Görülmüş işlər sayəsində pandemiya ilə mübarizədə “Azərbaycan modeli” ifadəsi beynəlxalq münasibətlərinin siyasi gündəminə daxil oldu
04 fevral 2021 | 11:00
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın tarixində, bugünkü mövcudluğunda, ictimai–siyasi həyatının müxtəlif sahələrindəki rolunu hər sahənin mütəxəssisləri geniş təhlil edirlər. Maraqlıdır ki, onların hər biri hesab edir ki, ulu öndərin ən çox əhəmiyyət verdiyi, diqqət yetirdiyi, inkişafına təkan verdiyi məhz həmin sahə olub. Müvafiq olaraq tibb işçilərinin də fikrincə, Heydər Əliyev üçün ən vacib sahə məhz insanların sağlamlığı, səhiyyənin və tibb elminin inkişafı, savadlı, bilikli, əsl peşəkar həkim kadrlarının hazırlanması olub.
Ümummilli lider hələ Azərbaycana rəhbərliyə gəlməmişdən xeyli əvvəl onun dəyərlər sistemində insanların səhhəti millətin sağlam gələcəyini şərtləndirən amil kimi əsas yerlərdən birini tuturdu. Səhiyyə məsələləri ilə bağlı söhbətlər, müzakirələr, qayğılar, düşüncələr ulu öndərin gündəlik həyatının bir parçasına çevrilmişdi. Səhiyyənin ağrılı problemləri, zəif nöqtələri ilə yaxından tanışlığı sonralar Heydər Əliyevin vəziyyəti düzgün təhlil etməkdə və situasiyanı kökündən dəyişmək üçün doğru qərarlar qəbul etməkdə köməklik göstərmişdi.
Heydər Əliyevin hakimiyyəti dövrüncə Azərbaycanda səhiyyə sahəsində bir sıra beynəlxalq elmi konfranslar, konqreslər və qurultaylar keçirilmiş, ulu öndərin xüsusi tövsiyələri ilə dünya səhiyyə elminin nailiyyətləri Azərbaycan səhiyyəsinə tətbiq edilmişdi.2003-cü ilin oktyabrından sonra isə ölkədə daha genişmiqyaslı
sosial siyasətin həyata keçirilməsi səhiyyənin növbəti mərhələdə inkişaf etdirilməsinə və əhalinin sağlamlığının qorunmasına zəmin yaratmışdı. Səhiyyəyə dövlət büdcəsindən ayrılan vəsait ildən-ilə artırılmış, sahənin islahatları daha da dərinləşdirilmişdir. Bu gün də bu siyasət dayanmadan davam etdirilir. Belə ki, son 17 il ərzində Azərbaycanın bütün bölgələrində 750-dən çox xəstəxana yenidən tikilmiş, yaxud əsaslı təmir edilmişdir. Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən tikilib istifadəyə verilən, yenidən qurulan tibb ocaqları Azərbaycan səhiyyəsinin inkişafının bu gün ən yüksək səviyyədə davam etdiyini göstərir.
Prezident İlham Əliyevin 1 fevral tarixində Abşeron Rayon Mərkəzi Xəstəxanasının yeni inşa edilən binasının açılış mərasimindəki çıxışında bildirdi ki, yeni tikilmiş xəstəxanalar dövlətin səhiyyə sahəsindəki fəaliyyətini əks etdirir. Son illərdə bir çox xəstəxanalar tikilib və onların da müəyyən standartları var, həm memarlıq baxımından, həm də avadanlıqlarla təchizat baxımından. Bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi xidmət göstəriləcək. Çünki bütün müasir avadanlıqlar burada quraşdırılıb. Xəstəxananın inşası onu göstərir ki, bu sahədəki fəaliyyət ardıcıl şəkildə davam etdirilir.
2020-ci ildə bütün dünyanı bürümüş COVID-19 pandemiyası ölkəmizdən də yan keçmədi. Bugün pandemiyanın təsir etmədiyi bir ölkə belə qalmayıb. Hətta iqtisadi bxımdan ən güclü kimi qiymətləndirilən ölkələr belə pandemiya qarşısında aciz qalıb. Ölkəmizdə is pandemiya ilə mübarizəni müsbət qiymətləndirmək olar. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən etibarən qabaqlayıcı tədbirlər görür. Görülən tədbirlərlə, Azərbaycan vəziyyəti nəzarətdə saxlamağı bacardı. Burada əlbəttə ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi də xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi min test keçirilə bilərdi. Hazırda laboratoriyaların sayı 42-dir və 20 min test keçirilə bilər. Qeyd edək ki, bütövlükdə 2 milyon 400 min test keçirilib. Eyni zamanda, pandemiya dövründə modul tipli xəstəxanaların inşasına başlandı. Artıq bu, xəstəxanaların sayı 13-ə qədər çatdırılmışdır.
