Şriftin ölçüsü :

Saytın rəngi :

235 №-li tam orta məktəbdə “Uşaq hüquqlarının Pilləli Tədrisi” həyata keçirilir

22 fevral 2014 | 11:00
    Pirallahı rayonunun qocaman təhsil ocaqlarından biri olan Yavər Əliyev adına 235 №-li tam orta məktəbdə təhsilin səviyyəsinin gündən-günə yüksəldilməsi, məktəb islahatının vüsət alması, uşaqların elmi biliklərə layiqincə yiyələnməsi üçün hər cür şərait yaradılmışdır. Məktəbin şagirdləri onlara göstərilən etimadı layiqincə doğrultmaq üçün təhsilin çətin və şərəfli yolunda inamla addımlayırlar. Onlar təhsildə, idmanda və müxtəlif tədbirlərdə fərqlənməklə yanaşı rayonun ictimai həyatında, müxtəlif layihələrin reallaşmasında da fəallıq nümayiş etdirirlər.
     Fevralın 18-də Yavər Əliyev adına 235 №-li tam orta məktəbin şagirdləri Heydər Əliyev Mərkəzinə ekskursiya etmişlər. Ekskursiya zamanı məktəblilər Mərkəzdə yerləşən Heydər Əliyev Muzeyində Ulu Öndərə məxsus şəxsi əşyalarla, sənədlərlə, Ümummilli Liderin həyatını və fəaliyyətini əks etdirən digər eksponatlarla tanış olmuş, Heydər Əliyev haqqında filmə baxmışlar. Heydər Əliyev Mərkəzində “Kosmosa səyahət” guşəsi, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə aid əşyalar da məktəblilərin böyük marağına səbəb olmuşdur.
  Fevralın 19-da “Uşaq hüquqlarının Pilləli Tədrisi” proqramının icrası məqsədi ilə Pirallahı qəsəbəsində yerləşən 235 №-li tam orta məktəbdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin aparatının nümayəndələri şagirdlərlə dərslərə başlamışlar.
    İlk dərs günü məktəblilərin fəallığı Ombudsman aparatının nümayəndələrində müsbət təəssürat yaratmışdır. Şagirdlərə Uşaq hüquqlarına dair kitablar, plakatlar və digər materiallar paylanmışdır.
    Tədris proqramın əsas məqsədi məktəblilərə uşaq hüquqlarının öyrədilməsi ilə bərabər, şagirdlərin bilik və natiqlik bacarıqlarının inkişaf etdirilməsi, ictimai fəallığının artırılması, eləcə də müvafiq fənn müəllimlərinin insan hüquqları sahəsində ixtisaslaşmasıdır.  İnteraktiv şəkildə aparılan pilləli tədris prosesində əsas diqqət şagirdlərin uşaq hüquqları sahəsində bilik səviyyəsinin müəyyən edilməsinə yönəldilmişdir.
Keçidlər