Pirallahıda COVİD-19 infeksiyasına qarşı vaksinləşmə prosesi davam etdirilir
17 mart 2021 | 11:00
Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi respublikamızın hər yerində olduğu kimi, Pirallahı rayonunda da uğurla davam etdirilir.
Məlumat üçün qeyd edək ki, hazırda rayonda yaşı 50-65 və 65-dən yuxarı olan vətəndaşların vaksinasiya prosesi uğurla davam etdirilir. Əhalinin COVID-19-a qarşı vaksinasiya prosesini müvəffəqiyyətlə başa çatdırmaq üçün 10 və 16 saylı BŞX-larında bütün zəruri tədbirlər görülüb. Belə ki, vaksinasiya prosesinin həyata keçirilməsi məqsədilə qeydiyyat otağı, xüsusi peyvənd otağı, nəzarət otağı, təcili tibbi yardım otağı və həkim briqadaları ayrılıb. Peyvəndlərin daşınması üçün TƏBİB-in təlimatlarına uyğun zəruri şərait yaradılıb.
Qeyd edək ki, vaksinasiya prosesi Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq həyata keçirilir. Strategiyanın əsas məqsədi ölkəmizdə yayılmış koronavirus pandemiyasının qarşısının alınmasına, virusa yoluxma və ölüm səviyyəsinin aşağı salınmasına nail olmaqdır.