“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Milli maraqlar və strateji planlamanın vəhdəti
04 fevral 2021 | 11:00
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümüdür. Milli maraqlar və strateji planlamanın vəhdəti olan bu təşəbbüs dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edir. Dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir.
Düzgün hesablanmış iqtisadi layihələr, proqramlar, iqtisadiyyatın inkişafında ölkənin, regionun coğrafi mövqeyinin qiymətləndirilməsi, xarici və daxili tələbatın düzgün hesablanması iqtisadi inkişafı şərtləndirən əsas amillərdir. 30 il müharibə şəraitində yaşayan, düşmənə havadarlıq edən dövlətlərin ölkəmizə qarşı qərəzli mövqeyinə baxmayaraq Azərbaycan iqtisadi inkişaf tempini dünyanın ən iri dövlətlərinin iqtisadi cəhətdən zəiflədiyi bir dövrdə də qoruyub saxlaya bilərək , bu artım tempinə görə dünya birliyində liderlik mövqeyi qazandı.
Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsi başlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir. Əldə olunmuş Qələbə nəticəsində regionun yeni siyasi və iqtisadi mənzərəsi formalaşıb. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir. Əldə olunan Qələbə iqtisadiyyatda yeni inkişaf perspektivləri müəyyən edib. Azərbaycanın ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. Bu səbəbdən əhalimizin Böyük Qayıdışı çərçivəsində növbəti məqsədlərə nail olunmalıdır: dayanıqlı məskunlaşma və iqtisadi fəaliyyətə reinteqrasiya.
İqtisadi tərəqqi ölkənin inkişafını və xalqın rifahını təmin edir . Dövlətin iqtisadi inkişafından qaynaqlanan yüksək maliyyə imkanları uzun illər makroiqtisadi sabitlik və artıma mühüm töhfə vermiş, təhlükəsizliyi təmini üçün güclü potensial yaratmışdır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir. Azərbaycan iqtisadiyyatda dayanıqlı inkişaf modelini tərənnüm edən ölkədir. Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər, milli və multikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır. Bu imkanlar 2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanət verir.
İqtisadiyyatımızın inkişafında milli maraqlara xüsusi önəm verilməsi yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Həyata keçirilən sosial layihələrin məqsədi insanların rifah halının yaxşılaşdırılması üçün nəzərdə tutulur. Cəmiyyət, biznes və dövlət üçlüyü Azərbaycanın inkişaf modelidir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Biz bu “üçlük” anlamının ən yüksək formada uğurunu Vətən müharibəsi dövründə xalq-ordu-dövlət üçlüyündə gördük.
Ölkə iqtisadiyyatının inkişafında vətəndaşların da münasibəti rol oynayır. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Təbii resurslardan düzgün və səmərəli istifadə, gələcək perspektivə söykənən beynəlxalq layihə və sazişlərin imzalanması, düzgün tərəfdaş seçimi iqtisadiyyatınformalaşması ilə yanaşı onun dayanıqlı artan rəqabətqabiliyyətli olması baxımından Azərbaycan dövlətinin seçimidir. Uzunmüddətli dövrə hesablanan iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. İqtisadi artımın uzunömürlü və davamlı olmasında strateji planlaşmanın da xidmətindən yararlanmaq lazımdır. İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.
İnsanların həyat səviyyəsinin yaxşılaşması üçün iqtisadiyyatda yeniliklərin tətbiqi qaçılmazdır. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır.
