Pirallahı rayonunda Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbir keçirildi
26 fevral 2014 | 11:00
Fevralın 25-də Pirallahı rayon İcra Hakimiyyətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirildi. “Xocalıya ədalət” başlığı altında təşkil olunan tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, Pirallahı RİH Başçısı yanında Şuranın üzvləri, Xocalı şəhərini təmsil edən məcburi köçkün ailələri, RİH Aparatının məsul əməkdaşları, Pirallahı rayonunda yerləşən idarə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı və Gürgan qəsəbələrində yerləşən orta məktəblərin müəllim və yuxarı sinif şagirdləri iştirak etdilər. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında baş tutmuş tədbirdən öncə iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən foto-stend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular. Pirallahı rayon Kütləvi Kitabxanası tərəfindən təqdim edilmiş və erməni təcavüzündən bəhs edən kitablar bir neçə masa üzərində sərgilənmişdi. 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən rəsmləri malbertlər və stendlərdə nümayiş olunurdu.
Tədbir 22 il əvvəl erməni vəhşiliyinə tuş gəlmiş Xocalı soyqırımı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlandı. Açılış sözü ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov Xocalı soyqırımını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirdi. XVIII əsrin əvvəllərindən bu günədək Azərbaycan tarixinin son 300 illik dövrünü gözlərimiz önünə gətirdikdə xalqımızın həqiqətən böyük bir soyqırımına məruz qaldığı açıq-aşkar görünür, - deyən V.Səfixanov bildirdi ki, 1801-ci ildən başlayaraq Azərbaycanda uzun bir yadelli əsarəti və soyqırımı dövrü başlandı. 1828-1829-cu illərdə imzalanmış Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra qısa müddətdə İran və Türkiyədən üst-üstə 200 minədək Qafqazın yerli etnosu olmayan hayın gətirilərək əzəli Azərbaycan torpaqlarında – Qarabağ, İrəvan, Naxçıvan xanlıqlarında zorla məskunlaşdırılmasını, 1905-1907-ci illərdə 300-dən çox Azərbaycan kəndinin dağıdılmasını, 100 minə qədər soydaşımızın vəhşicəsinə öldürülməsini, I Dünya müharibəsi illərində Azərbaycanın cənubunda 150 min, tarixən azəri türklərinin yaşadıqları Şərqi Anadoluda 200 min soydaşımızın erməni qaniçənlərinin qurbanı olmasını, 1918-ci ilin Novruz bayramı günlərindən azərbaycanlıların qətliamının başlandığını və 700 min nəfərin soyqırıma məruz qaldığını, 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər 48 min azərbaycanlının qətlə yetirildiyini, zorla Ermənistana verilən Zəngəzurun, Goyçənin ardınca 1923-cü ildə Dağlıq Qarabağda qondarma muxtariyyət qurulduğunu, Azərbaycanın köksünə “DQMV” adlı bir qara yara vurulduğunu, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 100 mindən artıq soydaşımızın zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülməsini, XX əsrin sonlarında Dağlıq Qarabağdan 50 000 azərbaycanlını soyqırım, terror və təcavüzə məruz qoyub didərgin salınmasını, eləcə də Ermənistandan son 250 000 azərbaycanlının tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilməsini yada salan Vəzir Səfixanov SSRİ-nin süqutuna qədər olan dövrdə ittifaqın hakim dairələri tərəfindən, sonradan isə Rusiya və bəzi Qərb dövlətləri tərəfindən himayə edilən Ermənistanın mono-etnik dövlət yaratmağa, Azərbaycan torpaqlarının 20%-ni işğal etməyə nail olduğunu vurğulamışdır.
Bildirilmişdir ki, bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın ilhamvericiləri, ideoloqları və icraçıları, canilər və terrorçular bu gün də cəzasızlıq şəraitində öz mənfur əməllərini davam etdirirlər. Bu gün münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə 10 il, nə də 100 il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına Azərbaycan dövləti və xalqının imkan verməyəcəyini bildirmişdir, - deyən V.Səfixanov çıxışına yekun vurmuşdur.
O qanlı, müdhiş gecənin şahidi olmuş Murad Şükürov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı növbəti qanlı təcavüzə əl ataraq tarixdə misli görünməmiş soyqırımı törətmələrindən, Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən, qocalar, qadınlar, uşaqlar, hətta körpələrin ən dəhşətli üsul və vasitələrlə qətlə yetirilməsindən, əhalinin əksəriyyətinin girov götürülərək insanlığa sığmayan həqarət və təhqirlərlə üzləşdiklərindən danışdı. M.Şükürov bu tarixin hər bir vətəndaşın, xüsusilə gənclərin yadda saxlamasını tövsiyə edərək, eyni zamanda, bu hadisələri Azərbaycan Respublikasının ərazi bütövlüyü, xalqımızın müstəqillik yolunda apardığı mübarizənin əsası kimi, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətini vurğulamışdır.
Tədbirə Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən “Ağ qayıq” tamaşasına baxışla yekun vuruldu.