İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir
Müstəqillik dövründən bu günə kimi ölkədə mövcud iqtisadi inkişafı iki əsas mərhələyə ayırmaq olar. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan iqdisadiyyatımızın inkişafına yönəlmiş layihələr, beynəlxalq sazişlərin davamlı olaraq inkişafı Azərbaycanı iqtisadi inkişaf tempinə dünyada ən qabaqcıl ölkə etdi. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması dövlətin idarəolunmasında strateji planlaşmanın təcəssümü olmaqla yanaşı dövlətin inkişafına və cəmiyyətin rifahına xidmət edən təşəbbüsdür. Risklərin azalmasına, sahələrin sürətli inkişafına, həmçinin istiqamətlər üzrə sahəvi prioritetlərin müəyyən olunmasına xidmət edən sözügedən strateji idarəetmə metodu, eyni zamanda ölkəmizin gələcək inkişaf mənzərəsini də müəyyən edir. Sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunu inamla keçərək Azərbaycan sabit, təhlükəsiz və müasir həyat səviyyəsini təmin etmiş ölkə kimi dünyada tanındı. Ölkənin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artmış, cəmiyyətdə dövlətçilik ənənələri güclənmiş, müasir sosial-iqtisadi infrastruktur quruculuğu uğurla həyata keçirilmişdir. Hər bir ölkənin siyasi və hərbi gücü onun iqtisadi gücü ilə ölçülür. 30 il müharibə şəraitində yaşamasına baxmayaraq Azərbaycan iqtisadiyyatının genişşaxəli inkişafı ordumuzun dünyanın ən müasir orduları sırasında yer almasına və diplomatik sahədəə böyük nüfuz qazanmağımıza kömək etdi. Vətən Müharibəsində əldə olunan qələbə ilə Azərbaycanda mahiyyət etibarı ilə yeni inkişaf mərhələsibaşlandı. Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcəkdir.Torpaqlarımızn işğaldan azad edilməsi nəticəsində bir çox sahələrin - kənd təsərrüfatının, xüsusilə turizm sektorunun inkişafı üçün zəmin yaratdı. Münaqişənin həlli eyni zamanda, regionun təhlükəsizliyini və kommersiya cəlbediciliyini təmin edən strateji faktordur. Sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən edilməsində rolunu və statusunu möhkəmləndirəcəkdir.
Dövlət sərhədlərini bərpa etməklə Azərbaycan xalqı son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməli, bu region ölkənin ən abad guşələrindən birinə çevrilməlidir. Müasir həyatın əsası olan layiqli yaşayışın bərpası üçün bütün sahələrdə quruculuğa nail olunmalıdır. İqtisadi tərəqqi ölkənin inkişafı ilə yanaşı sosial yönümlü islahatlatın keçirilməsinə imkanlar yaradır. Iqtisadi inkişafın ictimai münasibətlərin bütün sahələrinə sirayət etməsi vətəndaşların rifah halının yaxşılaşdırılmasının dövlətin qarşıya qoyduğu prioritet məsələ olduğunu sübut edir. İqtisadi inkişaf ölkədə sabitliyin təminatına və təhlükəsizliyin təmin olunması üçün güclü potensial yaradır. Ölkədə yaşanan siyasi sabitlik, təhlükəsizlik mühiti və davamlı iqtisadi inkişaf xalqın rifahını təmin edən əsas taleyüklü amillərdir.Uğurlu sosial-iqtisadi və siyasi nailiyyətlər,millivəmultikultural dəyərlər qarşıdakı illərdə Şərqlə Qərbin qovşağı olan Azərbaycanın qüdrətinin daha da artacağına əminlik yaradır.Bu imkanlar2030-cu ilə qədər olan mərhələdə Azərbaycanın iqtisadi suverenliyinin möhkəmləndirilməsinə və müasir həyat standartlarına əsaslanan yüksək sosial rifah cəmiyyətinə malik qüdrətli dövlətə çevrilməsinə zəmanətverir.