Təsdiq olunmuş Milli Prioritetlər iqtisadi münasibətlərdə iştirak edən bütün subyektlərinin fəaliyyətində müsbət əks olunacaqdır. İqtisadiyyatda uzunmüddətli investisiya resurslarının əsas mənbəyi olan kapital və sığorta bazarının inkişafı sürətləndirilməlidir. Dövlət şirkətlərinin kommersiya prinsipləri əsasında fəaliyyət göstərmələri üçün zəmin yaradılmalı, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla korporativ idarəetmə standartları tətbiq edilməli və gəlirlilik səviyyələrinin artırılması təmin olunmalıdır. Eyni zamanda öz müstəqilliyini qorumaq məqsədilə ölkə iqtisadiyyatı daxili və xarici təsirlərə dayanıqlığını təmin etməlidir. İqtisadiyyatın davamlı inkişafı üçün bütün sahələrin inkişafına nail olmaq lazımdır. Qeyri-neft sektorunun inkişafı, iqtisadi artımın təkcə bir sahədən deyil, paralel olaraq digər sahələri inkişaf etdirməklə uzunmüddətli və dayanıqlı iqtisadi inkişafa nail olmaq olur. Xarici valyuta ehtiyatlarının dayanıqlı səviyyədə saxlanılması üçün Dövlət Neft Fondundan transfertin dövlət büdcəsində payı tədricən azaldılmalıdır. Makroiqtisadi sabitliyin əsas meyarı olan qiymətlərin aşağı və stabil olması təmin edilməlidir. Belə bir sabitlik iqtisadiyyatda gözləntiləri yaxşılaşdırmalı, əhalinin yığımlarını dəyərsizləşmədən qorumalı və investisiyaları artırmalıdır.
Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığı ərazidən asılı olmayaraq iqtisadi imkanlara çıxışı bərabər və ədalətli olmalıdır. Bu prioritet üç məqsəd əsasında uğurla reallaşmalıdır: inkişafdan hər bir vətəndaşın bəhrələnməsi; yüksək və ədalətli sosial təminat, inklüziv cəmiyyət; paytaxt və regionların tarazlı inkişafı.
Demokratik ölkələrdə İqtisadi islahatlar vətəndaşların sosial rifahını təmin edilməsinə, həmçinin inkişafdan hər bir vətəndaş bəhrələnməsinə xidmət göstərir. Yüksək inkişaf üçün yalnız iqtisadi artım deyil, cəmiyyətin bütün üzvlərinin sosial rifahı mühüm amildir. İqtisadiyyat inkişaf etdikcə vətəndaşların sərvət və gəlirlərinin, o cümlədən əməkhaqlarının artırılaraq layiqli səviyyəsi təmin edilməlidir və İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə etməlidir. Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.
Son dövrlərdə dünya iqtisadiyyatında müşahidə olunan inqilabi texnoloji dəyişikliklər şəraitində ölkələrarası rəqabət daha da artmışdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsil, innovasiyaları təşviq edən münbit şərait və insanların sağlamlığı əsas şərtdir. Bu prioritetin uğurla reallaşdırılması üçün növbəti üç məqsədə nail olunmalıdır: XXI əsrin tələblərinə uyğun təhsilin qurulması; yaradıcı və innovativ cəmiyyətin formalaşması; vətəndaşların sağlam həyat tərzinin formalaşması. Burada təhsilin inkişafı mühüm rol oynayır. Dövlətin davamlı inkişafını şərtləndirən amillərdən biri də yüksək səviyyəli təhsil sistemidir. Azərbaycanda XXI əsrin tələblərinə uyğun olan təhsil sisteminin formalaşmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır.
İqtisadiyyatın inkişafında mühüm rol oynayan beynəlxalq əməkdaşlıq ənənələrinə Azərbaycan bundan sonra da sadiq qalacaqdır. Hazırda dünyanın üzləşdiyi böyük problemlərdən biri Avropanı etibarlı enerji mənbələri ilə təmin etməkdən ibarətdir. Azərbaycan sülh və dostluğa söykənən davranış qaydalarına, qəbul edilmiş ümumi tərəfdaşlıq prinsiplərinə sadiq qalaraq bu sahədə öz imkanlarından maksimum səmərəli istifadə etmək əzmindədir.

Loğman Müslümov
Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
müavini (dini qurumlarla işin təşkilatçısı)