Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Milli və dini həmrəylik Zəfərə aparan yolun başlanğıcıdır” mövzusunda videokonfrans keçirilib

12 mart 2021 | 11:00

Martın 2-də Pirallahı Rayon İcra Hakimiyətinin təşkilatçılığı ilə “Milli və dini həmrəylik Zəfərə aparan yolun başlanğıcıdır” mövzusunda videokonfrans keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, dini icmaların nümayəndələri və rayonda fəaliyyət göstərən təhsil müəssisələrinin direktorları iştirak etdilər.
Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Loğman Müslümov bildirib ki, 44 gün davam edən Vətən müharibəsinin hər dəqiqəsi xalqımız üçün taleyüklü əhəmiyyət daşıyırdı. Uzun illərdir düşmən tapdağı altında qalan əzəli və əbədi torpaqlarımız  işğaldan azad edildi. Xalqımız bu şanlı Qələbəni böyük ruh yüksəkliyi və sevinclə qeyd etməkdədir. Şübhə yoxdur ki, bu Zəfərin qazanılmasında üç əsas amil başlıca rol oynadı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik və uzaqgörən hərbi-siyasi gedişləri, yüksək peşəkarlığa malik, şücaətli Azərbaycan Ordusu, ən nəhayət xalqımızın nümayiş etdirdiyi milli və dini həmrəylik müharibənin taleyini həll etdi.
Bu prosesdə xüsusilə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların fəaliyyətinə diqqət çəkən  L.Müslümov fərqliliklərin zənginlik sayıldığı Azərbaycanın bu sınaqdan da üzüağ və alnıaçıq çıxdığını vurğulayıb. Qeyd edib ki, Vətən müharibəsində müxtəlif xalqların və dinlərin mənsubu olan azərbaycanlılar çiyin-çiyinə, qətiyyətlə və vətənpərvərliklə döyüşərək qanları, canları bahasına işğala son qoydular. İstər döyüş meydanında, istər ideoloji mübarizədə, istərsə də haqq səsimizin beynəlxalq səviyyədə eşidilməsində dini konfessiyalar müstəsna xidmətlər göstərdilər. Diqqətə çatdırıldı ki, Pirallahı rayonunda azərbaycanlılarla yanaşı ruslar, ləzgilər, ukraynanılar, talışlar, avarlar, gürcülər, tatarlar, saxurlar və digər xalqların nümayəndələri mehriban şəkildə yaşayır. Vətən müharibəsi dövründə döyüşlərin başlandığı ilk gündən rayon gəncləri döyüşlərdə könüllü iştirak etmək istəklərinin bildirdilər.
Daha sonra çıxış edən Pirallahı dini Məscidinin axundu Elçin  Baxşəliyev, YAP Pirallahı rayon təşkilatının Aparat rəhbəri İlqam Əskərov, 231 nömrəli tam orta məktəbin direktor əvəzi Seymur Yusibov, Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov dövlətin uzun illər dini icmalarla multikulturalizm və tolerantlıq prinsipləri əsasında həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün ölkəmizdə dini həmrəyliyin ən yüksək səviyyədə təzahür etdiyini, Azərbaycanımızın daha da inkişafı naminə bundan sonra da birlikdə çalışmalı, səylərimizi birləşdirməli olduğumuzu qeyd ediblər.

Keçidlər