbaycan vətəndaşı əmindir ki, ilk dəfə Prezident seçildiyi gündən bu günədək verdiyi bütün vədlərə sadiq qalaraq, hər zaman xalqın, vətəndaşın rifah halının yaxşılaşdırılması barədə düşünməklə etibar, inam, xalq sevgisi qazanan ölkə başçısı bundan sonrakı dövrlərdə atacağı addımlarla bu sevgini daha da artıracaq.

Müslümov Loğman Sultanməcid oğlu
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müavini (dini qurumlarla işin təşkilatçısı)