İqitisadiyyatın inkişafı milli maraqlara söykənəndə əldə olunan iqtisadi inkişaf və artım xalqın rifah halınıın yaxşılaşdırılması üçün imkanlar yaradır. Milli maraqlar, yeni reallıq və müasir dövr milli iqtisadiyyatımız üçün yeni strateji vəzifələri diktə edir. Milli sosial rifah səviyyəsinin davamlı artması məqsədilə yüksək, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın yeni inkişaf magistralının ideoloji nüvəsini təşkil edir. Dünya birliyinə sürətlə inteqrasiya edən Azərbaycanın iqtisadi inkişaf modelinin əsasını Cəmiyyət, biznes və dövlət üçlüyü təşkil edir. Ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsi möhkəmləndiriləcəkdir. Dövlətin iqtisadiyyatda rolunun bazaryönlü islahatlar vasitəsilə effektiv və səmərəli idarə olunması, özəl mülkiyyət institutlarının gücləndirilməsi, biznesə dost dövlət idarəetməsi və xarici bazarlara yerli məhsulların çıxışını artırmaq məqsədilə ticarət rejimlərinin daha da liberallaşdırılması iqtisadi yüksəlişin təməl amilləri olacaq. Ölkədə özəl təşəbbüslərin yaradıcı və innovativ əsaslarla inkişaf etdirilməsi iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin edəcəkdir. Düzgün aparılan iqtisadi islahatlar iqtisadiyyatın davamlı olmasının qarantıdır. Lakin burada Milli Prioritetlərin mütləq üstünlüyü də əsas şərtlərdəndir. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafında müəyyən olunmuş beş milli prioritetinin qorunması və reallaşdırılmasına xidmət etmək Azərbaycanda yaşayan hər bir şəxsin vətəndaşlıq vəzifəsidir. Təsdiq olunmuş sənəd dövlətin növbəti 5 strateji prioritetlərini müəyyən edib:
- Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat;
- Dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;
- Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;
- İşğaldan azad olunmuş ərazilərə böyük qayıdış;
- Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.
Qeyd edilən milli prioritetlər eyni zamanda Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklərin icrası istiqamətində də xüsusi əhəmiyyət kəsb edir.
Hər bir dövlər öz inkişaf xəttini özü seçir. Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması Azərbaycan dövlətinin seçimidir. Uzunmüddətli dövrdə iqtisadi artım sağlam və tarazlı olmalıdır. Belə iqtisadi artım ölkənin davamlı inkişafı üçün möhkəm zəmin yaradacaq. Bu prioritetin effektiv həyata keçirilməsi üçün iki məqsəd təmin olunmalıdır:davamlı və yüksək iqtisadiartım, habelə daxili və xarici təsirlərə dayanıqlıq.Yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi artım nəticəsində sosial layihələrin həyata keçirilməsi üçün imkanların artması vətəndaşların rifah halının yaxşılaşdırılmasına şərait yaradır. İqtisadi artım vətəndaşların həyatına təsir göstərən başlıca amillərdən biridir. İqtisadiyyatı davamlı və yüksək templərlə artırmaqla ölkədə adambaşına düşən milli gəlirin yüksək səviyyəsinə nail olunmalıdır. İqtisadi artım yüksək gəlirli iş yerləri yaratmaqla həyat səviyyəsinin ilbəil yaxşılaşmasını təmin etməlidir.Ölkənin iqtisadiyyatının davamlı olaraq inkişafı üçün iqtisadiyyatın bütün sahələrinin inkişafı zəruridir. Özəl sektorun, xüsusilə də kiçik və orta sahibkarlığın iqtisadi artımın və məşğulluğun başlıca mənbəyinə çevrilməsi üçün işgüzar mühit əhəmiyyətli dərəcədə yaxşılaşdırılmalıdır. Yeni və şəffaf özəlləşmə strategiyası həyata keçirilməlidir. Biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Yalnız şaxələnmiş iqtisadiyyat davamlı ola bilər. Sözsüz ki, iqtisadiyyatın inkişaf etmiş bir sahəsindən əldə olunan gəlirlərin iqtisadiyyatın digər sahələrinə investisiya yatırılması nəticəsində hərtərəfli iqtisadi inkişafa nail olmaq olar.Ölkə iqtisadiyyatı öz müstəqilliyini qorumaq məqsədilə daxili və xarici təsirlərə dayanıqlığını təmin etməlidir. Milli iqtisadiyyatımız qlobal iqtisadiyyatın tərkib hissəsi olduğundan, xarici mühitdən təsirlənə bilir. Bu səbəbdən uzunmüddətli dövrdə iqtisadiyyatın daxili və xarici təsirlərə dayanıqlığı gücləndirilməli, makroiqtisadi sabitlik daha da möhkəmləndirilməlidir. Davamlı və yüksək iqtisadi artım dinamik və inklüziv cəmiyyətin formalaşmasına xidmət etməli, hər bir vətəndaş öz həyatında bu inkişafı hiss etməlidir. İnsanların sosial statusundan və yaşadığıərazidənasılıolmayaraqiqtisadiimkanlaraçıxışıbərabərvəədalətliolmalıdır.Buprioritet üç məqsəd əsasında uğurla reallaşmalıdır:inkişafdan hər bir vətəndaşınbəhrələnməsi;yüksək və ədalətli sosialtəminat, inklüziv cəmiyyət;paytaxt və regionların tarazlıinkişafı.İqtisadi inkişafın xalqın rifah halının yaxşılaşdırılmasına yönəldilməsi dövlətin öz vətəndaşının həyat səviyyəsinin yüksəldilməsində maraqlı olduğunu göstərir. Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafının əsasını təşkil edən neft gəlirlərindən səmərəli istifadə olunmaqla qeyri-neft sektorunun inkişafına yönəldilməsi ilə yanaşı neft kapitalının insan amilinə çevirməsi ideyası Azərbaycan vətəndaşlarının ölkənin iqtisadi artımından yararlanması üçün şərait yaratdı. İqtisadi islahatlar cəmiyyətin bütün təbəqələrini əhatə edəcəkdir.Ölkənin bütün təbəqələri cəmiyyətin ayrılmaz hissəsidir və dövlət onların qayğısında durur. Aparılan islahatlar ölkədə yoxsulluq səviyyəsinin minimuma endirilməsi və aşağı işsizlik səviyyəsi, eləcə də yoxsul təbəqənin ehtiyaclarının qarşılanmasına yönələn ünvanlı yardımların əhatə dairəsinin genişləndirilməsi vətəndaşların sosial müdafiəsinə əlavə imkanlar yaradır.İqtisadiyyatın davamlı və sürətli inkişafı coğrafi baxımdan da önəmlidir. Regionların tarazlı inkişafı dövlətin ümumi sürətli inkişafına xidmət edir. Regionların inkişafının paytaxtın inkişaf səviyyəsinə uyğunlaşdırmaq önəmli vəzifələrdəndir. Bunun üçün regionlarda zəruri olan bütün iqtisadi və sosial infrastruktur yaradılmışdır.Regionlarda iqtisadi aktivliyin daha da artırılması üçün mövcud iş qüvvəsi və bütün resurslar tamamilə iqtisadi dövriyyəyə cəlb edilməlidir. Regionların sürətli inkişafı insanların keyfiyyətli iqtisadi imkanlara və fiziki infrastruktura çıxışı ilə müşayiət olunmalıdır.Regionların milli gəlirdə payının artırılması təmin edilməlidir.
Bir xalqı məhv etmək üçün əvvəl onun elmini, təhsilini məhv etmək lazımdır. Bir xalqın, dövlətin inkişafı üçün isə təhsilin yüksək səviyyədə olması şərtdir. Bu baxımdan təhsil sistemində aparılan islahatlar, təhsil ocaqlarının müasir standartlarına uyğun formalaşrılmasında dövlətin iqtisadi potensialının payı mütləq artırılmalıdır. Dünyada artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyutəhsil”ə xüsusi önəm verilməlidir. Güclü təhsil hesabına yüksək peşə bacarıqlarına malik insan kapitalı yaratmaq üçün ali təhsil müəssisələrinin beynəlxalq səviyyədə keyfiyyət baxımından rəqabətədavamlığıtəmin olunmalıdır.İqitisadiyyatın dayanıqlılığının təmin olunmasında ətraf mühit və " yaşıl artım" önəmli amillərdəndir. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməli, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası təşviq edilməlidir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” adlı proqramın təsdiq olunması ölkə iqtisadiyyatının növbəti on ildə inkişafını sürətləndirməklə yanaşı insanların rifah halının yaxşılaşdırılmasına xidmət edəcək.
Sailə Salahova
YAP Pirallahı Rayon Təşkilatının könüllüsü.