Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş onlayn konfrans keçirilib

25 fevral 2021 | 11:00
Fevralın 24-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Narkomaniya ilə mübarizə” mövzusunda videokonfrans keçirildi. Tədbirdə RİH başçısı Aparatının məsul əməkdaşları, RPŞ-nin rəis müavini polis-polkovnik-leytenantı Elman Kazımov, Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov və rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktorları və məktəbliləri iştirak etdilər.
      Pirallahı RİH başçısı Aparatının Hüquq Şöbəsinin müdiri, Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası”nın üzvü Samir Hüseynov  tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Bildirdi ki, Azərbaycan dövləti narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə aparır, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində ölkəmizdə müxtəlif işlər görür. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanları xüsusi olaraq qeyd etdi. Narkomaniya ilə mübarizə və bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş, səmərəli şəkildə aparılmasının vacibliyini vurğuladı. 
RPŞ-nin rəis müavini polis-polkovnik-leytenantı Elman Kazımov  son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, bu sahəyə cavabdeh olan dövlət orqanlarının fəallığının xeyli artığını qeyd etdi. Həmçinin, kompleks mübarizə tədbirlərinin tərkib hissəsi olaraq narkomaniya ilə mübarizə istiqamətində Pirallahı rayonunda da çoxsaylı tədbirlərin həyata  keçirildiyi vurğulandı.
        Rayon İcra Hakimiyyətinin nəzdində fəaliyyət göstərən “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası”nın katibi Arzu Abdullayev, 10 saylı BŞX-nın həkim infeksionisti Ağayeva Arzu, Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov, 231 saylı tam orta məktəbin direktor əvəzi Seymur Yusibov çıxış edərək narkomaniyanın cəmiyyətimizə, dövlətimizə və ümumilikdə bəşəriyyətə dəyəri ölçülməyəcək dərəcədə fəsadlar vurduğunu bildirdilər, belə maarifləndirmə tədbirlərinin zəruriliyini və əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
 
Keçidlər