Bu gündən ölkə ərazisində uşaq bağçalarının fəaliyyəti bərpa olunur
15 fevral 2021 | 11:00
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən fevralın 15-dən dövlət və özəl uşaq bağçalarının fəaliyyətinə icazə verilib.
15 fevral tarixindən Pirallahı rayonunda da məktəbəqədər təhsil müəssisələrində tədris bərpa olunacaq. Bununla bağlı bütün rayon bağçalarında müvafiq hazırlıq işləri həyata keçirilib.Qeyd edək ki, rayon ərazisində 5 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Eyni zamanda, fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində əyani tədris qismən bərpa olunur.Ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə, xüsusi məktəblərdə (I-IX siniflərdə) isə həftədə 5 dəfə olmaqla əyani tədrisin təşkili nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə V-IX siniflərdə 199 694, xüsusi məktəblərdə isə 1 845 nəfər təhsil alır.
Qeyd edək ki, fevralın 1-dən ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsil bərpa olunub. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır.