Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Beynəlxalq Ana dili günü qeyd olundu

25 fevral 2014 | 11:00
  21 Fevral bütün dünyada Beynəlxalq Ana dili günü kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə fevralın 21-ni Beynəlxalq Ana dili günü elan edib. Hadisənin tarixi isə bir qədər də əvvələ gedir. 21, 22 fevral 1952-ci ildə Pakistanda benqal dilinin qadağan edilməsinə etiraz olaraq keçirilən aksiyada polis və silahlı qüvvələrin müdaxiləsi nəticəsində 4 nəfər şəhid olub. Banqladeş nümayəndələri  fevralın 21-ni məhz həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Ana dili günü adlandırılması haqqında YUNESKO-ya müraciət ediblər. YUNESKO-nun Baş Konfransının 30-cu sessiyasında 21 fevral Beynəlxalq Ana dili günü elan olunub və üzv ölkələrə bildirilib ki, həmin gün məktəblərdə, universitetlərdə Ana dilinin əhəmiyyəti ilə bağlı tədbirlər, konfranslar, seminarlar keçirilsin.
  Pirallahı rayonunda da Beynalxalq Ana dili Günü rayonun bütün ümumtəhsil məktəblərində qeyd olundu. “Beynalxalq ana dili günü” nünasibətilə “Dilimiz-mənliyimiz” adlı növbəti tədbir 21 fevral 2014-cü il tarixdə 186 sayli tam orta məktəbdə keçirildi. Rayon İcra Hakimiyyəti əməkdaşlarının da iştirak etdiyi tədbiri giriş sözü ilə açan məktəbin direktoru Arif Xankişiyev qonaqları salamladıqdan sonra, dünyanın ən qədim dillərindən sayılan dilimizdən, Beynəlxalq Ana Dili Gününün tarixindən danışdı, dilimizin zənginləşdirilməsi və inkişaf etdirilməsində ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı.
  Tədbirdə məktəbin yuxarı sinif şagirdləri  ana  dilimizi vəsf edən şeirlər, mahnılar, ədəbi-bədii kompozisiyalar təqdim etdilər.
Keçidlər