Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Novruz bayramı münasibətilə aztəminatlı ailələrə ərzaq bağlamaları paylanıldı

18 mart 2021 | 11:00
           Pirallahı rayonunda Novruz bayramı münasibətilə həssas qruplardan olan şəxslərlə bağlı sosial dəstək aksiyalar keçirilir.
    Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi və təşkilatçılığı ilə bir sıra təşkilatlar, ayrı-ayrı iş adamları tərəfindən aztəminatlı ailələrə, ahıl və tənha yaşayan vətəndaşlara ərzaq yardımlarının göstərilməsi davam etdirilir. Martın 18-də Heydər Əliyev Fondu tərəfindən Pirallahı rayonunda 200-ə yaxın aztəminatlı ailəyə köməklik məqsədilə ərzaq yardımı göstərib. Paylanılan ərzaq yardımlarında şəhid ailələri, Qarabağ və Vətən müharibəsi əlilləri və veteranlarına xüsusi diqqət ayrılmışdır.
     Aksiya iştirakçıları, həmçinin vətəndaşlara koronavirus infeksiyası ilə mübarizədə ölkəmizdə, o cümlədən Pirallahı rayonunda həyata keçirilən tədbirlər, şəxsi gigiyena qaydaları, sosial təcridolmanın vacibliyi barədə məlumatlar verərək, onları evdə qalmağa, dövlətin koronavirus pandemiyası ilə mübarizədə həyata keçirdiyi tədbirlərə dəstək olmağa çağırıblar.
     Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və xeyriyyə aksiyasının təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
     Qeyd edək ki, martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Pirallahı rayonunda 50-dən artıq aztəminatlı ailəyə köməklik məqsədilə ərzaq yardımı göstərib.
 
 
Keçidlər