Xüsusi olaraq vurğulamaq istərdim ki, beynəlxalq təşkilatlar Azərbaycanın bu sahədə fəaliyyətini yüksək qiymətləndirirlər. Bu gün Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan modeli” haqqında danışır, Azərbaycanı nümunəvi ölkə kimi təqdim edir və görülən işlərə yüksək qiymət verir. Dünyanın aparıcı rəy sorğusu şirkəti olan “Gallup” da Azərbaycan vətəndaşları arasında təhlil-rəy sorğusu aparıb. Nəticə isə gözləniləndir. Vətəndaşların 86 faizi dövlətin bu sahədəki fəaliyyətini yüksək qiymətləndirir və bu göstəriciyə görə Azərbaycan dünyada 4-cü yerdədir.
Bütün dünyanın diqqətini pandemiya ilə mübarizəyə yönəltdiyi bir vaxtda, Azərbaycan eyni zamanda, başqa bir cəbhədə də müharibə aparırdı. Belə ki, ölkəmiz Ermənistanın təxribatlarına son qoymaq üçün Vətən Müharibəsi aparırdı. 44 gün davam edən Vətən Müharibəsi Azərbaycanın qeyd-şərtsiz qələbəsi ilə yekunlaşdı. Müharibədən sonra bizim onsuzda bildiyimiz reallığı, dünya ictimaiyyəti də gördü. Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb, Qarabağı viran qoyub. Belə ki, işğal dövründə rayonlarımız dağıdılmış, viran qoyulmuşdur. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan bizim torpaqlarımızı zəbt edərək, işğal edərək bütün infrastrukturu dağıdıb. Ağdam şəhəri tamamilə dağıdılıb. Füzuli şəhərində bir dənə də bina yoxdur, Qubadlı və Zəngilanda sadəcə olaraq bir neçə ev qalıbdır, özü də yarıdağılmış vəziyyətdə.
Əlbəttə ki, bir çoxları bu reallıqları bilirdi ancaq beynəlxalq təşkilatların o bölgələrdə olan nümayəndələri bunun üstünü örtürdülər. Bu talançılıq, bu vəhşilik, bu düşmənçilik bütün dünyanın diqqətini cəlb etməlidir. Məhz buna görə həmin bölgələrə jurnalistlər, diplomatik korpusun nümayəndələri dəvət edilmişdir.
Onu da qeyd edək ki, hazırda ölkəmiz üçün qarşıda ən vacib məsələ azad edilmiş torpaqların bərpa edilməsidir. Ölkə başçısı bunu dəfələrlə çıxışlarında, müsahibələrində vurğulamışdır. Ötən gün Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına müsahibəsində də bir daha bunun şahidi olduq. Azad edilmiş ərazilərdə görülən bütün bərpa işləri dövlətimizin başçısının nəzarətindədir. Prezident İlham Əliyev müsahibəsində işğaldan azad olunmuş ərazilərə qayıdışdan əvvəl görüləcək işlərin ardıcıllığını da göstərdi. Qeyd etdi ki, birinci iş minalardan təmizləmə işidir. Bu, böyük bir prosesdir, ona görə də müəyyən vaxt aparacaq. Mina təmizləməklə bağlı işlər başa çatandan sonrakı iş işğal nəticəsində dəymiş ziyanın qiymətləndirilməsidir. Əgər biz ziyanın qiymətləndirilməsini etməsək, sabah təzminat davasında da uğur qazana bilmərik. Ona görə də, ilk növbədə, yerli qurumlar dağıdılmış bütün evlərin pasportlaşdırılmasını aparmalıdır. Sonra isə infrastruktur layihələri icra edilməlidir. Qurumlar bu istiqamətdə işləyirlər, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında bütün şəhərlərin baş planları hazırlanır. Həmçinin sosial obyektlər tikilməlidir. Evlərin tikintisi ilə paralel olaraq sosial obyektlər inşa olunmalıdır.
Dövlətimizin başçısı azad edilmiş ərazilərdə, xüsusilə Şuşa şəhərində filial, nümayəndəlik açmaq istəyən bəzi məmurlara da öz yerlərini göstərdi. “Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar”, - deyən Azərbaycan Prezidenti Şuşanı məmurlar paytaxtı deyil, mədəniyyət paytaxtı elan etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Ölkə rəhbərinin nəzarəti ilə həyata keçirilən bərpa strategiyasının işğaldan azad edilmiş ərazilərimizdə regionun ən inkişaf etmiş zonasına çevriləcəkdir.

Rauf Əliyev
Pirallahı rayon İcra Hakimiyyəti
yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyanın məsul katibi